Gəncədə uçqun olub, ölən var
Reyting.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Gəncə şəhəri, Mirzə Yusif Axundzadə küçəsində ev tikintisi zamanı uçqun olub.
Reyting.az xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyindən (FHN) bildiriblər.
FHN-nin "112" qaynar telefon xəttinə həmin ünvanda bir nəfərin dağıntılar altında qalması barədə məlumat daxil olub. Dərhal FHN-nin Gəncə Regional Mərkəzinin xilasediciləri çağırış üzrə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, söküntü işləri aparılarkən tikilinin bir hissəsinin uçması nəticəsində orada çalışan vətəndaş dağıntı altında qalıb.
Həyata keçirilən tədbirlər nəticəsində dağıntı altında qalmış 1985-ci il təvəllüdlü Kərimov Taleh İdris oğlunun meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Digər mənbələr hadisə nəticəsində daha 3 nəfərin xəsarət aldığını bildirirlər.
Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Gəncədə qəza olub, ölən var
14 İyun 2025 00:11
Gəncədə PARTLAYIŞ: ölən var
17 Dekabr 2024 13:48
Gəncədə ev tikintisi zamanı uçqun olub, ölən və xəsarət alanlar var
07 Sentyabr 2025 15:52
Gəncədə DƏHŞƏTLİ QƏZA: Ölən var
08 Noyabr 2024 00:00
Gəncədə mənzildə partlayış Ölən var
12 May 2025 13:10

