Icma.az
close
up
RU
“Yeni Üfüq”: gənclər üçün bərabər imkanlar və dayanıqlı gələcək

“Yeni Üfüq”: gənclər üçün bərabər imkanlar və dayanıqlı gələcək

Turkstan.az saytına istinadən Icma.az xəbər verir.

SOCAR Midstream Gas Operations və Cənubi Qafqaz Boru Kəməri tərəfdaşlarının dəstəyi ilə həyata keçirilən “Yeni Üfüq” sosial layihəsi həssas qrupa aid 80 gəncin peşə bacarıqlarının artırılmasını və əmək bazarına çıxışını hədəfləyir.

23 yanvar 2026-cı ildə Bakıda valideyn himayəsindən məhrum gənclərin məşğulluq imkanlarının genişləndirilməsinə və bərabər inkişaf hüquqlarının təmin olunmasına yönəlmiş “Yeni Üfüq” layihəsinin rəsmi açılış mərasimi və Maraqlı Tərəflərin İştirakı Forumu keçirilib. Hilton Bakı otelində təşkil olunan tədbirdə dövlət qurumları, özəl sektor, qeyri-hökumət təşkilatları və layihə tərəfdaşları iştirak ediblər.

Layihə SOCAR Midstream Gas Operations (SOCAR MGO) və Cənubi Qafqaz Boru Kəməri (CQBK) tərəfdaşları tərəfindən maliyyələşdirilir, icrası isə HBN Group MMC-yə həvalə olunub.

Açılış mərasimində çıxış edən SOCAR Midstream Gas Operations şirkətinin İcraçı Direktoru Polad Rüstəmov bildirib ki, layihə SOCAR-ın sosial məsuliyyət yanaşmasının mühüm tərkib hissəsidir: “Hər bir gəncin sosial statusundan asılı olmayaraq bərabər inkişaf hüququ var. ‘Yeni Üfüq’ bu hüququ real imkanlara çevirən təşəbbüsdür və gənclərin peşə bacarıqlarının inkişafına, cəmiyyətə və əmək bazarına inteqrasiyasına xidmət edir.”

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirinin müavini İndira Hacıyeva isə çıxışında layihənin gənclərin sosial müdafiəsinin gücləndirilməsi, bərabər imkanların yaradılması və dövlət–özəl sektor əməkdaşlığının inkişafı baxımından əhəmiyyətini vurğulayıb.

Tədbirdə, həmçinin tərəfdaş qurumların və aidiyyəti dövlət orqanlarının nümayəndələri çıxış ediblər.

“Yeni Üfüq” layihəsi valideynlərindən birini və ya hər ikisini itirmiş, yaxud valideyn himayəsindən məhrum olmuş 15–18 yaş arası 80 gənci əhatə edir. Layihə çərçivəsində iştirakçılara ofis meneceri, satış və kassir, aşpaz və qrafik dizayner ixtisasları üzrə peşə təhsili, praktiki məşğulluq imkanları və psixososial dəstək təqdim olunacaq. Layihə 10 ay müddətində icra ediləcək.

Tədbirdə Dövlət Məşğulluq Agentliyi, Sosial Xidmətlər Agentliyi, KOBİA, Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA), parlament komitələrinin nümayəndələri, uşaq evləri və internat məktəblərinin rəhbərləri, eləcə də müxtəlif sahələr üzrə özəl sektor şirkətləri təmsil olunub.

Təlim proqramları milli peşə standartlarına uyğun hazırlanıb. İştirakçılar yekun qiymətləndirmələrdən sonra TKTA tərəfindən rəsmi sertifikatlarla təmin ediləcək, Dövlət Məşğulluq Agentliyi ilə əməkdaşlıq çərçivəsində məşğulluq və təqaüd dəstəyi imkanları da nəzərdə tutulur.

Layihə gənclərin məşğulluğunun artırılmasına, həssas əhali qruplarının sosial müdafiəsinə və Dayanıqlı İnkişaf Məqsədi 8 – Layiqli Əmək və İqtisadi Artım üzrə milli prioritetlərin icrasına töhfə verir. Əsas hədəf iştirakçılar arasında ən azı 80 faiz məşğulluq səviyyəsinə nail olmaqdır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:39
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 24 Yanvar 2026 21:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see238

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see194

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see182

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see179

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see165

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see164

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see161

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see160

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see158

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see156

Qızıl daha da bahalaşdı QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ

22 Yanvar 2026 23:57see155

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see147

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see144

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri