Icma.az
close
up
RU
Gəmiçiliyin karbonsuzlaşdırılmasının əsas istiqamətləri açıqlanıb

Gəmiçiliyin karbonsuzlaşdırılmasının əsas istiqamətləri açıqlanıb

Gununsesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Gəmiçiliyin karbonsuzlaşdırılması üç əsas istiqamət üzrə aparılmalıdır.

Gununsesi.info xəbər verir ki, bu barədə nüfuzlu təsnifat cəmiyyətlərindən olan Amerika Gəmiçilik Bürosunun (ABS) Avropa bölməsinin Biznesin inkişafı üzrə vitse-prezidenti Ezekial Davis COP29 çərçivəsində keçirilən “Gələcəyə səfər: dayanıqlı sabah üçün dənizçilikdə dekarbonizasiya” mövzusunda panel müzakirələrdə deyib.

O bildirib ki, gəmiçilik sənayesində dekarbonizasiya tədbirləri daha dərin, təməl dəyişikliyi əhatə edir: “Mənim üçün gəmiçiliyin karbonsuzlaşdırılmasının əsl həlli üç vacib elementdən – məlumatlılıq, əməkdaşlıq və insan faktorundan asılıdır. Çətinliklərimiz ciddi olsa da, bu fundamental elementlər bizə düzgün istiqamət verir. Biz məqsədə nail olmaq üçün “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) kimi tərəfdaşlarla birlikdə işləyir, sənayemizin dəyişməsinə töhfə veririk”.

ASCO-nun İdarə Heyətinin sədri Rauf Vəliyev Azərbaycanın dünyanın ən böyük tədbiri sayılan COP29-a ev sahibliyi etməsinin tarixi hadisə olduğunu diqqətə çatdırıb. O, ASCO-nun dekorbanizasiya istiqamətində gördüyü işlər və strateji hədəfləri barədə məlumat verib: “ASCO 2012-ci illə müqayisədə emissiyaların 20 % azaldılmasına nail olub. Bu da Beynəlxalq Dəniz Təşkilatının (IMO) 2030-cu il hədəfinin vaxtından əvvəl yerinə yetirilməsi deməkdir. Bu uğuru əldə etmək asan olmadı. Ancaq bunu yeni gəmilərə investisiya yatıraraq, mövcud gəmiləri yenidən təmir edərək, köhnə gəmiləri istismardan çıxararaq və enerji səmərəliliyini artıraraq əldə etdik. Məqsədimiz IMO-nun 2050-ci ilədək sıfır emissiya hədəfinə nail olmaqdır və biz bunun üçün dayanıqlılıq həllərini inkişaf etdirmə və karbon emissiyalarının azaldılması strategiyalarını araşdırmaq istiqamətində aktiv fəaliyyət göstəririk”.

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Baş direktoru Taleh Ziyadov dekarbonizasiyaya dair görülən işlər haqqında danışıb və bu sahədə əməkdaşlıqların vacibliyinə toxunub: “Bütün partnyorlarla, həmçinin ASCO ilə birgə “yaşıl dənizçilik” istiqamətində səylə çalışırıq. İnanıram ki, sıfır emissiya hədəfinə birlikdə çatacağıq”.

ASCO-nun Dayanıqlılıq və emissiyaların idarəedilməsi üzrə direktoru Ələkbər Əzizli şirkətin emissiyaların azaldılması strategiyasını açıqlayaraq, 2050-ci ilədək sıfır emissiya hədəfinə çatmaq üçün şirkətin mərhələlər üzrə görəcəyi işlər barədə məlumat verib.

“Capital Maritime and Trading Corp” gəmiçilik şirkətinin təsisçisi və sədri Evangelos Marinakis də şirkətinin “yaşıl enerji”yə keçid prosesinə yanaşması, ikiyanacaqlı mühərrik texnologiyası və enerjiyə qənaət məqsədilə tətbiq etdiyi digər innovativ həllərlə bağlı təcrübəsini bölüşüb.

“DP World” şirkət qrupunun üzvü “P&O Maritime Logistics”in Baş icraçı direktoru Narayana Prasad Narumanchi Venkata Lakshmi “Dekarbonizasiya strategiyaları: 1, 2 və 3-cü sahə emissiyalarının aradan qaldırılması” mövzusunda təqdimatında dekarbonizasiyanın məqsədləri barədə ətraflı məlumat verib. O, bununla bağlı beynəlxalq gəmiçilikdə, o cümlədən təmsil etdiyi şirkətdə tətbiq olunan yanaşma və təcrübələr barədə bir sıra nümunələr gətirib.

QTAGG-ın Baş kommersiya direktoru Per Österberq “Yeni dekarbonizasiya texnologiyaları: EcoPilot” mövzusunda çıxış edib. Per Österberq ASCO-nun öz gəmilərində “EcoPilot” sistemini quraşdırmasından da danışaraq, bunu innovativ və “yaşıl texnologiya”lara keçid istiqamətində əhəmiyyətli addım kimi dəyərləndirib.

Qeyd edək ki, “EcoPilot” gəminin yanacaq sərfiyyatının azaldılmasında və karbon emissiyalarını minimuma endirilməsində vacib texnoloji avadanlıqlardandır. Bu sistem gəminin hərəkət trayektoriyasını, sürətini və mühərrikin işini optimallaşdırmaqla, ekoloji cəhətdən səmərəli naviqasiyanı təmin edir.

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:98
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 20 Noyabr 2024 20:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri