Icma.az
close
up
RU
Menu

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

AYNA 5 min sürücü hazırlayacaq FOTO

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

NDU da “Dövlət suverenliyi və milli birliyin qorunmasının ideoloji əsaslarının təhlili” mövzusunda panel müzakirəsi keçirilib

NDU da “Dövlət suverenliyi və milli birliyin qorunmasının ideoloji əsaslarının təhlili” mövzusunda panel müzakirəsi keçirilib

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Respublikası Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi, Bakı Politoloqlar Klubunun təşkilatçılığı, Naxçıvan Dövlət Universitetinin tərəfdaşlığı ilə “Dövlət suverenliyi və milli birliyin qorunmasının ideoloji əsaslarının təhlili” mövzusunda panel müzakirə keçirilib. 

Bu haqda Naxçıvan Dövlət Universitetindən məlumat verilib.

Keçirilən tədbirdə Azərbaycan Respublikasının Milli Məclisinin deputatları, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin deputatları, yerli professorlar, ziyalılar, ali təhsil ocağının müəllim və tələbə heyəti iştirak ediblər.  

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Naxçıvan Dövlət Universitetinin “Ümumi hüquq” kafedrasının müəllimi Əziz Qasımovun moderatorluğunda keçirilən tədbirdə konstitusiya və suverenlik anlayışının sosial-hüquqi mahiyyətindən, dövlət suverenliyi və milli birliyin sarsılmaz dayaqlarından, eləcə də, müstəqillik illərində Azərbaycanın inkişaf strategiyasında xüsusi yer tutan dövlət gənclər siyasətində ideoloj əsaslara dair panel iştirakçılarına çıxış üçün suallar ünvanlanıb və mövzular ətrafında geniş fikir müzakirəsi aparılıb.  

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev bildirib ki, bu il xüsusilə əlamətdardır, çünki, ölkəmizin ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpa olunmasının 5-ci, müstəqil dövlətçiliyimizin hüquqi əsası olan Konstitusiyanın qəbulunun isə 30-cu ildönümünü qeyd edirik. Rektor qlobal informasiya müharibələrinin, ideoloji təxribatların və hibrid təhlükələrin artdığı bir dövrdə milli birliyin möhkəmlənməsində bu kimi maarriflənmə tədbirlərinin təşkilinin mühüm aktuallıq daşıdığını qeyd edib. Xüsusilə sərhədyanı və strateji bölgələrdə, o cümlədən Naxçıvanda belə görüşlərin olmasının mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb. Elbrus İsayev: “Ali təhsil ocağında keçirilən bu cür elmi-ideoloji müzakirələr gənclərin milli şüurunun formalaşmasına, onların dövlətçilik prinsiplərinə sədaqətinin güclənməsinə və milli ideoloji immunitetin möhkəmlənməsinə xidmət edir”- deyə, əlavə edib. 

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədr müavini Arzu Abdullayev çıxış edərək qeyd edib ki, cənab Prezident İlham Əliyev tərəfindən 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının 30 illiyini və Vətən müharibəsində qazanılan tarixi Zəfərimizin 5 illiyini özündə səciyyələndirir. Bu Sərəncam həm də əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan dövlətçilik ənənələrinin, milli maraqlarının, strateji hədəflərinin ümumilikdə konsepsiyasını təşkil edir. Arzu Abdullayev bildirib ki, dövlət suverenliyinin qorunması yalnız siyasi və hüquqi müstəvidə deyil, eyni zamanda mənəvi və ideoloji baxımdan da olduqca mühüm məsələdir. Bu çərçivədə  hər bir vətəndaş, xüsusilə gənclər milli dəyərlərin, tarixi yaddaşın və vətənpərvərlik ruhunun qorunması üçün fəal mövqe sərgiləməlidirlər. Sədr müavini bu kimi müzakirələrin gənc nəslin milli dəyərlərə, tarixi irsə və dövlətçilik ideallarına bağlılığını möhkəmləndirmək üçün olduqca uğurlu fəaliyyət adlandırıb. O, gəncləri müasir informasiya məkanında ayıq-sayıq olmağa, milli kimliyimizi, mənəvi bütövlüyümüzü və dövlət maraqlarını qorumağa çağırıb.

Milli Məclisin deputatı Vüqar Rəhimzadə ideoloji çağırışlar, informasiya təhlükəsizliyi və dövlətin ideoloji siyasətinin həyata keçirilməsi mexanizmləri barədə ətraflı çıxış edib. Vurğulanıb ki, Azərbaycan xalqı və dövləti uzun əsrlərdən sonra tarixi ədaləti bərpa edərək işğala son qoyub, ərazi bütövlüyünü təmin edib. Bu nailiyyətlər təkcə hərbi qələbə ilə məhdudlaşmayıb, həm də diplomatik, siyasi və iqtisadi sahələrdə aparılan kompleks siyasətin nəticəsi olaraq qazanılıb. Vüqar Rəhimzadə hazırda informasiya müharibələrinin geniş vüsət aldığı şəraitdə Azərbaycan dövlətinin həyata keçirdiyi ideoloji və media siyasətinin milli maraqların müdafiəsində mühüm rol oyndığını diqqətə çatdırıb. Milli Məclisin deputatı gənc nəslin milli ideologiyaya sadiq, vətənpərvər və informasiya savadlılığına malik şəkildə yetişdirilməsinin dövlətin uzunmüddətli strateji məqsədlərindən biri olduğunu əlavə edib. 

Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov hazırki çağırışlar fonunda milli birliyin vacib amil olduğunu və bu kimi görüşlərin həmsərhəd bölgələrdə keçirilməsinin siyasi – ideoloji mahiyyətindən söz açıb. Politoloq qloballaşma dövründə informasiya məkanında baş verən proseslərin təkcə sosial şüura deyil, həm də dövlətlərin siyasi sabitliyinə birbaşa təsir göstərdiyini qeyd edib. O, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və bu gün Prezident  İlham Əliyev tərəfindən uğurla davam etdirilən ideoloji siyasətin əsas istiqamətlərindən bəhs edərək ölkəmizin bu mövzuda dünyada özünəməxsus yer tutduğunu xüsusilə vurğulayıb. Eləcə də, vətəndaş – dövlət həmrəyliyi kimi  dəyərlərin qlobal informasiya mühitində qorunmasının strateji əhəmiyyət kəsb etdiyini nəzərə çatdırıb və gələcəyimiz olan gənclərin özlərində bu gündən fəal vətəndaşlıq mövqeyi formalaşdırması gərəkdiyni vurğulayıb. 

Sonra panel müzakirəsində qeyd olunan mövzulara dair tədbir iştirakçılarının sualları cavablandırılıb, sonda xatirə fotosu çəkdirilib. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:124
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 15 Oktyabr 2025 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see271

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see228

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see164

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see151

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see136

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see132

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see132

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see129

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see129

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see127

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see127

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri