Icma.az
close
up
RU
Küçə ticarətində illərin problemi həll oluna bilər AÇIQLAMA

Küçə ticarətində illərin problemi həll oluna bilər AÇIQLAMA

Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Son illər Bakıda və bölgələrdə küçə ticarəti ilə bağlı problemlər daha da aktuallaşıb. Bir tərəfdən insanlar ailəsini dolandırmaq üçün küçələrdə satış edir, digər tərəfdən isə reydlər, cərimələr və satış yerlərinin məhdudlaşdırılması narazılıq yaradır. Xüsusilə metro çıxışları və bazar ətrafında satıcılarla aidiyyəti qurumlar arasında tez-tez gərginlik yaşanır. Bu fonda 2026-2028-ci illər üçün Baş Kollektiv Sazişdə küçə və bazar ticarəti ilə məşğul olan şəxslər üçün yerli icra hakimiyyəti orqanları və bələdiyyələr tərəfindən layiqli iş şəraitinin yaradılmasının vacibliyi qeyd olunub. Bu, Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında 2026-2028-ci illər üçün Baş Kollektiv Sazişdə öz əksini tapıb.
Məsələ ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli Demokrat.az-a bildirib ki, küçə ticarəti ilə bağlı əsas problemlərdən biri bu sahədə qaydaların kifayət qədər açıq və vahid formada müəyyən edilməməsidir:
“Müxtəlif qaydaların mövcudluğu və bir neçə dövlət qurumunun küçə ticarətinə nəzarət səlahiyyətinə malik olması bu sahədə fəaliyyət göstərən şəxslər üçün çətinliklər yaradır. Eyni zamanda, səlahiyyət bölgüsünün parçalanması ümumi nəzarət mexanizminin zəifləməsinə və müəyyən mənada nəzarətsizliyə səbəb olur. Dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsinə baxdıqda görürük ki, küçə ticarəti ilə bağlı lisenziyaların və icazələrin verilməsi əsasən böyük şəhər bələdiyyələrinin səlahiyyətində olur. Azərbaycanda isə təəssüf ki, hələ də Bakı Böyükşəhər Bələdiyyəsi yaradılmayıb. Bu səbəbdən də küçə ticarəti ilə bağlı qaydaların vahid mərkəzdən idarə olunması mexanizmi formalaşmayıb. Hesab edirəm ki, ilk növbədə böyük şəhər bələdiyyəsi yaradılmalı və küçə ticarəti ilə bağlı həm icazələrin verilməsi, həm də nəzarət mexanizmi həmin qurumun səlahiyyətində olmalıdır. Məsələn, İstanbulda küçə ticarətinə birbaşa Böyükşəhər Bələdiyyəsi nəzarət edir. Hətta bunun üçün xüsusi nəzarətedici qurum “zabıta” sistemi fəaliyyət göstərir. Bu anlayış Azərbaycanda da insanlara tanışdır və türk seriallarında da tez-tez göstərilir”.
O qeyd edib ki, əsas məsələ küçə ticarəti ilə bağlı vahid oyun qaydalarının formalaşdırılması, vahid idarəetmə və nəzarət sisteminin yaradılmasıdır:
“Çünki küçə ticarətinə nəzarət bir neçə qurumun əlində olduqda bu sistem effektiv işləmir və işləyə də bilməz. Digər tərəfdən, küçə ticarəti şəhərə müəyyən kolorit və canlılıq da qatır. Avropa ölkələrinin əksəriyyətində küçə ticarəti geniş yayılıb və xüsusi ayrılmış məkanlarda normal şəkildə fəaliyyət göstərir. Bu, həm şəhərin estetik görünüşünün bir hissəsinə çevrilir, həm də turistik maraq yaradır. Azərbaycanda ilk növbədə bu sahədə idarəetmə problemləri aradan qaldırılmalıdır. Həm nəzarətedici, həm də idarəedici funksiyalar vahid mərkəzdə cəmlənməli və bu səlahiyyətlər böyük şəhər bələdiyyəsinə verilməlidir”.
Qısası, hökumətlə qurumlar arasında bağlanan yeni razılaşmaya əsasən küçədə satış edənlər qovulmaq əvəzinə onlara normal şərait yaradılmalıdır, ekspert isə bildirir ki, bu sahədəki xaosu bitirmək üçün bütün səlahiyyətlər vahid bələdiyyəyə verilməlidir.
Leyla Turan
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 26 May 2026 22:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see422

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see292

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see268

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see243

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see231

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see223

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see213

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see211

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see209

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see208

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see196

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see190

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see189

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see188

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see187

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see182

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see182

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see181

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see177

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri