Gəncədə bir nəfərin ölümü, digər şəxsin xəsarət alması ilə nəticələnən yanğınla bağlı araşdırma aparılır
Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Gəncədə bir nəfərin ölümü və digər şəxsin xəsarət alması ilə nəticələnən yanğınla bağlı araşdırma aparılır.
APA xəbər verir ki, bu barədə Baş Prokurorluğunun Mətbuat xidmətindən bildirilib. Qeyd olunub ki, mayın 12-də Gəncə şəhəri, Fikrət Əmirov küçəsini 22/22 ünvanındakı 5 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən mənzildə baş vermiş yanğın nəticəsində 1967-ci il təvəllüdlü Adil Alıyevin ölməsi və 1961-ci il təvəllüdlü Gülnaz Şahməmmədovanın xəsarət alması barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Dərhal prokurorluq əməkdaşları tərəfindən prokuror-kriminalist və məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
İlkin ehtimallara əsasən yanğın tez alışan məhlulun alovlanması nəticəsində baş verib.
Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.
"Hadisənin təfərrüatlarının tam, obyektiv və hərtərəfli araşdırılması istiqamətində operativ tədbirlər həyata keçirilməklə müvafiq qərarın qəbul olunması təmin olunacaq", Baş Prokurorluqdan bildirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 12 May 2025 18:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















