Icma.az
close
up
RU
“Dövlət suverenliyi və milli birliyin qorunmasının ideoloji əsaslar” adlı tədbir baş tutub

“Dövlət suverenliyi və milli birliyin qorunmasının ideoloji əsaslar” adlı tədbir baş tutub

Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Məlum olduğu kimi, bu gün təkcə dünyada deyil, Azərbaycanın yerləşdiyi regionda da hibrid təhdidlər, ideoloji təxribatlar, gənclərin beyinlərinin yuyulması və dezinformasiya xarakterli təbliğatın yayılması kimi məsələlər ciddi aktuallıq kəsb edir. Qlobal informasiya müharibəsinin gücləndiyi bir dövrdə gənclərin milli-mənəvi dəyərlərdən uzaqlaşdırılması və yad təsirlərə məruz qalması cəmiyyətin ideoloji təhlükəsizliyi üçün real risk yaradır. Bu səbəbdən gənclərin xarici təsirlərdən və müdaxilələrdən qorunması, dövlətin apardığı daxili və xarici siyasətin onlara düzgün şəkildə çatdırılması, milli ideologiyanın və vətənpərvərlik dəyərlərinin sistemli şəkildə aşılanması həm dövlət, həm də cəmiyyət üçün strateji prioritet olmalıdır.

Oktyabrın sonunda Suverenlik və Konstitusiya ili çərçivəsində Bakı Politoloqlar Klubunun təşkilatçılığı ilə “Dövlət suverenliyi və milli birliyin qorunmasının ideoloji əsasları” adlı tədbir  baş tutmuşdur. Tədbirdə ayrı -ayrı ali təhsil müəssisələrini təmsil edən tələbələr iştirak etmişlər.  

Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda edən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirə giriş sözü ilə açan Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov  qonaqları səmimi salamlayaraq seminarın mövzusunun – “Dövlət suverenliyi və milli birliyin qorunmasının ideoloji əsasları” – bu gün üçün mühüm aktuallıq daşıdığını vurğulamışdır. O qeyd etmişdir ki, qlobal informasiya müharibələrinin, ideoloji təxribatların və hibrid təhlükələrin artdığı bir dövrdə bu kimi maarifləndirmə tədbirlərinin keçirilməsi xüsusilə strateji bölgələrdə böyük əhəmiyyət kəsb edir. Zaur Məmmədov son 1 ay ərzində Azərbaycanın müxtəlif regionlarında bu  mövzu ətrafında görüşlərin keçirildiyini, milli suverenliyin və birliyin qorunmasının əhəmiyyətindən danışmışdır. O, hazırki çağırışlar fonunda milli birliyin vacib amil olduğunu və bu kimi tədbirlərin həmsərhəd bölgələrdə keçirilməsinin siyasi – ideoloji tərəflərinə toxunmuşdur. O, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və bu gün Prezident  İlham Əliyev tərəfindən davam etdirilən ideoloji siyasətin əsas istiqamətləri haqqında bəhs edərək ölkəmizin bu gün dünyada vacib yer tutduğunu xüsusilə vurğulamışdır. Zaur Məmmədov mədəni assimilyasiya təhlükələri, rəqəmsal əsrdə milli kimliyin qorunması, qarşıda duran çağırışlar və Azərbaycana qarşı aparılan ideoloji müharibə mövzularında geniş fikir mübadiləsi aparmışdır. O, xüsusilə Lənkəran  gənclərinin diqqət yetirməli olduqları məqamları ön plana çəkmiş, vətəndaş – dövlət həmrəyliyi kimi  dəyərlərin qlobal informasiya mühitində qorunmasının strateji əhəmiyyət kəsb etdiyini bildirmişdir.

Politoloq Zaur İbrahimli isə seminar iştirakçılarına mədəni assimilyasiya təhlükələri, rəqəmsal əsrdə milli kimliyin qorunması, qarşıda duran çağırışlar və Azərbaycana qarşı aparılan ideoloji müharibə mövzularında geniş fikir mübadiləsi aparmışdır. O, xüsusilə cənub regionlarının gənclərinin diqqət yetirməli olduqları məqamları ön plana çəkmiş, vətəndaş – dövlət həmrəyliyi kimi  dəyərlərin qlobal informasiya mühitində qorunmasının strateji əhəmiyyət kəsb etdiyini bildirmişdir.

Tədbir Bakı Politoloqlar Klubunun və Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı və Lənkəran Dövlət Universitetinin təşkilati dəstəyi  ilə baş tutmuşdur. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:37
embedMənbə:https://moderator.az
archiveBu xəbər 01 Noyabr 2025 10:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see640

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see272

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see245

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see229

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see215

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see194

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see188

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see184

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see177

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see171

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see164

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see160

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see151

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see150

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see145

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see141

“Qarabağ”ın qapıçısı Çempionlar Liqasında ilk “10 luq”da yer alıb

01 Fevral 2026 08:37see139

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see138

İsrailin Qəzzanı tamamilə ələ keçirmək planı qüvvədədir ŞƏRH

01 Fevral 2026 09:35see138

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri