Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

Biznes kreditlərində rekord artım

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Gəncə: mədəniyyət abidələrimizi qoruyaq

Gəncə: mədəniyyət abidələrimizi qoruyaq

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Tarix və mədəniyyət abidələrinin qorunması məsələləri AMEA-nın Gəncə Bölməsində keçirilən dəyirmi masada müzakirə edilib.

Tədbir Gəncə Şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Qərb Regional Mərkəzi, Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsi və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutub.

“Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı çərçivəsində keçirilən “Tarix və mədəniyyət abidələrinin qorunması” mövzusundakı dəyirmi masada Gəncə və ətraf bölgədə çalışan alim və mütəxəssislər iştirak ediblər.

Tədbirin açılışında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən torpaqlarının bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Dəyirmi masanı giriş sözü ilə AMEA-nın Rəyasət Heyətinin üzvü, Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev açaraq iştirakçıları salamlayıb və müzakirə olunacaq mövzuların elmi və işgüzar əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. Bu baxımdan, tədbirin tədqiqatçılar, eləcə də müvafiq sahədə fəaliyyət göstərən mütəxəssislər üçün faydalı olacağına inamını bildirib.

Akademik Fuad Əliyev “Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı çərçivəsində Gəncə Bölməsində silsilə tədbirlərin davam etdirildiyini vurğulayaraq, tarixi və mədəni abidələrimizin mühafizəsi məsələlərinin dövlətçiliyimizin, suverenliyimizin daha da möhkəmləndirilməsinə ziyalıların töhfələrindən biri kimi səciyyələndirib və hazırkı tədbirin də məhz bu məqsədə xidmət etdiyini bildirib.

O, həmçinin çıxışında şəhərin tarixinə və mədəniyyətinə aid abidələrin qorunmasının elmi təminatı, onların qeydiyyatının, muzeylərdə eksponat və fondların dəqiqləşdirilməsinin vacibliyi haqda da danışıb. Eyni zamanda, Şərqin böyük memarı, XVI əsrdə Gəncədə bir sıra bina və qurğular inşa etmiş Şeyx Bahəddin Amilinin irsinin ətraflı öyrənilməsinə, o cümlədən onun təfəkkürünün və mühəndis bacarığının məhsulu olan Gəncənin yeraltı yollarının mövcudluğunun təsdiqinə nail olunması məsələlərinə də toxunub.

“Gəncə şəhərinin mədəni irsinin qorunmasının vəziyyəti haqqında” Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Şəhərin mədəni irsinin qorunması şöbəsinin müdiri Yadigar Bədəlov çıxış edib. O, tarix və mədəniyyət abidələrinin qorunması və bərpasının dövlət siyasətinin tərkib hissələrindən olduğuna diqqət çəkib. Tədbirdə aidiyyəti dövlət qurumlarının təmsilçilərinin iştirakının bu sahədəki aktual məsələlərin həllinə kömək edəcəyinə inandığını qeyd edib.

Yadigar Bədəlov həmçinin Gəncə şəhərindəki tarixi və mədəniyyət abidələrinin təsnifatı haqda ətraflı məlumat verib.

Daha sonra AMEA-nın Gəncə Bölməsinin sədr müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Əlimuxtar Muxtarov  “Nizami Gəncəvinin məqbərəsinin qorunması və irsinin təbliğində Ulu Öndər Heydər Əliyevin xidmətləri”,  Diyarşünaslıq İnstitutunun tarix şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Nərgiz Rəsulova  “Bəşər sivilizasiyasının Qarabağda erməni vandalizminə məruz qalmış tarix və mədəniyyət abidələri”, Ombudsmanın Qərb Regional Mərkəzinin əməkdaşı Səbuhi Abbasov “Tarix və mədəniyyət abidələrinin qorunmasının konstitusion təminatları”, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional İdarəsinin rəisi Pərvin Kazımov “Tarix və mədəniyyət abidələrinin qorunması sahəsində Gəncə Regional İdarəsinin fəaliyyəti”, Gəncə şəhər Ağsaqqallar Şurasının sədri Nurəddin Məmmədov  “Tarix və mədəniyyət abidələrinin qorunması sahəsində ağsaqqallar qarşısında duran vəzifələr”, Gəncə Regional Turizm İdarəsinin rəis müavini Həmid Nəsirov “Turizmdə mədəni irs abidələrinin rolu”, Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü Bayram Apoyev “Qərbi Azərbaycanda tarixi və mədəni irsimizə qarşı erməni vandalizmi”, GDU-nun Ümumi tarix kafedrasının baş müəllimi Bəxtiyar Məhərrəmov “Gəncənin tarixi abidələri etnoqrafik mədəniyyətimizin nümunəsi kimi”, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə–Daşkəsən Regional bölməsinin baş məsləhətçisi Şahmar Verdiyev “Məscidlərimiz milli-mənəvi dəyərlərimizdir”, Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktor müavini Fəqan Məmmədov “Qədim Gəncə ərazisində mədəni irsin izləri” mövzularında məruzələrlə çıxış ediblər.

Çıxışlar ətrafında müzakirələr aparılıb, rəy və təkliflər dinlənilib.

Hamlet Qasımov
XQ-nin bölgə müxbiri
Gəncə

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:193
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 02 Sentyabr 2025 18:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see433

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see383

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see356

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see344

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see297

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see294

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see285

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see263

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see261

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see254

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see249

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see246

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see242

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see234

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see225

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see218

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see212

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see199

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see196

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri