Gəncədə süpürgəçini maşın vurdu
Lent az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Gəncədə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Müseyib Bağırov küçəsində qeydə alınıb.
Hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən 1962-ci il təvəllüdlü F.Qarayevi vurub.
Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir.
Qeyd edək ki, F.Qarayev ərazidə yolu süpürərkən avtomobil onu vurub.
Onun Gəncə şəhər Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin işçisi olduğu bildirilir.
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.
Baxış sayı:135
Bu xəbər 30 Mart 2025 08:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















