“Sabah” Norveçdə “Vikinq”lə üz üzə gəlir KONKRET
Icma.az bildirir, Konkret.az portalına istinadən.
“Sabah” komandası UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununa çıxacaq.
KONKRET.az bildirir ki, Valdas Dambrauskasın baş məşqçisi olduğu kollektiv bu gün Norveçdə “Vikinq”in qonağı olacaq.
Qarşılaşma Stavanger şəhərində, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
Görüşün baş hakimi niderlandlı Sander van der Eyk olacaq.
“Sabah” daha əvvəl UEFA Çempionlar Liqasının Liqa mərhələsində İngiltərənin “Mançester Yunayted” (0:4) və Almaniyanın “Borussiya” (Dortmund) klublarına uduzub – 1:2. Azərbaycan çempionu Çexiyanın “Slaviya” komandasını 2:0 hesabı ilə məğlub edib.
“Vikinq” isə qitənin bir nömrəli klub turnirinin əsas mərhələsində keçirdiyi əvvəlki üç oyunun 2-də uduzub, 1-də heç-heyə nail olub. İngiltərədə “Aston Villa”ya, Almaniyada “Ştutqart”a (hər ikisi 1:3) uduzan kollektiv evdə Almaniya nəhəngi “Bavariya” ilə bərabərə qalıb – 3:3.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 04 Noyabr 2026 09:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















