Icma.az
close
up
RU
Gəncədə baş verən qəzanın MƏHKƏMƏSİ

Gəncədə baş verən qəzanın MƏHKƏMƏSİ

Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ötən ilin noyabrında Gəncə-Şəmkir yolunun Göygöldən keçən hissəsində “Mercedes GL 550” markalı avtomobilin qəzaya uğraması hadisəsi ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bakıvaxtı.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hadisə vaxtı avtomobili idarə edən 21 yaşlı G.Kərimovaya hökm oxunub. İlkin məlumatlarda qəza zamanı avtomobilin 1990-cı il təvəllüdlü Əhliman Ramiz oğlu Abdi tərəfindən idarə edilməsi bildirilsə də, bu, təsdiqini tapmayıb.

Araşdırmalarla müəyyən edilib ki, hadisə vaxtı Əhliman tanışı, hərbi hissədən 5 günlük məzuniyyətə buraxılmış 2007-ci il təvəllüdlü Hikmət Vəlizadə və digər tanışları ilə birgə Gəncədəki “Karizma” restoranında yeyib-içiblər. Bu zaman onlar Gəncədə fəaliyyət göstərən “Babalounch” restoranında işləyən qızları məclisə dəvət ediblər və birgə spirtli içki qəbul ediblər.

Gecə saat 2 radələrində restoranı tərk edərkən Əhliman sərxoş olduğunu deyərək sükan arxasına G.Kərimovanın keçməsini istəyib, özü isə ön sərnişin oturacağında əyləşib. Hikmətlə digər qız isə arxada oturub. Onlarla birgə məclisdə iştirak edən şəxslərdən bir neçəsi Leylanın (şərti) sürdüyü “Chevrolet Equinox” markalı avtomobilə, digərləri isə 3-cü avtomobilə əyləşib. Yolda olarkən sürücü qızlar ötüşməyə başlayıblar və idarəetmədən çıxan avtomobil divara çırpılıb. Nəticədə Əhlimanla Hikmət həlak olublar.

Hadisə vaxtı avtomobildə olan və yaralanan xanım sərnişin bildirib ki, Əhliman G.Kərimovadan Leylanın sürdüyü maşını keçməsini tələb edib: “Leyla manevrlər edirdi, əlini pəncərədən çıxarıb oynayırdı. Sürət təxminən saatda 200-220 kilometr olardı. Əhliman ona qışqırdı ki, Leylanı keçsin, əlini sükana atdı, qəza da bu zaman oldu. Sonrasını xatırlamıram”.

Məhkəmədə bildirilib ki, G.Kərimovanın 2023-cü il təvəllüdlü bir övladı var. Onun sürücülük hüququnun olmaması da müəyyən edilib. Gəncə Ağır Məhkəməsinin hökmü ilə ona 7 il 6 ay həbs cəzası verilib və məhkəmə zalındaca həbs edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 28 İyul 2026 11:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see483

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see433

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see337

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see284

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see275

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see271

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see267

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see259

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see259

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see241

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see226

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see221

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see216

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see215

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see214

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see208

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see206

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see205

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see191

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri