Icma.az
close
up
RU
Qubada “Dövlət suverenliyi və milli birliyin qorunmasının ideoloji əsaslarının təhlili” adlı tədbir keçirilib

Qubada “Dövlət suverenliyi və milli birliyin qorunmasının ideoloji əsaslarının təhlili” adlı tədbir keçirilib

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Məlum olduğu kimi bu gün dünyada hibrid təhdidlər, ideoloji təxribatlar, gənclərin beyinlərinin yuyulması, dezinformasiya xarakterli təbliğatın yayılması kimi məsələlər ciddi aktuallıq kəsb edir.  Gənclərin xarici təsirlərdən və müdaxilələrdən qorunması, dövlətin apardığı daxili və xarici siyasətin gənclərə düzgün aşılanması istiqamətində Bakı Politoloqlar Klubu tərəfindən sistemli iş davam etməkdədir.

Modern.az xəbər verir ki, Suverenlik və Konstitusiya ili çərçivəsində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə Bakı Politoloqlar Klubu tərəfindən, Quba rayonu İcra Hakimiyyətinin və ADPU -nun Quba filialının tərəfdaşlığı ilə “Suverenlik və Konstitusiya ili” çərçivəsində “Dövlət suverenliyi və milli birliyin qorunmasının ideoloji əsaslarının təhlili” adlı tədbir  baş tutmuşdur. Qubadakı  ictimai – fəalları, ayrı – ayrı maraq qruplarını, sosial qrupları təmsil edən gənclərin iştirakı ilə keçirilən  tədbirin məqsədi hazırda dünyada və region ətrafındakı bir sıra çağırışlar fonunda yerli gənclərin düzgün formada istiqamətləndirilməsinə dəstək vermək, azərbaycançılıq, dövlət – vətəndaş, xarici qüvvələr kimi anlayışlarla bağlı, eyni zamanda milli-mənəvi dəyərlər, mədəni assimilyasiya, rəqəmsal əsrdə milli kimliyin qorunması və qarşıda duran çağırışlar, Azərbaycana qarşı ideoloji müharibə və sair kimi məsələlərlə bağlı maarifləndirmə işinin aparılmasından ibarətdir.

Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda edən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirə giriş sözü ilə başlayan ADPU Quba filialının direktoru, professor Yusif Alıyev qonaqları salamlayaraq mövzunun aktuallığına toxunmuş,  bu kimi maarifləndirmə işlərinin  xüsusilə həmsərhəd rayonlarda vacib olduğunu qeyd etmişdir. O, şimal bölgəsində gənclərin təhsilə və elmə yönəldilməsində  ADPU -nun Quba filialının roluna da toxunmuşdur. Yusif Alıyev Ümummilli Lider Heydər Əliyevin hələ müstəqilliyimizin ilk illərində ölkəmizdə müəyyən etdiyi təhsil strategiyasını milli sərvət kimi dəyərləndirib. Direktor diqqətə çatdırıb ki, bu strategiyanın Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanın çoxşaxəli inkişafında, eyni zamanda 44 günlük Vətən müharibəsində rəşadətli qələbənin qazanılmasında öz sözünü deyib.

Quba Rayon İcra Hakimiyyətinin başçısının müavini Səidə Abbasova tədbir iştirakçılarını rayonun icra başçısı İlqar Mahmudov adından salamlamış, seminarın fəaliyyətinə uğurlar arzu etmişdir. Abbasova tədbirin məhz bu mövzuda keçirilməsinin zəruriliyini önə çəkərək, belə seminarların gənc nəslin milli dəyərlərə bağlılığının möhkəmləndirilməsinə mühüm töhfə verdiyini xüsusi qeyd etmişdir.

Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov  Quba rayon icra hakimiyyətinin rəhbərliyinə  və  ADPU -nun Quba filialının rəhbərliyinə yaradılan şərait üçün təşəkkürünü bildirmişdir. O, Qubanı təmsil edən hər iki millət vəkilinə dəvəti qəbul edib seminarda iştirak etdiklərinə görə minnətdarlığını bildirərək hazırki çağırışlar fonunda milli birliyin vacib amil olduğunu və bu kimi seminarların həmsərhəd bölgələrdə keçirilməsinin siyasi – ideoloji tərəflərinə toxunmuşdur.  Zaur Məmmədov Qubada gənclərin ayrı – ayrı sosial qruplarını təşkil edən 100 nəfərə yaxın iştirakçının dinlədiyi seminarın vacibliyinə toxunmuş, hazırda ölkəmiz ətrafında cərəyan edən çağırışlar, formalaşan perspektivlər haqqında  bəhs etmişdir. O, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və bu gün Prezident  İlham Əliyev tərəfindən davam etdirilən ideoloji siyasətin əsas istiqamətləri haqqında bəhs edərək ölkəmizin bu gün dünyada vacib yer tutduğunu xüsusilə vurğulamışdır.

Milli Məclisin deputatı Əlibala Məhərrəmzadə öz çıxışında Azərbaycanın iqtisadi və siyasi göstəriciləri haqqında ətraflı məlumat vermişdir. O, qeyd etmişdir ki, bu gün dünyada baş verən proseslərdə Azərbaycan xüsusi əhəmiyyətə malikdir. Deputat vurğulamışdır ki, Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində Azərbaycan xalqı və dövləti uzun əsrlərdən sonra bölgədə işğala son qoyaraq tarixi ədaləti bərpa etmişdir. Onun sözlərinə görə, əldə olunan uğurlar yalnız hərbi deyil, həm də diplomatik, siyasi və iqtisadi sahələrdə kompleks yanaşmanın nəticəsidir.

Milli Məclisin deputatı Müşviq Məmmədli çıxışında ölkə rəhbərliyi tərəfindən həyata keçirilən islahatların, xüsusən də sosial və humanitar sahədə atılan addımların əhəmiyyətini qeyd etmişdir. O, Azərbaycanda aparılan regional siyasətdən, regionların inkişaf planından, eləcə də gənclərin dövlət siyasətindəki rolundan danışaraq, gələcək nəsillərin milli maraqlara sadiq və müasir dünyagörüşə malik vətəndaşlar kimi formalaşmasının vacibliyini vurğulamışdır.

Politoloq Zaur İbrahimli isə konfrans iştirakçılarına mədəni assimilyasiya təhlükələri, rəqəmsal əsrdə milli kimliyin qorunması, qarşıda duran çağırışlar və Azərbaycana qarşı aparılan ideoloji müharibə mövzularında geniş fikir mübadiləsi aparmışdır. O, xüsusilə şimal regionlarının gənclərinin diqqət yetirməli olduqları məqamları ön plana çəkmiş, vətəndaş – dövlət həmrəyliyi kimi  dəyərlərin qlobal informasiya mühitində qorunmasının strateji əhəmiyyət kəsb etdiyini bildirmişdir.

ADPU Quba filialının Humanitar elmlər kafedrasının müəllimi, Əməkdar mədəniyyət işçisi Elza Orucova çıxışında Qubanın zəngin mədəni mühitinin təhsillə sintezinin gələcək nəsillərin milli kimlik və vətənpərvərlik ruhunda yetişməsinə töhfə verdiyini vurğulamışdır.

Filialın Akt zalında keçirilən seminar baş müəllim Kəmalə Bayramovanın moderatorluğu ilə baş tutub.

Tədbir xatirə fotosunun çəkilməsi ilə başa çatıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:38
embedMənbə:https://modern.az
archiveBu xəbər 27 Sentyabr 2025 13:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see226

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see200

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see189

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see188

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see187

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see158

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see155

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see152

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see150

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see146

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see144

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see143

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see140

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see137

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see136

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see134

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri