Icma.az
close
up
RU
AccessBank VİSA ilə növbəti kobrend filialını Xankəndidə açdı!

AccessBank VİSA ilə növbəti kobrend filialını Xankəndidə açdı!

Icma.az bildirir, Qaynarinfo saytına əsaslanaraq.

AccessBank Azərbaycanın regionlarında fəaliyyət dairəsini genişləndirməyə davam edir. Bank və rəqəmsal ödənişlər üzrə qlobal lider Visa ilə birgə Xankəndi şəhərində növbəti kobrend filialının açılışını elan edir. Bu açılış, AccessBank-ın 2025-ci il üçün nəzərdə tutulmuş Regionlarda İnkişaf Planının tam icra olunması və ölkə üzrə xidmət şəbəkəsinin daha da genişlənməsi baxımından mühüm mərhələ oldu.

Yeni filialın fəaliyyətə başlaması ilə AccessBank-ın filiallarının ümumi sayı 38-ə çatdı və bankın xidmət coğrafiyası 24 bölgəni əhatə etdi. Qarabağın ölkə iqtisadiyyatına inteqrasiya olunduğu bu mərhələdə bankın əsas məqsədi - regionda kiçik və orta sahibkarlığın inkişafına dəstək, yeni iş yerlərinin yaradılmasına töhfə və maliyyə xidmətlərinin daha əlçatan olmasıdır.

Açılış mərasimində AccessBank-ın İdarə heyətinin sədri Davit Tsiklauri və rəhbər heyəti ilə yanaşı, Visa-nın Azərbaycanda baş direktoru və regional meneceri Nurlan Hacıyev, Azərbaycan Respublikası Prezidentinin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov, Qarabağ Universitetinin rektoru Şahin Bayramov və digərləri iştirak etdilər.

Yeni kobrend filialının əsas üstünlüklərindən biri də Visa ilə tərəfdaşlığın yaratdığı üstünlük və imkanlardır. Buraya müasir ödəniş texnologiyaları, sürətli tranzaksiyalar və təhlükəsiz ödəniş infrastrukturunun tətbiqi daxildir. Bu, Qarabağda həm bizneslərin, həm də fərdi müştərilərin rəqəmsal ödəniş imkanlarından daha geniş istifadə etməsinə şərait yaradacaq.

Bundan əlavə, filial ərazisində yaradılan pulsuz internet guşəsi bölgədəki vətəndaşların rəqəmsal xidmətlərə çıxışını asanlaşdırmaq məqsədi daşıyır. Bu imkan həm bank müştərlərinin, həm də yaxınlıqda yaşayan sakinlərin internetə ehtiyac duyduqları zaman fasiləsiz istifadə imkanı yaradır.

AccessBank gələcəkdə də Qarabağ bölgəsində xidmət şəbəkəsini genişləndirməyi, yeni layihələr həyata keçirməyi və iqtisadi dirçəliş prosesinə aktiv dəstək olmağı planlaşdırır.

AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 24-i bölgələrdə olmaqla, 38 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir: http://bit.ly/accessbank-filiallar .

Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçininwww.accessbank.azsaytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook, Instagram, LinkedIn)müraciət edə bilərsiniz.

*AccessBank QSC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:443
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 10 Dekabr 2025 10:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri