Icma.az
close
up
RU
Gəncədə qanunsuz parklanmaya görə sürücülər cərimə olunur? AÇIQLAMA

Gəncədə qanunsuz parklanmaya görə sürücülər cərimə olunur? AÇIQLAMA

Icma.az bildirir, Gununsesi portalına istinadən.

Gəncə şəhərində qanunsuz parklanmaya görə sürücülər cərimə olunur.

Bu barədə Gəncə sakini video çəkərək sosial şəbəkələrdə paylaşıb.

Belə ki, o, qanunsuz parklanmadan şikayətlənib və gündə onlarla sürücünün məcburi şəkildə cərimə edildiyini bildirib.

Bəs, Gəncədə hələ də qanunsuz parklanma yerləri varmı? Aidiyyəti qurumlar tərəfindən buna tədbir görülməlidirmi?

Görüntüylə bağlı Daxili İşlər Nazirliyinə sorğu ünvanladıq.

Nazirliyin mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Gununsesi.info-ya açıqlamasında həmin videonun araşdırıldığını bildirib:

“Məsələ ilə bağlı araşdırma aparılır. Araşdırmaların nəticəsinə uyğun hüquqi qiymət veriləcək”.

Məsələ ilə bağlı Gununsesi.info-ya açıqlama verən Milli Məclisin Gəncə şəhərindən seçilən deputatı Naqif Həmzəyev bildirib ki, Gəncədə parklanma problemi həll edilməlidir:

“Gəncə şəhərində, əsasən də şəhər mərkəzindəki yollar asfaltlandıqdan sonra təbii ki, bu yollarda yeni xətlənmə işləri də həyata keçirilib və bəzi yolların hərəkətlərində dəyişikliklər edilib. Biz inanırıq ki, bu dəyişikliklər nəticə etibarilə Gəncə şəhərində tıxacın qarşısının alınmasına və hərəkətin daha da səmərəli və rahat olmasına gətirib çıxaracaq. Ancaq sürücülərin qarşılaşdığı çox ciddi bir problem var, çünki bu xətlənmələr nəticəsində bir çox yollarda qoşa xətlər çəkilib ki, bu xətləri də bilirsiniz ki, ayaqlamaq, qarşı tərəfə keçmək qadağandır, cəriməsi var.

Məhz həmin yolların hər iki tərəfində də avtomobillər necə gəldi park edirlər və bu yollarda hərəkət edən sürücülər məcburən qoşa xətləri kəsməli olurlar, bu qoşa xətlərdən keçməli olurlar və həmin ərazidə yerləşdirilən kameralar da təbii ki, həmin sürücülərə cərimələr göndərir və cərimələnirlər. Bu da haqlı narazılığa səbəb olur. Bu baxımdan da bu qoşa xətlərin çəkilməsi, Gəncədəki avtomobil yollarının xətlənməsi ilə yanaşı, məncə, parklanma problemi də həll edilməlidir. Çünki Gəncə şəhərində necə gəldi, harada gəldi avtomobili saxlayırlar və parklanma qaydalarına demək olar ki, əməl edilmir və bu da nəticədə sürücülərin yollarda sərbəst, rahat hərəkət etməsinə çox böyük problem yaradır”.

Deputat bir zamanlar Bakıda da parklanma probleminin olmasını, sonradan isə həll edildiyini xatırladıb:

“Məhz bu parklanma ilə əlaqədar, xatırlayırsınızsa, Bakı şəhərində də zamanında elə idi. Kim gəldi, necə gəldi saxlayır, pul yığırdı və bu pulların hara getdiyi, kimlər tərəfindən mənimsənildiyi məlum olmurdu. Mən düşünürəm ki, Gəncə şəhərində də parklanma ilə bağlı xüsusi nizam-intizam yaradılmalıdır. Xüsusilə də Nazirlər Kabinetinin qərarı var, tariflər müəyyənləşdirilib və buna uyğun da bu parklanma problemi Gəncə şəhərində öz həllinə tapmalıdır. Nizam-intizam tətbiq edilməlidir ki, həm sürücülərin rahat yollarda hərəkəti təmin edilsin, həm də parklanma qaydalarına riayət olunsun. Nəticədə bu qədər əziyyət çəkilib, yollar yenidən asfaltlanıb, estetik cəhətdən də yollardakı bu qarışıqlıq aradan qaldırılmalıdır. Mən inanıram ki, aidiyyəti qurumlar bu məsələyə ən qısa zamanda əncam çəkəcəklər və şəhərdə avtomobillərin rahat hərəkəti təmin ediləcək”.

Parlamentari problemin həlli yoluna da toxunub:

“Problemin həlli yolu odur ki, Nazirlər Kabinetinin konkret bu barədə qərarı var. Bakı, Sumqayıt və Gəncə şəhərlərində parklanma tarifləri müəyyənləşdirilib. Buna uyğun olaraq da Gəncədə parklanma xidməti təşkil edilməlidir. Xətlənmələr yalnız yolu iki yerə ayırmır, ona görə təkcə o yox, parklanma xətləri, eyni zamanda parklanmaya dair xüsusi nişanlar çəkilməlidir ki, bu yolda parklanma olar yoxsa olmaz. Ümumən, ictimaiyyət bununla bağlı məlumatlandırılmalıdır”.

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:253
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 22 Avqust 2025 17:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Panik atakla infarktı necə ayırd etmək olar?

28 Sentyabr 2026 23:24see200

Ankarada yüzlərlə sayt BLOKLANDI

29 Sentyabr 2026 02:02see194

Nigerdə iki hücumda təhlükəsizlik qüvvələrinin 50 dən çox üzvü öldürülüb

28 Sentyabr 2026 23:26see158

Maskın raketi suya düşərək partladı Video

29 Sentyabr 2026 01:32see154

Yeni danışıqlara başladılar

29 Sentyabr 2026 06:44see150

Starship kosmik gəmisi ilk orbital uçuşundan sonra PARTLADI VİDEO

28 Sentyabr 2026 23:28see149

Tikinti sektorunda yeni dələduzluq (Video)

29 Sentyabr 2026 07:08see149

Çənə və diş ağrısı İNFARKTIN GİZLİ ƏLAMƏTİ ola bilər

29 Sentyabr 2026 04:54see148

17 il əvvəl öldürülən müxalifət liderinə görə 36 nəfər həbs edildi

29 Sentyabr 2026 03:17see148

Türkiyə böyük hesabla məğlub oldu

29 Sentyabr 2026 01:02see147

Ən bahalı Ayfonlarda bu qüsur AŞKARLANDI

28 Sentyabr 2026 23:20see146

İranın Qəşm adası yaxınlığında partlayış səsləri eşidilib

29 Sentyabr 2026 01:23see145

Çəngəl bıçaq siyirtməsinə tabaşir qoyanların sayı sürətlə artır

29 Sentyabr 2026 04:04see145

Türkiyə millisi İtaliyalılar qarşısında darmadağın oldu YENİLƏNİB

29 Sentyabr 2026 01:05see145

İllərdir zibil kimi atırdıq: Sən demə, saç tökülməsini bıçaq kimi kəsirmiş

29 Sentyabr 2026 06:08see142

Yığmaya rəhbərlik edən məşqçilər arasında ən zəif nəticələrdən biri

29 Sentyabr 2026 00:20see142

Totti 2006 cı il dünya çempionatının həyatındakı rolundan danışdı

29 Sentyabr 2026 05:19see142

İrandan nüvə proqramı ilə bağlı gözlənilməz addım: Tehran razılaşdı

28 Sentyabr 2026 22:53see141

5 ildir kaşkilərlə yaşayıram Video

28 Sentyabr 2026 23:26see141

Monteneqrodan son dəqiqə şoku: Ermənistan məğlub oldu

29 Sentyabr 2026 00:07see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri