“Gemini” özbaşına üç şirkətə haker hücumu həyata keçirib
Yeniavaz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Google” bildirib ki, onun süni intellekt modeli “Gemini” kibertəhlükəsizlik imkanlarının sınağı zamanı üç şirkətə avtonom şəkildə haker hücumu həyata keçirib.
Yeniavaz.com BBC-yə istinadla xəbər verir ki, belə bir halın ilk dəfə baş verdiyi düşünülür.
“Gemini” internetdə açıq olan məlumatları tapıb və sınağın bir hissəsi olduğunu düşündüyü veb-saytlara daxil olmaq üçün giriş məlumatlarını təxmin edib. Hər üç halda “Gemini” hücumu özü dayandırıb”, - “Google” rəsmisi bildirib.
Qeyd olunub ki, hücumdan zərər çəkən şirkətlər hadisə barədə məlumatlandırılıb.
“Bu hadisə süni intellektin inkişaf tempinin yenidən ictimai diqqət mərkəzinə düşdüyü bir vaxtda baş verib. Bəzi texnologiya şirkətləri süni intellektin insanlıq üçün potensial təhlükəsi ilə bağlı narahatlıqlarını ifadə edərək inkişafın yavaşladılmasına çağırırlar, baxmayaraq ki, bütün şirkətlər bununla razılaşmır”, - nəşr yazır.
Qeyd edək ki, digər süni intellekt sistemlərinin də son vaxtlar oxşar pozuntu hallarını qeydə aldığı bildirilir.
Bu mövzuda digər xəbərlər:Gemini istifadəçilərinin nəzərinə!
20 May 2026 20:03
Üç dəfə söküblər, yenə özbaşına tikir FOTO
19 Mart 2025 21:55
Özbaşına dölsalmalar
17 Noyabr 2024 09:50
Rusiya: İsrail Suriya ərazisinə özbaşına hücumlar həyata keçirir
13 Fevral 2026 23:39
Gemini ChatGPT ni geridə qoydu
17 Sentyabr 2025 22:15
Baxış sayı:67
Bu xəbər 19 Sentyabr 2026 11:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















