Icma.az
close
up
RU
Gənc ailələrin mənzil problemi necə həll oluna bilər? AÇIQLAMA

Gənc ailələrin mənzil problemi necə həll oluna bilər? AÇIQLAMA

Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanda gənc ailələrin qarşısında duran əsas çətinliklərdən biri mənzil sahibi olmaqdır. Son illər daşınmaz əmlak bazarında qiymətlərin artması bu prosesi daha da mürəkkəbləşdirib. Bu da, təbii ki, gənclərin ailə qurmaq və öz müstəqil həyatlarına başlamaq planlarına təsir edir.

Bəs bu vəziyyətin əsas səbəbləri nələrdir və gənc ailələrin mənzil əldə etməsini asanlaşdırmaq üçün hansı addımlar atıla bilər?

Mövzu ilə bağlı Ölkə.az-a danışan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib ki, gənc ailələrin başlıca problemi mənzil alışı ilə bağlıdır.

Onun sözlərinə görə, bu problem indi daha aktualdır:

"Mənzillər bahalaşdıqca onların satılması, alınması ilə bağlı problemlə üzləşirlər. Və hətta sosial layihələr tətbiq olunduqda belə, istər İpoteka və Kredit Zəmanət Fondu vasitəsilə, istər MİDA vasitəsilə mövcud qiymətlər imkan vermir ki, mənzillər əlçatan olsun. Problemin həll olunması üçün layihələrin sayını artırmaq lazımdır. Tikinti sektoruna müəyyən güzəştlər tətbiq etmək lazımdır. Hazırda tikinti sektoru torpaq sahələrinin əldə olunmasında çox böyük problem yaşayır. Eyni zamanda, günü-gündən mürəkkəbləşən tikinti normativləri tikinti şirkətlərinin fəaliyyət xərclərini artırır və nəticədə məhsulun, yəni mənzillərin daha baha başa gəlməsinə səbəb olur. Yəni, tikinti materiallarının, işçi qüvvəsinin və tikintiyə dair razılıqlar elə bir şərait yaradıb ki, təbii olaraq bir kvadratmetrin qiymətində ciddi artım müşahidə olunur".

V.Oruc qeyd edib ki, bu problemin həlli üçün isə yalnız sosial layihələrin sayını artırmaq və mənzil tikintisinin həcmini genişləndirmək lazımdır:

"Başqa metodla bu problemi həll etmək olmaz. Yəni bazar inzibati metodlarla tənzimlənmədiyinə görə qiymətlərə hər hansı bir dövlət strukturunun və yaxud da digər müvafiq qurumların müdaxiləsi mümkün deyil. O baxımdan yalnız bazar öz-özünü tənzimləyir. Yalnız bazar iştirakçılarının sayını artırmaq və məhsulun həcminini yüksəltməklə, yəni tikintinin həcmini artırmaqla bu problemi bu və ya digər formada tənzimləmək olar. Eyni zamanda nəzərə almaq lazımdır ki, şəhər artıq ucqarlara doğru genişlənir. Yəni bugün İpoteka və Kredit Zəmanət Fondu vasitəsilə mənzil almaq istəyən şəxs daha Bakının mərkəzində və mərkəzə yaxın yerlərdə mənzil ala bilmir, yalnız ucqarlara üz tutur.

Ona görə düşünürəm ki, şəhərsalma qaydalarına uyğun olaraq artıq əhali, hansı ki, söhbət gənc ailələrdən gedir, şəhərin mərkəzinə və mərkəzinə yaxın yerlərdə yox, ucqar yerlərdə məcbur olub mənzil alacaqlar. Bu baxımdan hesab edirəm ki, sosial layihələrin sayını artırmaq problemin yeganə həlli yoludur. Digər məsələləri də dəfələrlə biz qaldırmışıq. İstehsal müəssisələrinin və təhsil müəssisələrinin şəhərin kənarına çıxarılması. Bu da Bakıda sıxlığın azalmasına gətirib çıxarda bilər və mənzillərə təlabatın azalması baş verə bilər. Ona görə düşünürəm ki, şəhərin yükünün azalması daşınmaz əmlakın qiymətinin tənzimləməsində əsas vasitələrdən biridir".

Həmidə İbrahimova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:324
embedMənbə:https://olke.az
archiveBu xəbər 13 Noyabr 2025 15:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see406

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see308

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see251

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see237

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see226

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see223

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see211

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see210

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see199

Bakı Beynəlxalq İnklüziv Məşğulluq Konfransına ev sahibliyi edəcək

14 Oktyabr 2026 10:04see192

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see188

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see186

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see185

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see184

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see183

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see183

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see182

Bakı Limanında konteyner daşımaları 30% artıb

14 Oktyabr 2026 10:04see170

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see169

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri