Maykl Ceksonun qızı atasının mirasından 600 milyon dollar tələb edir
Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.
Amerikalı müğənni və aktrisa Paris Cekson atası Maykl Ceksonun mirasından 600 milyon dollar (təxminən 1 milyard 20 milyon manat) tələb edib.
28 yaşlı Paris Cekson müğənninin vəsiyyətinin icraçısı Con Brankanı övladlarının miras payını əldə etməsinə mane olmaqda ittiham edib.
Onun sözlərinə görə, pop musiqisinin kralı Maykl Ceksonun vəfatından 17 il keçməsinə baxmayaraq, mirasdan ayrılan vəsaitin övladları üçün yaradılmış trast fondlarına köçürülməməsinin heç bir qanuni əsası yoxdur.
Paris Cekson iddia edir ki, atasının mirası milyardlarla dollar gəlir gətirsə də, onun və qardaşlarının - 29 yaşlı Prins və 24 yaşlı Bici Ceksonun xeyrinə yaradılmış fonda vəsait köçürülmür.
O, həmçinin övladların nə vaxt və hansı məbləğdə pul alacağına məhz Con Brankanın nəzarət etdiyini bildirib.
Maykl Ceksonun vəsiyyətnaməsində göstərilib ki, övladları 21 yaşına çatdıqdan sonra trast fondundakı paylarından gəlir əldə etməyə başlamalıdırlar. Lakin Paris Ceksonun iddiasına görə, bu, indiyədək baş verməyib. /Oxu.az/
Baxış sayı:165
Bu xəbər 04 Noyabr 2026 09:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















