Gəncə basketbol komandası növbəti qələbəsini qazanıb
Aznews.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Gəncə" Azərbaycan Basketbol Liqasında növbəti qələbəsini qazanıb.
Aznews.az xəbər verir ki, Halil Atlının baş məşqçisi olduğu kollektiv V turda "Şəki"ni qəbul edib.
Qarşılaşma meydan sahiblərinin 78:75 hesablı qələbəsi ilə yekunlaşıb.
Gəncə təmsilçisi A qrupunda 8 xalla liderdir. 6 xalı olan "Şəki" 3-4-cü yerləri bölüşdürür.
Günün ilk oyununda "Sərhədçi" "Neftçi"ni məğlub etmişdi - 84:77.
Qeyd edək ki, əvvəlki matçlarda "Naxçıvan" "Abşeron"u (72:68), "Ordu" "Lənkəran"ı (92:55), "Sabah" NTD-ni (110:86), "Quba" isə "Sumqayıt"ı (97:83) məğlub edib.

