Icma.az
close
up
RU
Vyanada Məhəmməd Əsəd bəyin xatirəsi anılıb

Vyanada Məhəmməd Əsəd bəyin xatirəsi anılıb

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Vyana, 24 aprel, AZƏRTAC

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycan ədəbiyyatında özünəməxsus yerə malik, müxtəlif imzalar altında bənzərsiz əsərlər yaratmış Məhəmməd Əsəd bəyin (Qurban Səid və ya Lev Nussimbaum) anadan olmasının 120 illiyi münasibətilə onun həyat və yaradıcılığına həsr olunmuş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə açan Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova yazıçının ədəbi irsinin əhəmiyyəti və onun yaradıcılığına marağın böyüklüyü barədə danışıb. Bildirilib ki, keşməkeşli həyat yaşamış Məhəmməd Əsəd bəyin kimliyi və onun ən məşhur əsəri “Əli və Nino“ romanının müəllifliyi ilə bağlı ədəbi dairələrdə fikir ayrılığı mövcud olmasına və geniş müzakirələrin aparılmasına baxmayaraq, məhz bu əsərdə oxucu ötən əsrin əvvəlində Azərbaycanda baş verən hadisələrə, milli-etnik münasibətlərə, ilk növbədə isə tolerant mühitə yaxından nəzər salmaq imkanı əldə edir.

Vyana Yəhudi Muzeyinin direktoru Barbara Ştaudinqer öz nitqində Vyana şəhərinin zəngin yəhudi tarixinə malik olduğunu, bu icmanın mədəni həyatın inkişafına töhfə verdiyi və bir neçə il Vyanada yaşamış və bu şəhərdə ən məşhur əsərlərini qələmə almış Məhəmməd Əsəd bəyin timsalında daha bir yaradıcı insanın dünya mədəniyyətini zənginləşdirdiyini diqqətə çatdırıb.

Vyana Universitetində “Müasir Avropa, yoxsa geridə qalmış Asiya. Məhəmməd Əsəd bəyin əsərlərində Şərq və Qərb” mövzusunda dissertasiya müdafiə etmiş Yaqut Abdalla öz çıxışında bir zamanlar məşhur olan, daha sonra isə unudulan müəllifin ən mühüm həyat mərhələləri barədə danışıb. Y. Abdalla məruzəsində əsas diqqəti Məhəmməd Əsəd bəyin yaradıcılığının Vyana dövrü (1933-1938), onun buradakı çevrəsi və tanışları, xüsusilə də Avstriya yazıçısı Annemariya Selinko ilə ədəbi əlaqələrinə yönəldib və “Əli və Nino“ romanı ilə Selinkonun “Mən çirkin qız idim“ romanı arasında təhlil aparıb.

Berlin Ədəbiyyat Evinin əməkdaşı, Məhəmməd Əsəd bəy irsinin araşdırmaçısı Sebastian Yanuşevski yazıçının on ildən artıq müddəti əhatə edən Berlin dövründən (1921-1933) bəhs edib. “Əsəd bəy Berlində - Lev Nussimbaumun yazıçıya çevrildiyi şəhərdə“ adlı məruzədə yazıçının Almaniyadakı ədib kimi qurduğu karyerası, eləcə də nüfuzlu “Ədəbi dünya“ jurnalında çoxsaylı məqalələri, Rusiyadan mühacirət etmiş incəsənət xadimlərinin “Çardaqda“ klubunda iştirak və şairlər klubunda üzvlüyü barədə məlumat verilib.

Almaniyada fəaliyyət göstərən “Hans-Yürgen Maurer” nəşriyyat evinin sahibi Hans-Yürgen Maurer isə öz məruzəsində Məhəmməd Əsəd bəyin həyatının İtaliyada keçən son illərindən (1938-1942) bəhs edib. Məruzədə təqiblərdən yaxa qurtarmaq üçün İtaliyanın Positano qəsəbəsinə sığınan Əsəd bəyin xəstəlik, tənhalıq, məhrumiyyətlər və əzab içində keçən son illərindən danışılıb. Məruzədə həmçinin ağır xəstəlikdən əziyyət çəkən yazıçının ağır günlərində ona qayğı göstərən insanlar, xüsusilə onun vaxtilə dayəsi olmuş Alis Şulte ilə yazışmaları, bu insanların onun həyatındakı rolundan bəhs edilib.

Məruzələrdən sonra iştirakçıları maraqlandıran suallar ətrafında fikir mübadiləsi aparılıb, eləcə də Mədəniyyət Mərkəzində Məhəmməd Əsəd bəyin əsərləri, onun həyatının müxtəlif dövrlərini əks etdirən fotoları və öz xətti ilə yazılan məktubları nümayiş olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:232
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 Aprel 2025 16:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see529

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see396

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see295

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see290

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see289

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see284

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see276

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see259

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see257

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see253

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see246

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see234

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see227

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see220

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see220

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see200

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see191

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see184

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see181

Məktəbli geyimi, hicab və iqtisadiyyatın yeni rəqəmləri Həftənin əsas xəbərləri

17 Oktyabr 2026 13:33see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri