Icma.az
close
up
RU
Gəmilərə və neft kəmərlərinə hücum: Ukraynanın məqsədi nədir?

Gəmilərə və neft kəmərlərinə hücum: Ukraynanın məqsədi nədir?

Reyting.az saytına istinadən Icma.az xəbər verir.

Son həftələr Ukrayna pilotsuz təyyarələrinin Qara dəniz və Atlantik okeanında neft infrastrukturuna hücumları ilə yadda qalıb. Kiyev ABŞ-Qazaxıstan Xəzər Boru Kəməri Konsorsiumu (CPC) və Qambiya bayraqlı tankerlərin xam neft daşıma sisteminə hücumları təsdiqləyib.

Mütəxəssislər mənşəyi hələ məlum olmayan bir dronun Seneqal sahillərində türk tankerinə vurduğu ziyanı müzakirə edirlər. Bütün bu hücumların ümumi cəhəti odur ki, onlar Rusiya (tankerlər məsələsində) və ABŞ ilə (CPC məsələsində) əlaqəli neft infrastrukturunu hədəf alıblar. CPC-yə gəldikdə, onun neft yükləmə məntəqəsi də Rusiyanın Qara dəniz sahilində yerləşir.

Reyting.az xəbər verir ki, bu barədə “Nezavisimaya qazeta” yazıb.

Rusiya nəşrinin təhlilində qeyd olunur ki, Avropa İttifaqı (Aİ) 2023-cü ilin sonunda neftin qiymətinin aşağı salınması kampaniyasına başlayıb:

“12-ci sanksiyalar paketi bunun üçün əsas alət oldu. Eyni zamanda, Aİ Rusiya neftini daşıyan və “kölgə donanması” adlandırılan tankerləri hədəfə almağa başladı. Aİ-nin hərəkətləri Rusiya büdcəsini neft gəlirlərindən məhrum etmək məqsədi daşıyırdı.

Ekspertlərin fikrincə, neft və qaz gəlirləri Rusiya büdcəsinin təxminən üçdə birini təşkil edir. Hücum həm müstəqil gəmi sahibi şirkətləri, həm də fərdi tankerləri hədəf alıb.

Ehtimal olunur ki, 1500-ə qədər tankerin bəziləri kiçik dövlətlərin bayrağı altında Rusiya neftini daşıyır”.

Məlumata görə, tankerlər başqa ölkələrin limanlarında müxtəlif adlar altında yenidən qeydiyyatdan keçdiyi üçün bu kampaniya hələ də ciddi uğur qazanmayıb. Bu cür hərəkətləri izləmək çətin olsa da, Fransa və Böyük Britaniyanın bunun üçün lazımi peyk sistemləri var.

Qeyd olunur ki, Rusiya neftini daşıyan gəmiləri ələ keçirmək cəhdləri zamanı (baxmayaraq ki, tankerlərə yükləndikdən sonra bu neft rəsmi olaraq Rusiyanın olmur) silahlı toqquşmalar baş verir. Belə bir hadisə Baltik dənizində Rusiya hərbçiləri ilə Estoniya Hərbi Dəniz Qüvvələri arasında qeydə alınıb.

Məlumata görə, Ukrayna Hərbi Dəniz Qüvvələrinə məxsus pilotsuz təyyarələrin Qara dənizdə tankerlərə son hücumları göstərir ki, Brüssel mahiyyət etibarilə kölgə tanker donanmasına qarşı mübarizəni Kiyevə verir. Aydındır ki, tankerlərin hərəkəti ilə bağlı peyk kəşfiyyatı Ukraynaya ötürülmədən belə hücumlar olmazdı.

Daha mürəkkəb məsələ Ukrayna dronlarının Krasnodar diyarındakı CPC obyektlərinə hücumlarıdır. Formal olaraq Rusiyanın konsorsiumla əlaqəsi yoxdur. Lakin o da aydındır ki, Moskva Qazaxıstan neftinin Rusiya ərazisindən tranzitinə görə müəyyən dividendlər alır.

Bildirilir ki, Qazaxıstan üçün neftin Rusiya ərazisindən nəqli vacibdir, çünki bütün digər variantlar daşınma xərclərini on dəfə artırır: “O, neftinin 80 faizə qədərini Rusiya vasitəsilə Avropaya satır. Bununla belə, pilotsuz təyyarənin hücumu nəticəsində Qara dənizdəki yükdaşıma körpülərinin dağıdılması ucbatından Qazaxıstan neftinin Avropaya tədarükünün dayandırılması CPC-nin amerikalı səhmdarlarından biri olan “Chevron” şirkətinə də xeyli maddi ziyan vurur.

Sual yaranır: ukraynalılar və onların arxasında duran avropalılar kimləri hədəfə alır? Aydındır ki, bir nömrəli hədəf Rusiyadır. Lakin ikinci hədəf ABŞ-dIr. Ona görə də CPC-yə hücum həm də Ağ evə qarşı şantaj kimi qiymətləndirilə bilər.

Tankerlərə və CPC strukturlarına artan dron hücumlarına qarşı durmaq ehtiyacı ilə Rusiya problemin mümkün həll yollarını axtarır. Axı dekabrın 2-də Ukrayna pilotsuz təyyarələri Qara dənizdə Gürcüstana bitki yağı aparan Rusiya gəmisinə hücum edib. Bu, “kölgə donanması”na qarşı mübarizənin Rusiyanın bütün xarici ticarətini əhatə edə biləcəyinə işarədir.

Bu yaxınlarda keçirilən VTB Beynəlxalq Forumunda Rusiya prezidenti radikal tədbir kimi Ukraynanın Qara dəniz sahilindən əlaqəsinin kəsilməsini təklif edib. Lakin bu, çətin ki, bu tip piratçılığı dayandırsın.

Birincisi, gəmilərə hücumlar hava dronlarından istifadə etməklə həyata keçirilə bilərdi.

İkincisi, təkcə Qara dəniz deyil, bütün dünya okeanları da risk altındadır. Noyabrın sonunda Dakar yaxınlığında türk tankerinə edilən hücum da bu ehtimalı təsdiqləyir.

Yeri gəlmişkən, bu hücumdan sonra türk şirkəti Rusiya neftini nəql etməkdən imtina edib.

Heç kimə sirr deyil ki, Ukrayna Silahlı Qüvvələrinin (USQ) nümayəndələri ən azı Konqo Demokratik Respublikasında BMT-nin sülhməramlı missiyasında Ukrayna hərbçilərinin iştirakından sonra Afrika qitəsindədir. Böyük Səhradan cənubda Ukrayna kəşfiyyat xidmətlərinə terror təşkilatlarının dəstək verməsi ilə bağlı məlum hallar var. Ona görə də USQ Avropa peyklərindən kəşfiyyat məlumatlarının ötürülməsinin qarşısının alınması okeanlarda belə piratçılıq təhlükəsinin aradan qaldırılması probleminin həlli ola bilər.

Amma Avropa artıq “ulduz müharibələri”nə hazırlaşmağa başlayıb. Bunu Almaniyanın müdafiə naziri Boris Pistoriusun kosmosda Rusiya peyklərinə qarşı mübarizə tədbirlərinə çoxmilyardlarla dollar ayırdığını etiraf etməsi də təsdiqləyir. Müdafiə Nazirliyi ilə yanaşı, Almaniyanın Araşdırma Nazirliyi və Almaniya Xarici İşlər Nazirliyi də bu səylərdə iştirak edir”.

Y. QACAR


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:40
embedMənbə:https://reyting.az
archiveBu xəbər 15 Dekabr 2025 12:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see464

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see286

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see214

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see206

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see202

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see199

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see189

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see184

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see181

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see169

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see163

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see157

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see155

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see147

İşıqda yatmaq infarkta səbəb olur

28 Yanvar 2026 02:09see147

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see144

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see139

Çay saatına çox yaraşan limonlu, zəncəfilli keks

28 Yanvar 2026 07:12see139

Çexiyada siyasi qalmaqal: Prezident şantaj edildi, müxalifət istefa tələb edir

28 Yanvar 2026 03:39see138

Alimlər xəbərdarlıq edirlər: Vəba bioloji silah kimi istifadə oluna bilər

28 Yanvar 2026 04:11see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri