Icma.az
close
up
RU
“Suverenlik və Konstitusiya ili” çərçivəsində Lənkəranda “Dövlət suverenliyi və milli birliyin qorunmasının ideoloji əsaslar” adlı tədbir baş tutub

“Suverenlik və Konstitusiya ili” çərçivəsində Lənkəranda “Dövlət suverenliyi və milli birliyin qorunmasının ideoloji əsaslar” adlı tədbir baş tutub

Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.

Məlum olduğu kimi, bu gün təkcə dünyada deyil, Azərbaycanın yerləşdiyi regionda da hibrid təhdidlər, ideoloji təxribatlar, gənclərin beyinlərinin yuyulması və dezinformasiya xarakterli təbliğatın yayılması kimi məsələlər ciddi aktuallıq kəsb edir. Qlobal informasiya müharibəsinin gücləndiyi bir dövrdə gənclərin milli-mənəvi dəyərlərdən uzaqlaşdırılması və yad təsirlərə məruz qalması cəmiyyətin ideoloji təhlükəsizliyi üçün real risk yaradır. Bu səbəbdən gənclərin xarici təsirlərdən və müdaxilələrdən qorunması, dövlətin apardığı daxili və xarici siyasətin onlara düzgün şəkildə çatdırılması, milli ideologiyanın və vətənpərvərlik dəyərlərinin sistemli şəkildə aşılanması həm dövlət, həm də cəmiyyət üçün strateji prioritet olmalıdır.

Oktyabrın 21-də Suverenlik və Konstitusiya ili çərçivəsində Bakı Politoloqlar Klubunun və Lənkərdan Dövlət Universitetinin təşkilatçılığı və tərəfdaşlığı ilə LDU -da “Dövlət suverenliyi və milli birliyin qorunmasının ideoloji əsaslarının təhlili” adlı tədbir  baş tutmuşdur. Tədbirdə şəhərin professorları, ziyalıları və ictimai – fəalları, ayrı – ayrı maraq qruplarını, sosial qrupları təmsil edən gənclər və tələbələr iştirak etmişlər.  

Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda edən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirə giriş sözü ilə başlayan Lənkəran Dövlət Universitetinin rektoru, professor Natiq İbrahimov qonaqları səmimi salamlayaraq konfransın mövzusunun – “Dövlət suverenliyi və milli birliyin qorunmasının ideoloji əsasları” – bu gün üçün mühüm aktuallıq daşıdığını vurğulamışdır. Rektor qeyd etmişdir ki, qlobal informasiya müharibələrinin, ideoloji təxribatların və hibrid təhlükələrin artdığı bir dövrdə bu kimi maarifləndirmə tədbirlərinin keçirilməsi xüsusilə sərhədyanı və strateji bölgələrdə xüsusi əhəmiyyət kəsb edir. O, bildirib ki, Lənkəran Dövlət Universiteti dövlətçilik və milli dəyərlər ruhunda yetişən gənclərin formalaşmasını strateji prioritet kimi müəyyənləşdirmişdir. Rektor həmçinin vurğulamışdır ki, ideoloji sabitlik və milli həmrəyliyin qorunması hər bir vətəndaşın, xüsusilə də ziyalı təbəqəsinin mənəvi borcudur.

Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini Ülviyyə Əliyeva tədbir iştirakçılarını rayonun icra başçısı adından salamlamış, seminarın fəaliyyətinə uğurlar arzu etmişdir. Əliyeva tədbirin məhz bu mövzuda keçirilməsinin zəruriliyini önə çəkərək, belə seminarların gənc nəslin milli dəyərlərə bağlılığının möhkəmləndirilməsinə mühüm töhfə verdiyini xüsusi qeyd etmişdir.

Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov   hazırki çağırışlar fonunda milli birliyin vacib amil olduğunu və bu kimi tədbirlərin həmsərhəd bölgələrdə keçirilməsinin siyasi – ideoloji tərəflərinə toxunmuşdur. O, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və bu gün Prezident  İlham Əliyev tərəfindən davam etdirilən ideoloji siyasətin əsas istiqamətləri haqqında bəhs edərək ölkəmizin bu gün dünyada vacib yer tutduğunu xüsusilə vurğulamışdır. Zaur Məmmədov mədəni assimilyasiya təhlükələri, rəqəmsal əsrdə milli kimliyin qorunması, qarşıda duran çağırışlar və Azərbaycana qarşı aparılan ideoloji müharibə mövzularında geniş fikir mübadiləsi aparmışdır. O, xüsusilə Lənkəran  gənclərinin diqqət yetirməli olduqları məqamları ön plana çəkmiş, vətəndaş – dövlət həmrəyliyi kimi  dəyərlərin qlobal informasiya mühitində qorunmasının strateji əhəmiyyət kəsb etdiyini bildirmişdir.

YAP Lənkəran rayon təşkilatının sədri İqbal Əmənullayev milli birliyin qorunmasının vacib şərti olan informasiya təhlükəsizliyinin təmin olunmasından, milli dəyərlərin təbliğinin əhəmiyyətindən söz açdı. O, həmçinin qeyd etdi ki, gənclər arasında sağlam ideoloji düşüncənin formalaşdırılması Azərbaycan dövlətinin davamlı inkişafının və milli birliyin əsas dayaqlarından biridir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran regional bölməsinin baş məsləhətçisi Emin Həmidli çıxışında dövlət və din münasibətlərinə toxunaraq müxtəlif xarici qüvvələrin ölkə daxilində dini zəmində cəmiyyət daxilində nifaq salmaq cəhdlərindən bəhs etmiş, gənclərin diqqət olmalı olan məsələləri xüsusilə qeyd etmişdir. O, bildirib ki, dövlətin həyata keçirdiyi ardıcıl dini siyasət nəticəsində ölkədə tolerantlıq və multikultural dəyərlər sistemi möhkəmlənmiş, milli həmrəyliyə qarşı yönələn bütün cəhdlər iflasa uğramış və bundan sonra da iflasa uğrayacaq.

Politoloq Zaur İbrahimli isə seminar iştirakçılarına mədəni assimilyasiya təhlükələri, rəqəmsal əsrdə milli kimliyin qorunması, qarşıda duran çağırışlar və Azərbaycana qarşı aparılan ideoloji müharibə mövzularında geniş fikir mübadiləsi aparmışdır. O, xüsusilə cənub regionlarının gənclərinin diqqət yetirməli olduqları məqamları ön plana çəkmiş, vətəndaş – dövlət həmrəyliyi kimi  dəyərlərin qlobal informasiya mühitində qorunmasının strateji əhəmiyyət kəsb etdiyini bildirmişdir.

Tədbir Bakı Politoloqlar Klubunun və Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı və Lənkəran Dövlət Universitetinin təşkilati dəstəyi  ilə baş tutmuşdur. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://moderator.az
archiveBu xəbər 22 Oktyabr 2025 17:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see245

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see196

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see190

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see143

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri