Icma.az
close
up
RU
GƏNCƏ İCRA HAKİMİYYƏTİNİN MÜƏMMALI TENDERLƏRİ Necə olur ki, bütün tenderləri yalnız bir şirkət qazanır? / Fotolar

GƏNCƏ İCRA HAKİMİYYƏTİNİN MÜƏMMALI TENDERLƏRİ Necə olur ki, bütün tenderləri yalnız bir şirkət qazanır? / Fotolar

Icma.az, Hurriyyet portalına istinadən məlumat yayır.

Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi və "Gəncə Körpü Tikinti-2" Açıq Səhmdar Cəmiyyətinin müəmmalı işbirliyi 

Gəncə şəhər İcra Hakimiyyəti Əli Məmmədov küçəsindəki "Ekoloji Park" kompleksinin və onun ətrafında abadlıq işlərinin satınalınması ilə əlaqədar tender elan edilərək, 6.189.463,25 AZN maliyyə ayırıb. Bundan əvvəl isə analoji tender 2023-cü ildən elan olunmuşdu. Hansı ki, Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən tenderin qalibi olan "Gəncə Körpü Tikinti-2" Açıq Səhmdar Cəmiyyəti Gəncə şəhərində yolların əsaslı təmiri işlərinin satınalınmasına 24.07.2023-cü ildə 9.915.755,65 AZN maliyyə ayrılmışdı və işlərin 2025-ci ilin sonunda bitəcəyi bildirilir.

Maraq doğuran odur ki, 07.11.2024-cü il tarixində Gəncə Şəhər İcra Hakimiyyəti "Göygöl Tikinti" Məhdud Məsuliyyətli Cəmiyyəti Gəncə şəhərində yolların əsaslı təmir işləri satınalınmasına 969.338,5 AZN maliyyə ayırıb. Çox keçmədən, eyni ad altında Gəncə Şəhər Mənzil-Komunal Təsərrüfatı İstehsalat Birliyi "Gəncə Körpü Tikinti-2" Açıq Səhmdar Cəmiyyətinə Gəncə şəhər yollarının əsaslı təmirinə 06.11.2024-cü ildə 9.847.742,45 AZN maliyyə ayırıb.

Diqqətçəkən tenderlərin tarixidir. Hansı ki, "Göygöl Tikinti" Məhdud Məsuliyyəti Cəmiyyəti (07.11.2024) ilə digər qalib olmuş şirkət "Gəncə Körpü Tikinti-2" Açıq Səhmdar Cəmiyyəti (06.11.2024) bir gün fərqlə tenderi qazanıblar. Odur ki, Gəncə şəhər yollarının təmirinə ayrılan tenderlər şübhə doğurur. 

12.06.2025-ci il tarixində isə Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən "Gəncə Körpü Tikinti-2" Açıq Səhmdar Cəmiyyətinə Gəncə şəhərində yolların əsaslı təmir işlərinə 2.897.827,35 AZN maliyyə ayrılıb. Bu qədər təsadüf ola bilməz ki, "Gəncə Körpü Tikinti-2" Açıq Səhmdar Cəmiyyəti bütün tenderlərin qalibi olsun, yolların təmirinə və abadlıq işlərinə milyonluq maliyyə xərcləsin.

Tenderlərin məbləğinə baxanda aydın olur ki, dəyəri milyon manatdan artıq olan tenderlər "Gəncə Körpü Tikinti-2" Açıq Səhmdar Cəmiyyətinə məxsusdur. 

Eyni ad altında, Gəncə şəhər yollarının əsaslı təmirinə bu qədər məbləğdə, yəni 6.189.463,25 AZN, abadlıq işlərini çıxmaqla, yerdə qalan 24 milyona yaxın vəsaitin Gəncə şəhərində hansı böyük prospektin, küçənin asfaltlanmasına ayrılması sual altındadır.

Gəncə şəhərində mərkəzi prospektlərə yaxın olan küçələr var ki, hələ də asfalt işləri görülməyib. Bunlar əsaslı təmirə ehtiyac olan küçələrdir.

Tenderlərdə şübhə doğuran tarixlərə də diqqət etsək görərik ki, qısa müddət ərzində Gəncə şəhər yollarının əsaslı təmirə ehtiyac olması mümkünsüzdür. Axı, gərək çəkilən yollar yararsız olsun ki, yenidən tender elan edib, maliyyə ayrılaraq əsaslı təmir aparılsın. 

Həm də yalnız "Gəncə Körpü Tikinti-2" MMC ilə işbirliyi görmək də müəmmalıdır. Burda müəyyən şübhələr var. Azərbaycanda kifayət qədər peşəkar fəaliyyət göstərən inşaat şirkətləri mövcuddur. Necə ola bilər ki, Gəncə Şəhər İcra Hakimiyyətinin tenderlərini yalnız "Gəncə Körpü Tikinti-2” MMC qazanır? Bu sualın cavabı açıq qalır. 

Mövzunu davam etdirəcəyik.

Hurriyyet.az

Redaksiyadan: Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:83
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 23 Oktyabr 2025 12:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see253

Bu rayonda icra başçısının müavini işdən çıxıb FOTO

06 Dekabr 2025 15:42see207

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see191

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see147

Mahmut Orhanın keçmiş sevgilisi ilə eşq yaşayır

06 Dekabr 2025 17:18see138

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see138

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see138

MÜSİAD Azərbaycana yeni sədr gəlir, Cevdet Yılmaz qurultaya qatılır

06 Dekabr 2025 15:46see136

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see131

S&P Azərbaycanın bank islahatlarını qiymətləndirib

06 Dekabr 2025 14:16see127

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see127

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see126

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see126

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see126

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see125

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see125

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see124

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see124

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see123

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri