Icma.az
close
up
RU
Cəmil Həsənlinin təhqir ritorikasında Mehdiyev izi

Cəmil Həsənlinin təhqir ritorikasında Mehdiyev izi

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Demokratiyadan dəm vuran AXCP sədri Əli Kərimli və ətrafı öz əməlləri ilə söz azadlığına qarşı olduqlarını hər fürsətdə nümayiş etdirirlər.

Əli Kərimli kimi Milli Şuranın sədri Cəmil Həsənli də iç üzünü ortaya qoyub. O, “Facebook”-dakı son paylaşımında təhqir ritokasını işə salıb. Cəmil Həsənli paylaşımında mətbuatı “əlaltı və ayaqaltı media” adlandırıb. Başqalarına söz və ifadə azadlığından, demokratik dəyərlərdən dərs keçməyə çalışan Cəmil Həsənliyə jurnalistləri, mətbuatı təhqir etmək ixtiyarını kim verib? Tənqidi mediaya qarşı dözümlü olmağın gərəkliliyindən dəm vuran Əli Kərimli, Cəmil Həsənli kimiləri özlərinə qarşı bu yanaşmanı qəbul edə bilmirlər. 

Görünür, onlar demokratiyanın birtərəfli münasibətlər sistemi olmadığını anlamırlar. Sağlam tənqid hər kəsə şamil edilməlidir, Cəmil Həsənli! Siz isə başqalarına qarşı tənqid yox, təhqirlə məşğulsunuz. Özünüzə gəldikdə, sizi tənqid edən istənilən şəxsə kobud ifadələrlə cavab verirsiniz. Tənqidi təhqir kimi qavrayırsınız. 

Bu qədər yalandan sonra insanlar sizə niyə inansınlar?

Jurnalistlərin, medianın hüquqlarından danışan Cəmil Həsənlinin indi söylədiyi hədyanlar, işlətdiyi kobud ifadələr Milli Şuranın siyasi “oyunçu”larının əsl simasını açıb göstərir. Cəmil Həsənlinin ritorikası indiyə qədər xalqı aldatmaq üçün yalan dəyirmanına əslində kimlərin su tökdüyünü nümayiş etdirir. 

Çünki Cəmil Həsənli, Əli Kərimli, Gültəkin Hacıbəyli kimi qondarma müxalifətçilərin hədyanları onların vətənə xəyanətdə ittiham olunan Prezident Aparatının sabiq rəhbəri Ramiz Mehdiyevlə eyni düşüncədə, eyni əməldə olduqlarını bir daha təsdiqləyir. İstər Cəmil Həsənlinin, istər Əli Kərimlinin işlətdiyi ifadələr, populist bəyanatlar Rusiyanın Azərbaycandakı “5-ci kolon”unun direktivlərindən, Ramiz Mehdiyevin siyasi məktəbindən qaynaqlanır.

Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı “Cebheinfo.az”-a açıqlamasında Cəmil Həsənliyə cavab verib:

“Cəmil Həsənli oturub elmlə məşğul olsun. Ona şər və böhtandan uzaq olmağı məsləhət görürəm. Azərbaycanın güclü və hüquqi dövlət olduğunu yaddan çıxartmasın. Hər kəs öz əməlinə görə mütləq cavab verəcək. Cəmil Həsənlini istintaqa çağırdılar, dindirdilər, sərbəst buraxdılar. İndi o da Papadan çox katolik olmasın. Getsin yerində otursun və istintaqın nəticəsini gözləsin. İctimai rəyi çirkləndirməsin”.

AĞ Partiya sədrinin birinci müavini Əhəd Məmmədli də saytımıza açıqlamasında Cəmil Həsənlinin fikirlərinə sərt təpki göstərib:

“Cəmil Həsənli bədbəxt adamdır. Onun özü “samovar müxalifəti” kimi tanınır. Sadəcə zəif və dalana dirənən insan belə təhqirlərdən istifadə edər. Cəmil Həsənli həyatı ancaq xəyanətlə dolu olub, öz müxalifət düşərgəsini satıb, sonra yenidən müxalifət düşərgəsinə qayıdıb. Hətta pişik divara dirənəndə, cırmaq atır. O da indi həmin vəziyyətdədir, düşdüyü dairədən çıxa bilmir. Cəmil Həsənli çox uğursuz siyasətçidir. Özü o qədər satqınlıq və xəyanətlə məşğul olub ki, indi də başqaları haqqında belə danışır. Mən ona insan kimi də hörmət etmirəm”.

Elmir
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 10 Dekabr 2025 10:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see375

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see336

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see330

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see323

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see322

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see317

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see309

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see302

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see299

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see275

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see267

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see259

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see257

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see251

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see250

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see246

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see233

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see213

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see209

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri