Icma.az
close
up
RU
“Gənc arıçı” Yevlaxda da olacaq

“Gənc arıçı” Yevlaxda da olacaq

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Gənc ailələrin məşğulluğu və ekoloji sahibkarlığın təşviqi məqsədilə həyata keçirilən “Gənc arıçı” layihəsi bu dəfə Yevlaxda icra olunacaq. Layihə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə 2021-ci ildən etibarən ölkəmizin müxtəlif bölgələrində uğurla reallaşdırılır.

Layihəyə cəlb olunacaq 20 gənc ailə əvvəlcə nəzəri və praktiki təlimlərdə iştirak edəcək. Təlimləri başa vurmuş iştirakçılar arı ailələri və pətəklər, arıçı geyimi, balsüzən aparat və digər zəruri avadanlıqlarla təmin olunacaqlar. Gənc arıçılara istehsalat prosesinin effektiv təşkili üçün zəruri şərait yaradılacaq, eyni zamanda, məhsulların sertifikatlaşdırılması, brendləşdirilməsi, dizaynı və satış strategiyalarının hazırlanması sahəsində metodoloji və peşəkar dəstək göstəriləcək.

Qeyd edək ki, 2021-ci ildən etibarən IDEA İctimai Birliyinin təşəbbüsü və Azərbaycan Respublikasının Gənclər Fondu, Dövlət Məşğulluq Agentliyi və ABAD publik hüquqi şəxsin tərəfdaşlığı ilə həyata keçirilən “Gənc arıçı” layihəsi çərçivəsində ölkənin müxtəlif regionlarında yaşayan 80-dən çox gənc ailəyə arıçılıq təsərrüfatının qurulmasına dəstək göstərilib.

Layihənin məqsədi biomüxtəlifliyin əsas qoruyucularından biri olan arıların ölkə üzrə yayılma arealının genişləndirilməsi, arıçılığın ekosahibkarlıq forması kimi regionlarda təşviqi, ekoloji cəhətdən təmiz kənd təsərrüfatı fəaliyyətlərinin dəstəklənməsi və keyfiyyətli təbii bal istehsalının artırılmasıdır. Eyni zamanda, layihə, gənc ailələrin sosial rifahının yüksəldilməsinə və onların dayanıqlı məşğulluğunun təmin olunmasına töhfə verməyi hədəfləyir.

“Gənc arıçı” layihəsində iştirak etmək istəyən Yevlaxda yaşayan 18-35 yaşarası gənclər mayın 5-dək müraciətlərini IDEA İctimai Birliyinin “1113” qaynar xətti və ya elektron poçt ünvanı ([email protected]) vasitəsilə göndərə və ya Dövlət Məşğulluq Agentliyinin Yevlax xidmət şöbəsinə yaxınlaşaraq qeydiyyatdan keçə bilərlər.

XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 22 Aprel 2026 08:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see305

Türkiyə və Pakistan ordu yeridir İran “nəzərə alacaq”?

08 Oktyabr 2026 07:01see287

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see280

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see264

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see260

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see230

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see223

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see214

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see209

Prezident ona yüksək vəzifə verdi Dosye

08 Oktyabr 2026 15:30see208

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see193

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see192

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see190

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see187

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see185

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see183

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see182

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see171

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see168

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri