Icma.az
close
up
RU
Gəncədə “Dövlət suverenliyi və milli birliyin qorunmasının ideoloji əsaslar” adlı tədbir FOTO

Gəncədə “Dövlət suverenliyi və milli birliyin qorunmasının ideoloji əsaslar” adlı tədbir FOTO

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

Məlum olduğu kimi, bu gün təkcə dünyada deyil, Azərbaycanın yerləşdiyi regionda da hibrid təhdidlər, ideoloji təxribatlar, gənclərin beyinlərinin yuyulması və dezinformasiya xarakterli təbliğatın yayılması kimi məsələlər ciddi aktuallıq kəsb edir. Qlobal informasiya müharibəsinin gücləndiyi bir dövrdə gənclərin milli-mənəvi dəyərlərdən uzaqlaşdırılması və yad təsirlərə məruz qalması cəmiyyətin ideoloji təhlükəsizliyi üçün real risk yaradır. Bu səbəbdən gənclərin xarici təsirlərdən və müdaxilələrdən qorunması, dövlətin apardığı daxili və xarici siyasətin onlara düzgün şəkildə çatdırılması, milli ideologiyanın və vətənpərvərlik dəyərlərinin sistemli şəkildə aşılanması həm dövlət, həm də cəmiyyət üçün strateji prioritet olmalıdır.

Oktyabrın sonunda Suverenlik və Konstitusiya ili çərçivəsində Gəncə şəhər İcra Hakimiyyəti, YAP Gəncə şəhər təşkilatı və Bakı Politoloqlar Klubunun təşkilatçılığı və tərəfdaşlığı ilə “Dövlət suverenliyi və milli birliyin qorunmasının ideoloji əsasları” adlı tədbir  baş tutmuşdur.

Modern.az xəbər verir ki, tədbirdə şəhərin professorları, ziyalıları və ictimai – fəalları, ayrı – ayrı maraq qruplarını, sosial qrupları təmsil edən gənclər və tələbələr iştirak etmişlər.  

Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda edən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirə giriş sözü ilə YAP Gəncə şəhər Təşkilatının sədri Bayram Aslanov qonaqları səmimi salamlayaraq konfransın mövzusunun – “Dövlət suverenliyi və milli birliyin qorunmasının ideoloji əsasları” – bu gün üçün mühüm aktuallıq daşıdığını vurğulamışdır. O qeyd etmişdir ki, qlobal informasiya müharibələrinin, ideoloji təxribatların və hibrid təhlükələrin artdığı bir dövrdə bu kimi maarifləndirmə tədbirlərinin keçirilməsi xüsusilə strateji bölgələrdə böyük əhəmiyyət kəsb edir. Bayram Aslanov bildirib ki, Ulu Öndər Heydər Əliyevin yaratdığı milli dövlətçilik ideologiyası bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni mərhələyə yüksəlib, milli birliyin möhkəmləndirilməsi istiqamətində ardıcıl siyasət həyata keçirilir. O əlavə edib ki, belə maarifləndirici tədbirlər, xüsusilə də Gəncə kimi tarixi və strateji əhəmiyyət daşıyan bölgələrdə keçirilməsi, cəmiyyətin bütün təbəqələrində ideoloji həmrəyliyin güclənməsinə xidmət edir.

Milli Məclisin deputatı Pərvin Kərimzadə milli birliyin qorunmasının vacib şərti olan informasiya təhlükəsizliyinin təmin olunmasından, milli dəyərlərin təbliğinin əhəmiyyətindən söz açdı. O qeyd etmişdir ki, müasir dünyada ideoloji mübarizə artıq sosial şəbəkələr və media vasitəsilə aparılır, dezinformasiya kampaniyaları dövlətlərin suverenliyinə birbaşa təsir göstərir. Bu səbəbdən də Azərbaycanın informasiya məkanının müdafiəsi, milli dəyərlərin təbliği və gənclərin milli düşüncə ilə formalaşması strateji əhəmiyyət kəsb edir. Deputat həmçinin qeyd etmişdir ki, ali təhsil müəssisələri, ziyalılar və ictimai institutlar bu prosesdə xüsusi rol oynayır. Onların əsas vəzifəsi gənclərin təkcə peşəkar biliklərə deyil, həm də vətənpərvərlik, dövlətçilik və milli məsuliyyət hissinə sahib vətəndaşlar kimi yetişdirilməsinə xidmət etməkdir. Sonda Pərvin Kərimzadə vurğulayıb ki, Azərbaycanın gücü onun milli birliyində və dövlətinə sarsılmaz inamındadir. Hər bir gənc bu inamı şəxsi həyat fəlsəfəsinə çevirməli, milli kimlik və dəyərlərin qorunması istiqamətində fəal mövqe tutmalıdır.

Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov hazırki çağırışlar fonunda milli birliyin vacib amil olduğunu və bu kimi tədbirlərin həmsərhəd bölgələrdə keçirilməsinin siyasi – ideoloji tərəflərinə toxunmuşdur. O, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və bu gün Prezident  İlham Əliyev tərəfindən davam etdirilən ideoloji siyasətin əsas istiqamətləri haqqında bəhs edərək ölkəmizin bu gün dünyada vacib yer tutduğunu xüsusilə vurğulamışdır. Zaur Məmmədov mədəni assimilyasiya təhlükələri, rəqəmsal əsrdə milli kimliyin qorunması, qarşıda duran çağırışlar və Azərbaycana qarşı aparılan ideoloji müharibə mövzularında geniş fikir mübadiləsi aparmışdır. O, xüsusilə Lənkəran  gənclərinin diqqət yetirməli olduqları məqamları ön plana çəkmiş, vətəndaş – dövlət həmrəyliyi kimi  dəyərlərin qlobal informasiya mühitində qorunmasının strateji əhəmiyyət kəsb etdiyini bildirmişdir.

Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Həsən Məmmədov çıxışında dövlət və din münasibətlərinə toxunaraq müxtəlif xarici qüvvələrin ölkə daxilində dini zəmində cəmiyyət daxilində nifaq salmaq cəhdlərindən bəhs etmiş, gənclərin diqqət olmalı olan məsələləri xüsusilə qeyd etmişdir. O, bildirib ki, dövlətin həyata keçirdiyi ardıcıl dini siyasət nəticəsində ölkədə tolerantlıq və multikultural dəyərlər sistemi möhkəmlənmiş, milli həmrəyliyə qarşı yönələn bütün cəhdlər iflasa uğramış və bundan sonra da iflasa uğrayacaq.

Politoloq Zaur İbrahimli isə seminar iştirakçılarına mədəni assimilyasiya təhlükələri, rəqəmsal əsrdə milli kimliyin qorunması, qarşıda duran çağırışlar və Azərbaycana qarşı aparılan ideoloji müharibə mövzularında geniş fikir mübadiləsi aparmışdır. O, xüsusilə cənub regionlarının gənclərinin diqqət yetirməli olduqları məqamları ön plana çəkmiş, vətəndaş – dövlət həmrəyliyi kimi  dəyərlərin qlobal informasiya mühitində qorunmasının strateji əhəmiyyət kəsb etdiyini bildirmişdir.

Tədbir Bakı Politoloqlar Klubunun və Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı və Lənkəran Dövlət Universitetinin təşkilati dəstəyi  ilə baş tutmuşdur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:94
embedMənbə:https://modern.az
archiveBu xəbər 27 Oktyabr 2025 14:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see216

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see216

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see193

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see176

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see174

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see170

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see170

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see169

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see168

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see168

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see160

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see154

Azərbaycan banklarının depozit portfeli

24 Yanvar 2026 12:40see149

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see147

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see146

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see143

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see142

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see141

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see141

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri