Gəncədə beton hasara çırpılan avtomobil yanıb, xəsarət alan var FOTOLAR
Icma.az, Gununsesi saytına istinadən bildirir.
Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
Gununsesi.info xəbər verir ki, hadisə Gəncə Beynəlxalq Hava Limanı istiqamətinə gedən yolda qeydə alınıb. Belə ki 2005-ci il təvəllüdlü E.Paşayev idarə etdiyi “Changan” markalı avtomobillə hərəkət edərkən idarəetməni itirərək beton hasara çırpılıb. Nəticədə yol kənarındakı bir neçə ağac qırılıb, avtomobilin ehtiyat hissələri yolun kənarına dağılıb. Qəzadan sonra avtomobildə yanğın olub. Dərhal əraziyə FHN-in yanğın söndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülsə də, avtomobil yararsız hala düşüb. Sürücü isə ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.
İlkin ehtimala görə, qəzaya yüksək sürət səbəb olub. Faktla bağlı araşdırma aparılır.








Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 23 Noyabr 2024 09:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















