Icma.az
close
up
RU
Gəncədə “İrsini yarat kitabının təqdimat mərasimi keçirilib FOTOLAR

Gəncədə “İrsini yarat kitabının təqdimat mərasimi keçirilib FOTOLAR

Ses qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

YAP Gəncə şəhər təşkilatında Gülü Məmmədovanın "İrsini yarat" kitabının təqdimat mərasimi keçirilib. Təqdimat mərasimində YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, kitabın müəllifi Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının gömrük xidməti kapitanı Gülü Məmmədova, psixoloq Şəkər Dadaşova, idarə, müəssisə rəhbərləri, Gəncədə fəaliyyət göstərən ali məktəblərin tələbələri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbiri YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov açaraq, bildirib ki, gələcəyin liderləri üçün yol xəritəsi ola biləcək bu kitab xüsusən gənclərin arzularına çatmaqda, iş həyatı ilə yanaşı şəxsi inkişaf yolunda irəliləməsində istiqamət verəcək:”Müəllif bu əsər vasitəsilə oxucuya qeyri-müəyyən, mürəkkəb mühitdə inamla qərar vermək üçün təhlillər və düşüncə tərzi təqdim edir. Eyni zamanda əsərdə innovasiyaların və dayanıqlı inkişafın stimullaşdırılması naminə liderliyə inklüziv yanaşma ilə mədəniyyətin inteqrasiyasının zəruriliyi ön plana çəkilir”.

Dövlət Məşğulluq Agentliyinin Gəncə-Daşkəsən Regional Məşğulluq filialının müdiri Elməddin Qurbanov, Gəncə Şəhər Statistika İdarəsinin rəisi Elşən Məmmədov, Mərkəzi Klinika Gəncə Xəstəxanasının Baş direktoru Rövşən Veysov və digər çıxış edən natiqlər də bildiriblər ki, "İrsini yarat" kitabı oxucuda liderlik bacarıqlarının təkmilləşdirilməsinə bir töhfədir.

Geniş diskusiya şəraitində keçən təqdimat mərasimində o da diqqətə çatdırılıb ki, baş icraçı direktorun strateji liderlik və məqsədyönlü təsir üzrə bələdçi kitabının geniş oxucu kütləsinə çatdırılmasında məqsəd tək hədəfə çatmaq deyil, eyni zamanda yaddaşda qalacaq irs yaratmaqdır.

Sonda kitabın müəllifi Gülü Məmmədova tədbir iştirakçılarına minnətdarlığını bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:176
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 24 Fevral 2026 12:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri