Icma.az
close
up
RU
Gənc Tamaşaçılar Teatrı payız tətili günlərində repertuarı

Gənc Tamaşaçılar Teatrı payız tətili günlərində repertuarı

Kulis.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı payız tətilində uşaqlar üçün yeni tamaşalar təqdim edəcək

Kulis.az xəbər verir ki, hər il payız tətili günlərində məktəblilərə maraqlı səhnə əsərləri təqdim edən Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı bu il də ənənəsinə sadiq qalır. Teatrın yaradıcı kollektivi noyabrın 16-dan 20-dək azyaşlı tamaşaçılar üçün üç fərqli uşaq tamaşası nümayiş etdirəcək.

Bu barədə teatrın mətbuat katibi Samirə Əşrəf məlumat verib.

Onun sözlərinə görə, ilk təqdim olunacaq tamaşa “Şirinlər” olacaq. Quruluşçu rejissoru Elşad Rəhimzadə olan bu səhnə əsəri ən çox Yeni il və Novruz bayramlarında maraq doğurur. Tamaşada mehriban və şən şirinlər ailəsi, eləcə də onların düşməni Qarqamelin yaratdığı macəralar təsvir edilir. Əsər uşaqlara yardımlaşma, dostluqda sədaqət və humanizm kimi dəyərləri aşılayır.

Teatr nümayiş olunacaq digər tamaşalar barədə də məlumat verib. Onlardan biri danimarkalı yazıçı Hans Xristian Andersenin eyniadlı əsəri əsasında hazırlanan “Düyməcik” tamaşasıdır. Quruluşçu rejissoru Ayla Osmanova olan bu səhnə əsəri əsasən azyaşlı tamaşaçılar üçün nəzərdə tutulub və valideynlər də övladları ilə birgə izləmək imkanı əldə edirlər.

Daha bir uşaq tamaşası isə “Cırtdanino”dur. Ssenarisi Pərvin Nurəliyevaya, quruluşu yenidən Elşad Rəhimzadəyə məxsus olan bu əsər məktəblilər üçün xüsusi olaraq hazırlanıb. Tamaşada Yer planeti və digər kosmik aləmlərdən bəhs edilir. Hadisələr məşhur nağıl qəhrəmanı Cırtdan ilə başqa planetdən gələn yadplanetli qız Nino arasındakı dostluq və onların macəraları üzərində qurulub. Səhnə əsəri milli nağıl elementlərini kosmik mövzularla birləşdirir.

Samirə Əşrəf əlavə edib ki, yaxın aylarda uşaqlar üçün daha bir tamaşa – “Büllur başmaq”–ın premyerası keçiriləcək. “Küllücə” nağılının motivləri əsasında hazırlanan səhnə əsərində ögey ana və bacıların əziyyətinə məruz qalan qızcığazın çətinliklərə dözməsi və sehrbaz qadının köməyi ilə yeni həyata doğru addımlaması təsvir olunur. Tamaşada kralın oğlu ilə tanışlıq və başmağın itməsi motivi klassik nağıl xətti ilə təqdim edilir.

Teatrın payız tətili repertuarı uşaqlar və ailələr üçün maraqlı və rəngarəng tamaşa günləri vəd edir.

Xose Orteqa-i-Qassetə görə ağıllı və axmaq arasındakı əsas fərq "Yazıçı aradan çəkilərsə... " - Mixail Baxtinin forma və ideologiyaya baxışı necə idi? İstanbulda ispandilli ədəbiyyat günləri - 3-cü İbero-amerikalı Yazıçıların Görüşü başlayır
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:233
embedMənbə:https://kulis.az
archiveBu xəbər 14 Noyabr 2025 16:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri