Icma.az
close
up
RU
Gənc qadınları gözləyən təhlükələr Professor

Gənc qadınları gözləyən təhlükələr Professor

Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Hərəkətsizlik və yanlış idman texnikası bel və diz ağrılarına gətirib çıxarır


“1-2 saat piyada gəzmək oynaqlarınız üçün həyati əhəmiyyət daşıyır”


Nədən xanımlarımız 60 yaşdan sonra ufuldaya-ufuldaya gəzir? Professor Adil Qeybulla bunun səbəbini hərəkətsizlik, idmanla gündəlik məşğul olmamaq, artıq çəki, passiv həyat tərzi ilə izah edib. A.Qeybulla deyib ki, məsələn, İngiltərədə 70 yaşlı qadınlar velosiped sürür, bizim xanımlarımız isə bu yaşda pilləkənləri zorla enib-qalxır. 


Yaşlı qadınları dilləndirsək, əksəriyyəti bel, boyun, ayaq ağrılarından şikayət edəcək. Xanımlarımız fədakardır, zəhmətsevərdir, evinə, ailəsinə, övladlarına, bəlli, hədsiz bağlıdır. Hətta ahıl çağlarında da ev işlərini görməkdən, övladlarına, nəvələrinə qulluq etməkdən çəkinməzlər, yorulsalar da. Amma bu xidməti ağrıya-ağrıya edəcəkləri sözsüzdü. Niyə xanımlarımız tez “əldən düşür”; ailənin, evin yükü gənc yaşlarından çiyinlərindədir ona görə, yoxsa həkimin də iddia etdiyi kimi, yanlış həyat tərzi onları tez qocaldır? 


İstanbul şəhər xəstəxanasının ortoped həkimi, professor Cəmil Taşçıoğlu qadınlarda erkən yaşda görünən bel, boyun, ayaq (diz) ağrılarının səbəblərini belə izah edir: 

- Bel və diz ağrıları əzələ gərginliyi, oynaq problemləri (artrit, menisk yırtığı), yırtıqlar, sinir sıxılması, travma və infeksiyalar da daxil olmaqla bir çox müxtəlif səbəblərdən yarana bilər. Artıq çəki, oturaq davranış və ağırlıq qaldırma kimi həyat tərzi faktorları da riski artırır. Dəqiq diaqnoz üçün səhiyyə işçisinə müraciət edilməli və müvafiq analizlərlə - MRT, rentgen və s. olunaraq səbəb müəyyən edildikdən sonra müalicəyə başlanmalıdır.

Ağır şeylər qaldırmaq, daşımaq, qəfil hərəkətlər və ya uzun müddət eyni vəziyyətdə qalma, oturaq vəziyyət səbəbiylə bel əzələlərində və ya bağlarda uzanma və zədələnmələr baş verə bilir. Fəqərələr arasındakı yırtıq disklər sinirlərə təzyiq nəticəsində bel və ayaq ağrılarına səbəb olur. Artrit onurğa oynaqlarında və disklərdə sinirlərin sıxılmasına səbəb olur, bu da beldə ağrı yaradır. Siyatik sinirin sıxılması, aşağı arxadan ayağa yayılan ağrıya səbəb olur. Skolioz və onurğa stenozu kimi vəziyyətlər də bel ağrısına səbəb ola bilər. Qeyd edim ki, həddindən artıq çəki, oturaq həyat tərzi, uzun müddət oturma, stress və siqaret bel ağrısı riskini artırır. Dizlərdə ağrıya da təxminən eyni səbəblər var. Bundan əlavə diz oynağında ani burulma, kilidlənmə və şişməyə səbəb olan menisküs yırtıqları ağrıya səbəb olur. Osteoartrit - diz ətrafındakı qoruyucu qığırdağın “yeyilməsi” zamanı meydana gələn artrit, xüsusilə yaşlı insanlarda diz ağrısının ümumi səbəbidir. Bundan başqa, diz qapağını sümüklərə bağlayan vətərlərin gərginliyi və ya zədələnməsi nəticəsində tendon iltihabı baş verə bilər. Məsələn, diz qapağının ön hissəsindəki bu növ ağrı, diz əyildikdə və ya uzun müddət oturarkən daha da kəskinləşir. Dizə dəyən zərbələr, yıxılmaq və ya travmalar diz ağrısına səbəb ola bilər. 


Həkim qeyd edib ki, idmanın faydalı olduğu məlumdur. Lakin həddindən artıq və düzgün olmayan idman hərəkətləri də bel və digər nahiyələrdə ağrıların əmələ gəlməsinə səbəb ola bilər: 


- Gənclərdə həddindən artıq fiziki fəaliyyət və ya düzgün olmayan idman texnikası əzələ balansının pozulmasına və diz ağrılarına gətirib çıxarır. Bel və diz ağrınızın əsas səbəbini müəyyən etmək və müvafiq müalicəni almaq üçün mütəxəssislərə - ortoped, travmatoloq və ya əlaqəli ixtisaslı həkimlərə müraciət edilməlidir. C.Taşçıoğlu bildirib ki, diz ağrısı günümüzdə ən çox qarşılaşdığımız narahatlıqlardan biridir. Gündəlik fəaliyyətlərimizdə böyük rol oynayan, zədə və müxtəlif sağlamlıq vəziyyətləri səbəbiylə zamanla ağrıya səbəb ola bilər. İstər idman oynayarkən alınan zədədən, istərsə də yaşla inkişaf edən oynaq problemlərindən asılı olmayaraq, diz nahiyəsində ağrılar həyat keyfiyyətimizi əhəmiyyətli dərəcədə azaldır. Osteoartrit, yaşlanma ilə birgə qığırdaqların aşınması nəticəsində sümüklərin bir-birinə sürtülməsi zamanı meydana gəlir və diz sümüyünün zəifləyib ağrımasına səbəb olur. Revmatoid artrit, immunitet sistemi oynaq toxumalarına hücum edərkən şiddətli iltihab və ağrıya səbəb olur. Gut artriti bədəndə yığılmış sidik turşusu kristallarının yaratdığı oynaqda iltihabla özünü göstərir. Diz oynağında meydana gələn müxtəlif problemlər ağrıya səbəb olmaqla gündəlik həyat fəaliyyətinə mənfi təsir göstərir. Bəzi amillər diz oynağında ağrıların meydana gəlmə riskini artırır. Bunlara yaş və cins faktoru da daxildir. Yaş artdıqca oynaqlar daha çox “yeyilir” və diz oynağında ağrıya səbəb ola biləcək problemlər artır. Eyni zamanda bəzi diz problemləri qadınlarda daha çox rast gəlinir, buna görə də cinsiyyət risk faktoru ola bilər.

C.Taşçıoğlu bədəndə artıq çəkiyə də diqqət çəkib: 


- Həddindən artıq çəki diz oynaqlarına əlavə yük verir. Bu, oynaq qığırdaqlarının daha tez aşınmasına və müxtəlif diz problemlərinə səbəb ola bilər. Piylənmə diz oynağında artrozun inkişaf riskini də artırır. Davamlı təkrarlanan hərəkətlər və ya uzun müddət ağır işlə məşğul olmaq diz oynağının yüklənməsinə səbəb olur. Bu cür problemlərə xüsusilə iş səbəbiylə daim eyni hərəkətləri etmək məcburiyyətində qalan insanlarda daha çox rast gəlinir. Bu amilləri nəzərə alaraq, diz sağlamlığını qorumaq üçün müvafiq tədbirlər görmək, genetik və zədələnmə riskləri üçünsə həkim müayinəsində olmaq lazımdır. Əvvəlcə xəstənin tibbi göstəriciləri dəqiqləşməli və mövcud simptomları qiymətləndirmək üçün fiziki müayinə aparılmalıdır. Bu müayinə zamanı dizin hərəkət diapazonu, sabitliyi və həssaslığı yoxlanılır. Bundan əlavə, xəstənin ağrı hiss etdiyi nahiyələr və ağrının şiddəti haqqında məlumat əldə edilir. Xəstənin diz oynağında əvvəlki problemləri və mövcud simptomların təfərrüatları həkim tərəfindən diqqətlə araşdırılır.

Professor ağrılardan qurtulmaq və gənc yaşda bel-oynaq ağrıları ilə qarşılamamaq üçün həyat tərzinə diqqət edilməli olduğunu deyib: 


- Hər gün müəyyən qədər idman hərəkətləri etmək, gəzintiyə çıxmaq, yüngül qaçış vacibdir. Qidalanmaya diqqət edilməli, piylənmə və artıq çəkiyə səbəb olacaq qidalardan uzaq durulmalıdır. Passiv, oturaq həyat tərzindən aktiv həyat tərzinə keçilməlidir. Xanımlarımız ekran qarşısında əyləşib, dizi izləməyi və bu zaman günəbaxan tumu çırtlamağı sevirlər. Bunlar orqanizmin düşmənidir. Avtobusa mindikdə əyləşmək üçün gözləri ilə oturacaq axtarırlar. Tənbəlləşiblər. Gün ərzində 1-2 saat piyada gəzmək həm ümumən orqanizm üçün, həm də oynaqların sağlamlığı üçün faydalıdır. Fitnes klublar, idman zalları hər yerdə var. Parklarda müxtəlif trenajor qurğuları, alətləri də vardır. Yaşlı, gənc demədən, hər kəs günün müəyyən hissəsini trenajorlarda keçirməlidir. Bu, bədənin aktivliyini artırır, orqanizmi gümrahlaşdırır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:236
embedMənbə:https://sherg.az
archiveBu xəbər 26 Avqust 2025 07:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see421

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see332

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see244

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see237

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see228

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see219

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see217

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see216

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see212

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see207

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see201

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see198

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see196

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see194

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see193

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see187

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see184

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see182

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see180

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri