Icma.az
close
up
RU
Menu

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Bankları gözləyən təhlükələr AÇIQLANDI

Bankları gözləyən təhlükələr AÇIQLANDI

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

2026-cı ilin yanvar-iyul aylarında Azərbaycanda fəaliyyət göstərən bankların xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 25,8 faiz artaraq 858,7 milyon manata çatıb. Bununla yanaşı, ölkədə vaxtı keçmiş kreditlərin həcmində də ciddi artım qeydə alınıb.

Modern.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının statistik məlumatlarına əsasən, iyulun sonunda kredit təşkilatları üzrə vaxtı keçmiş kreditlərin həcmi 723 milyon manata yaxınlaşıb. Bu göstərici ilin əvvəli ilə müqayisədə 37,85 faiz, son bir ildə isə 36,6 faiz artıb. Gecikmiş kreditlərin ümumi kredit qoyuluşlarında payı 2,1 faiz təşkil edib.

Hesabat dövründə bankların faiz gəlirləri 3 milyard 205,7 milyon manat olub. Bunun 2 milyard 583,1 milyon manatı kreditlərdən əldə edilən faizlərin payına düşüb. Bankların xalis faiz gəliri 1 milyard 985,2 milyon, qeyri-faiz gəlirləri isə 1 milyard 197,3 milyon manat təşkil edib.

Beləliklə, bankların yüksək mənfəətinin əsas hissəsi kreditlər üzrə faiz gəlirləri hesabına formalaşıb. Ancaq kreditləşmənin genişlənməsi fonunda gecikmiş borcların artması borcalanların ödəmə qabiliyyəti və kredit portfelinin keyfiyyəti ilə bağlı suallar yaradır.

Hüquqşünas Əkrəm Həsənov saytımıza açıqlamasında bildirib ki, statistik məlumatlar əsasında vaxtı keçmiş kreditlərin növlər üzrə dəqiq bölgüsünü müəyyənləşdirmək mümkün deyil:

“Konkret olaraq, hazırda vaxtı keçmiş kreditlərin hansı kredit növləri üzrə payının nə qədər olduğunu demək təəssüf ki, mümkün deyil. Ancaq aydındır ki, ipoteka kreditlərinin burada payı elə də böyük deyil. Əsas pay istehlak və biznes kreditlərinin üzərinə düşür”.

Ekspertin sözlərinə görə, bankların mənfəətinin və vaxtı keçmiş kreditlərin eyni zamanda artması onların kreditləşmə siyasəti ilə əlaqəlidir. Banklar cəlb etdikləri əmanətləri gəlir gətirən aktivlərə, əsasən kreditlərə yönəltməyə çalışırlar:

“Banklar əvvəlki illərdə olduğu kimi, hazırda da aqressiv kredit siyasəti yürüdür və daha çox kredit verməyə çalışırlar. Bunun əsas səbəblərindən biri banklarda əmanətlərin həcminin artmasıdır. İnsanlar vəsaitlərini əsasən banklara yerləşdirirlər. Çünki ölkədə sərmayə qoyula biləcək alternativ sahələr və biznes imkanları kifayət qədər məhduddur”.

Əkrəm Həsənov qeyd edib ki, banklar əmanətlər üzrə faiz ödədiklərinə görə həmin vəsaitləri kredit şəklində yerləşdirərək gəlir əldə etməyə çalışırlar. Buna görə də faiz gəlirləri bankların mənfəətinin əsas mənbəyidir. Son illərdə komissiya haqlarından əldə olunan gəlirlər də bankların maliyyə nəticələrində mühüm yer tutur.

Ekspert vaxtı keçmiş kreditlərin sürətlə artmasının gələcəkdə bankların maliyyə göstəricilərinə mənfi təsir göstərə biləcəyini vurğulayıb:

“Hazırda banklar daha çox kredit verməklə yüksək faiz gəlirləri əldə edirlər. Lakin kreditləşmənin sürətli artımı ilə yanaşı, vaxtı keçmiş kreditlərin də çoxalması gələcəkdə bankların mənfəətini azalda bilər. Geri qaytarılmayan kreditlərin artması bankların maliyyə göstəricilərini zəiflədə və onları daha çətin vəziyyətə sala bilər”.

Nicat Rüstəm

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:115
embedMənbə:https://modern.az
archiveBu xəbər 03 Sentyabr 2026 09:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see340

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see332

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see330

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see329

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see281

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see269

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see266

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see262

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see255

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see254

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see232

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see230

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see221

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see215

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see212

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see212

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see200

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see196

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see189

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri