“Gemini” “ChatGPT”yə çatır: 1 milyard istifadəçi
Bakupost saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Google”ın süni intellekt platforması “Gemini” 1 milyard aylıq aktiv istifadəçi həddini keçib. Bu göstərici onun “ChatGPT” ilə rəqabətdə fərqi sürətlə azaltdığını göstərir.
“Bakupost” xəbər verir ki, “Google”ın baş icraçı direktoru Sundar Pichai şirkətin süni intellekt platforması “Gemini”nin 1 milyard aylıq aktiv istifadəçi həddini keçdiyini açıqlayıb.
Pichai “X” hesabında paylaşdığı açıqlamada “Gemini artıq 1 milyard aylıq aktiv istifadəçiyə çatıb” deyib.
Bununla “Gemini” “Google” ekosistemində 1 milyarddan çox istifadəçiyə sahib olan 14-cü platformaya çevrilib.
“OpenAI”nin süni intellekt platforması “ChatGPT” isə 1 milyard aylıq aktiv istifadəçi göstəricisinə iyun ayında çatmışdı. Beləliklə, “Gemini” süni intellekt bazarında əsas rəqibinə sürətlə yaxınlaşır.
“Google” süni intellekt texnologiyalarını axtarış sistemindən “Workspace” xidmətlərinə, “Android” əməliyyat sistemindən mobil tətbiqlərə qədər müxtəlif platformalarına inteqrasiya edir.
Məlumata görə, “Gemini” iOS platformasında da 100 milyondan çox aktiv istifadəçiyə çatıb.
Qeyd edək ki, açıqlanan 1 milyard göstəricisi yalnız “Gemini” tətbiqinə aiddir və “Google”un digər xidmətlərində “Gemini” dən istifadə edən şəxsləri əhatə etmir.
Vüsalə Hüseynova,
BakuPost
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 12 Avqust 2026 17:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















