Icma.az
close
up
RU
Gənc memarların işləri mükafatlandırılıb

Gənc memarların işləri mükafatlandırılıb

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 19 aprel, AZƏRTAC

Aprelin 19- da Azərbaycan Memarlar İttifaqı görkəmli memarlar Sadıq Dadaşovun və Mikayıl Useynovun anadan olmalarının 120 illiyinə həsr olunmuş tədbir keçirib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycan Memarlar İttifaqının İdarə Heyəti üzvləri, həmçinin mədəniyyət nazirinin müavini Murad Hüseynov, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini İlqar İsbatov, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının müşaviri Kamil Məmmədov və digər dövlət qurumlarının rəsmi şəxsləri Fəxri xiyabana gələrək hər iki görkəmli memarın xatirələrinə böyük ehtiram əlaməti olaraq onların məzarları önünə əklillər və gül dəstələri qoyublar.

Sonra Azərbaycan Respublikası Memarlar İttifaqının dəstəyi və “Gənc memarlar və tələbələr klubu”nun təşkilatçılığı ilə elan olunmuş “Gənc memarların və tələbələrin işlərindən ibarət IX Respublika müsabiqəsi”nə təqdim edilmiş layihələrin İçərişəhərdə yerləşən “Zaman ART Gallery”də sərgisi açılıb və qaliblərin təntənəli mükafatlandırılma mərasimi keçirilib.

Tədbirdə Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbay Qasimzadə, mədəniyyət nazirinin müavini Murad Hüseynov, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini İlqar İsbatov, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının müşaviri Kamil Məmmədov müsabiqənin keçirilməsinin gənc memarların inkişafında böyük əhəmiyyətə malik olduğunu qeyd edərək onları qazandıqları uğur münasibətilə təbrik edib və gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

Azərbaycan Memarlar İttifaqının Beynəlxalq əlaqələr və Gənclərlə iş komissiyaları üzrə katibi Şeyda Novruzzadə gənc memarların yaradıcılığına güclü stimul verən belə mühüm tədbirlərin təşkilində göstərilən dəstəyə görə Memarlar İttifaqının rəhbərliyinə minnətdarlığını bildirib.

“Gənc memarlar və tələbələr klubu”nun prezidenti Elin Bəylərov 2014-cü ildən gənc memarların və tələbələrin işlərindən ibarət müsabiqələrin uğurla keçirildiyini və artıq 9-cu müsabiqənin baş tutduğunu diqqətə çatdırıb. O, tədbirdə iştirak edən müsabiqə iştirakçılarına öz gələcək fəaliyyətlərində uğurlar diləyib.

Qeyd olunub ki, bu il müsabiqəyə ümumilikdə 36 iş daxil olub və aprelin 27- də münsiflər heyəti layihələrə baxaraq, qalibləri müəyyən ediblər. Münsiflər heyətinin tərkibinə müxtəlif illərdə “Gənc memarların və tələbələrin işlərindən ibarət Respublika müsabiqəsi”nin qalibi olmuş gənc memarlar daxil edilib.

Münsiflər heyətinin qərarı ilə müsabiqədə "Peyk inteqrasiyası və test mərkəzi" layihəsinə görə Cavid Cabbarov birinci yerə, "Bakı şəhərinin Bibiheybət qəsəbəsində üzən platformada milli mətbəx layihəsi"nə görə Məlik Quliyev ikinci yerə, " Türkiyə Cümhuriyyət Universiteti texniki kampus" layihəsinə görə Osman Qocayev üçüncü yerə layiq görülüb. Onlar fəxri diplom və pul mükafatı ilə təltif ediliblər. Bundan əlavə, " Ağdam şəhərində incəsənət mərkəzi" layihəsinə görə Emiliya Şuqayeva münsiflər heyətinin xüsusi diplomuna layiq görülüb.

Müsabiqədə fərqlənən işlər Mədəniyyət Nazirliyinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin, Bakı şəhəri İcra Hakimiyyətinin və müxtəlif memarlıq şirkətlərinin fəxri diplomları və mükafatları ilə təltif ediliblər.

Müsabiqənin bütün iştirakçılarına Azərbaycan Memarlar İttifaqının sertifikatı təqdim olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 Aprel 2025 15:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see396

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see389

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see266

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see247

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see232

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see229

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see223

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see222

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see220

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see204

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see195

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see194

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see192

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see189

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see185

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see184

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see182

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see180

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see179

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri