Icma.az
close
up
RU
Menu

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Saça yapışan saqqızdan qurtulmağın yolları

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

NDU da “İnklüziv təhsil: nailiyyətlər və qarşıda duran vəzifələr” mövzusunda I Respublika Elmi konfransı keçirilib

NDU da “İnklüziv təhsil: nailiyyətlər və qarşıda duran vəzifələr” mövzusunda I Respublika Elmi konfransı keçirilib

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Naxçıvan Dövlət Universitetində “Konstitusiya və Suverenlik İli”nə həsr olunan “İnklüziv təhsil: nailiyyətlər və qarşıda duran vəzifələr” mövzusunda I Respublika Elmi konfransı keçirilib. 

Universitetin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, NDU-nun Beynəlxalq Məktəbində 4-5 mart tarixlərində keçirilən konfrans Naxçıvan Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Slavyan Universiteti və Xəzər Universitetinin birgə təşkilatçılığı, Naxçıvan Muxtar Respublikası Təhsil və Əmək və Əhalinin Sosial Müdafiəsı nazirliklərinin iştirakı ilə təşkil olunub. 

Konfransda rəsmi qurumların, təşkilatçı universitetlərin rəhbər heyəti və nümayəndələr, Azərbaycan Respublikasının Təhsil İnstitutu, Naxçıvan Müəllimlər İnstitutu, Lənkəran, Gəncə, Sumqayıt Dövlət Universitetlərinin müəllimləri, ölkənin müxtəlif bölgələrindən orta məktəb müəllimləri, muxtar respublika orta məktəblərinin psixoloqları və digər dəvətlilər iştirak ediblər.

Dövlət Himni səsləndirildikdən sonra Naxçıvan şəhər 4 nömrəli Uşaq Musiqi Məktəbinin müəlliməsi Lətifə Quliyevanın sağlamlıq imkanları məhdud uşaqların iştirakı ilə hazırladığı “Gələcəyə inam” layihəsinin təqdimatı olub.

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev giriş sözü ilə tədbiri açıq elan edərək bildirib ki, konfrans müxtəlif əqli və məhdud fiziki imkanlı uşaqların geniş çeşidli tədris fəaliyyətlərinə cəlb edilməsinə dair aparılmış tədqiqatların müzakirə edilməsi, problemin həlli yollarına dair təkliflərin dəyərləndirilməsi məqsədi daşıyır.

Konfrans Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Elxan Nəcəfovun, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Fərid Bağırzadənin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru Asəf Zamanovun, Bakı Slavyan Universitetinin Pedaqogika və psixologiya kafedrasının müdiri Piralı Əliyevin, Xəzər Universitetinin Humanitar, təhsil və sosial elmlər fakültəsinin dekanı Aygün Verdiyevanın çıxışları ilə davam edib.

Çıxış edənlər xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsilə cəlb edilməsindən, onların keyfiyyətli təhsili üçün hüquqi bazanın yaradılmasından, inklüziv təhsilin tətbiqində real vəziyyət, mövcud problemlər və beynəlxalq təcrübənin ölkə təhsilinə inteqrasiyasından danışıblar. Bildiriblər ki, inklüziv təhsil artıq ölkəmizdə təhsilin ayrılmaz tərkib hissəsini təşkil edir.

Daha sonra NDU Magistratura və doktorantura mərkəzində konfransın panel iclasları başlayıb.

Konfrans dünən və bu gün 3 salonda keçirilir və 16 paneldə bölmə iclasları ilə davam edir. 150 dən çox tədqiqatçı tərəfindən təqdim edilən 140-dək elmi təqdimat müzakirə olunur.

“İnklüziv təhsil: nailiyyətlər və qarşıda duran vəzifələr” mövzusunda I Respublika Elmi konfransı çərçivəsində Naxçıvan Dövlət Universitetinin İnkluziv Təhsil Mərkəzinin də açılışı olub. Mərkəzin direktoru Taleh Xəlilov qonaqlara mərkəz və avadanlıqlar haqqında məlumat verib.

Sonda rektor Elbrus İsayev konfransın təşkilində əməkdaşlıq edən dövlət qurumlarına və tərəfdaş universitetlərə plaketlər təqdim edib.

Səbuhi HƏSƏNOV

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 05 Mart 2025 14:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see289

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see226

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see225

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see220

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see214

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see211

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see207

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see204

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see201

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see191

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see188

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see184

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see169

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see159

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see158

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see156

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see155

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see153

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see149

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri