Gəmilər Bakı buxtasına axın edir VİDEO
Icma.az, Bizim media portalına istinadən məlumat verir.
Hər il olduğu kimi, bu il də 20 yanvar günü gəmilər Bakı buxtasına axın ediblər. Eynən 1990-cı ilin 20 yanvar gecəsində olduğu kimi...
Bizim.Media xatırladır ki, o zaman Sovet hərbi donanmasının iri kontingentinin Bakıya girişini əngəlləmək üçün Azərbaycana məxsus çox sayda gəmi Bakı buxtasında sədd qurmuşdu.
Məhz bunun hesabına o zaman Sovet donanmasının Bakıya girişinin qarşısı alınmışdı. Əks-təqdirdə faciənin miqyası daha böyük ola bilərdi.
35 ildən sonra gəmilərimiz yenə Bakı buxtasına axın edir. Amma bu dəfə fərqli məqsəd üçün. Azadlığımız və müstəqilliyimiz uğurunda şəhid olmuş oğul və qızlarımızın xatirəsinə ehtiram bildirmək üçün gəmilər sahilə yan alıb.
Qeyd edək ki, bu gün saat 12:00-da ölkə ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.
Surxay Atakişiyev, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 20 Yanvar 2025 10:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















