Gəncədəki mərmi partlayışında ölən şəxsin şəhid atası olduğu üzə çıxdı FOTO Yeni Çağ Media
Yenicag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Gəncədə partlayış nəticəsində ölən şəxs şəhidin atası olub.
Yenicag.az “Unikal”a istinadən xəbər verir ki, Asif Tağıyev şəhid Eşqin Tağıyevin atasıdır.
Qeyd edək ki, Tağıyev Eşqin Asif oğlu 1998-ci il, martın 18-də Göygöl rayonunun Üçtəpə kəndində dünyaya göz açıb. Eşqin Tağıyev Vətən müharibəsi zamanı Kəlbəcər, Cəbrayıl, Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edib. 2020-ci il, oktyabrın 30-da Şuşa şəhərinin azad olunması uğrunda gedən döyüşlərdə Şəhidlik zirvəsinə yüksəlib.
Azərbaycan Ordusunun əsgəri olan Eşqin Tağıyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən ölümündən sonra “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları və “Azərbaycan bayrağı” ordeni ilə təltif edilib.
www.yenicag.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 17 Dekabr 2024 22:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















