Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Gəncədə qanunsuz parklanmaya görə sürücülər cərimə olunur? AÇIQLAMA

Gəncədə qanunsuz parklanmaya görə sürücülər cərimə olunur? AÇIQLAMA

Azxeber.com saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Gəncə şəhərində qanunsuz parklanmaya görə sürücülər cərimə olunur.

Bu barədə Gəncə sakini video çəkərək sosial şəbəkələrdə paylaşıb.

Belə ki, o, qanunsuz parklanmadan şikayətlənib və gündə onlarla sürücünün məcburi şəkildə cərimə edildiyini bildirib.

Bəs, Gəncədə hələ də qanunsuz parklanma yerləri varmı? Aidiyyəti qurumlar tərəfindən buna tədbir görülməlidirmi?

Görüntüylə bağlı Daxili İşlər Nazirliyinə sorğu ünvanladıq.

Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov AZXEBER.COM-a açıqlamasında həmin videonun araşdırıldığını bildirib:

"Məsələ ilə bağlı araşdırma aparılır. Araşdırmaların nəticəsinə uyğun hüquqi qiymət veriləcək".

Məsələ ilə bağlı AZXEBER.COM-a açıqlama verən Milli Məclisin Gəncə şəhərindən seçilən deputatı Naqif Həmzəyev bildirib ki, Gəncədə parklanmaq problemi həll edilməlidir:

"Gəncə şəhərində, əsasən də şəhər mərkəzindəki yollar asfaltlandıqdan sonra təbii ki, bu yollarda yeni xətlənmə işləri də həyata keçirilib və bəzi yolların hərəkətlərində dəyişikliklər edilib. Biz inanırıq ki, bu dəyişikliklər nəticə etibarilə Gəncə şəhərində tıxacın qarşısının alınmasına və hərəkətin daha da səmərəli və rahat olmasına gətirib çıxaracaq. Ancaq sürücülərin qarşılaşdığı çox ciddi bir problem var, çünki bu xətlənmələr nəticəsində bir çox yollarda qoşa xətlər çəkilib ki, bu xətləri də bilirsiniz ki, ayaqlamaq, qarşı tərəfə keçmək qadağandır, cəriməsi var. Məhz həmin yolların hər iki tərəfində də avtomobillər necə gəldi park edirlər və bu yollarda hərəkət edən sürücülər məcburən qoşa xətləri kəsməli olurlar, bu qoşa xətlərdən keçməli olurlar və həmin ərazidə yerləşdirilən kameralar da təbii ki, həmin sürücülərə cərimələr göndərir və cərimələnirlər. Bu da haqlı narazılığa səbəb olur. Bu baxımdan da bu qoşa xətlərin çəkilməsi, Gəncədəki avtomobil yollarının xətlənməsi ilə yanaşı, məncə, parklanma problemi də həll edilməlidir. Çünki Gəncə şəhərində necə gəldi, harada gəldi avtomobili saxlayırlar və parklanma qaydalarına demək olar ki, əməl edilmir və bu da nəticədə sürücülərin yollarda sərbəst, rahat hərəkət etməsinə çox böyük problem yaradır".

Deputat bir zamanlar Bakıda da parklanma probleminin olmasını, sonradan isə həll edildiyini xatırladıb:

"Məhz bu parklanma ilə əlaqədar, xatırlayırsınızsa, Bakı şəhərində də zamanında elə idi. Kim gəldi, necə gəldi saxlayır, pul yığırdı və bu pulların hara getdiyi, kimlər tərəfindən mənimsənildiyi məlum olmurdu. Mən düşünürəm ki, Gəncə şəhərində də parklanma ilə bağlı xüsusi nizam-intizam yaradılmalıdır. Xüsusilə də Nazirlər Kabinetinin qərarı var, tariflər müəyyənləşdirilib və buna uyğun da bu parklanma problemi Gəncə şəhərində öz həllinə tapmalıdır. Nizam-intizam tətbiq edilməlidir ki, həm sürücülərin rahat yollarda hərəkəti təmin edilsin, həm də parklanma qaydalarına riayət olunsun. Nəticədə bu qədər əziyyət çəkilib, yollar yenidən asfaltlanıb, estetik cəhətdən də yollardakı bu qarışıqlıq aradan qaldırılmalıdır. Mən inanıram ki, aidiyyəti qurumlar bu məsələyə ən qısa zamanda əncam çəkəcəklər və şəhərdə avtomobillərin rahat hərəkəti təmin ediləcək".

Parlamentari problemin həlli yoluna da toxunub:

"Problemin həlli yolu odur ki, Nazirlər Kabinetinin konkret bu barədə qərarı var. Bakı, Sumqayıt və Gəncə şəhərlərində parklanma tarixləri müəyyənləşdirilib. Buna uyğun olaraq da Gəncədə parklanma xidməti təşkil edilməlidir. Xətlənmələr yalnız yolu iki yerə ayırmır, ona görə təkcə o yox, parklanma xətləri də çəkilməlidir ki, bu yolda parklanma olar yoxsa olmaz".

Mikayıl Mirzəzadə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:259
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 22 Avqust 2025 14:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see669

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see637

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see635

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see505

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see466

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see448

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see425

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see398

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see352

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see347

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see344

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see334

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see330

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see327

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see325

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see321

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see315

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see314

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see309

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

07 Oktyabr 2026 15:33see291
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri