Icma.az
close
up
RU
“Xiyar nə vaxtdan vulqar söz olub, yediyimiz meyvədir də” Naşirdən cavab

“Xiyar nə vaxtdan vulqar söz olub, yediyimiz meyvədir də” Naşirdən cavab

Icma.az, Modern.az saytına istinadən bildirir.

Qanun Nəşriyyatı tərəfindən nəşr olunan "Nağıllar və qaravəllilər" kitabı valideynlərin narazılığına səbəb olub.  Kitabdakı bəzi nağılların adlarını "Gah-gah dağında üç xiyara aşiq olasan" və mətnlərdə işlədilən "Kömür alması" nağılındakı "oynaş", "lotu" kimi ifadələrin azyaşlı uşaqlar üçün uyğun olmadığını iddia edərək sosial mediada paylaşım ediblər.

Tərcüməçi-yazar, Qanun Nəşriyyatının direktoru Şahbaz Xuduoğlu mövzuyla bağlı Modern.az-a danışıb.
"Kitabı uşaq bölməsindən satın alması həmin kitabı uşaq kitabı etmir. Həmçinin nağıllar sadəcə uşaqlar üçün nəzərdə tutulmayıb. Nağılların içində kobud, vulqar ifadələr tarix boyu yer alıb. Məsələn,"Min bir gecə" nağılları var ki, onlar uşaqlar üçün deyil. Nağıllar ümumiyyətlə valideynlərin övladlarına oxuması üçündür. Yəni valideyn özü bilər hansı hissəni danışar, hansı hissəni danışmaz. "Tıq-tıq xanım" nağılı uşaqlar tərəfindən sevilən bir nağıldır. Ancaq nağılın içində 9 yaşı olan xanımın "Hara gedirsən?" sualına - "Ərə gedirəm" cavabı uşaqlar üçün uyğun olmadığı hamıya bəllidir. Yəni belə nağıllar olub və olacaq". 


Ş.Xuduoğlu qeyd edib ki, folklor nümunələr 1988-ci ildə toparlanıb, kitab halına salındı. Bu bizim folklorumuz, xalqımızın yaradıcılığdır. Bunu heç kim dəyişə bilməz:
"Həmin kitabın nüsxəsi Milli Kitabxanada, Elmlər Akademiyasında da var. Tənqid olunan hissələrə gəldikdə isə, orada deyilən "aşna" sözü, aşna, oynaş sözü bizim ədəbiyyatda eşidilən bir sözdür. “Gah-gah dağında üç xiyara aşiq olasan” nağılındakı xiyar sözünü tənqid edilir, bu xiyar nə vaxtdan bizim dildə belə vulqar söz olub? Hər gün yediyimiz meyvədidə. Belə ifadələrə diqqət yetirmək, yozmaq əvəzinə mədəniyyətimiz və tariximiz olan nağıllarla uşaqlar maariflənməlidir. Hər birimiz o tərzdə böyümüşük. Dədələrimiz, babalarımız kobud zarafatlar edirdi, bizlərdə onların arasında böyümüşük".

Şahbaz Xuduoğlu sonda vurğulayıb ki,hər kəs öz düşüncəsinə uyğun yozursa, yozsun.


Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətinin üzvü, "Uşaq ədəbiyyatı" şöbəsinin rəhbəri, yazıçı Qəşəm Nəcəfzadə isə vurğulayıb ki, belə hallara qəti yol verilməməlidir.

"Nağıl olsa belə, uşaq yazıçıları tərəfindən həmin ifadələrə düzəlişlər edilməlidir. Mən bunu əvvəllki çıxışlarımda "Məlikməmməd nağılı" üçündə qeyd etmişdim. Qardaş qardaşının kəndirini kəsib quyuya salır, evdə o biri qardaş da öz qardaşından şübhələnir ki, mənim də kəndirimi kəsə bilərlər. Yəni belə qeyri-tərbiyəvi şeylərə yer verilməməlidir" - deyə o qeyd edib. 
 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://modern.az
archiveBu xəbər 28 Oktyabr 2026 16:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see357

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see236

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see232

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see231

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see224

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see223

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see221

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see218

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see217

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see213

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see207

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see206

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see205

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see200

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see200

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see200

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see199

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see199

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see199

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri