Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Gəncədən başlanan şanlı yürüşün komandanı

Gəncədən başlanan şanlı yürüşün komandanı

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Qəhrəman Nuru paşa AXC milli hökumətinin Bakıda fəaliyyətinə yol açdı

Türk xalqlarının dar, çətin günlərində hünər göstərən böyük sərkərdələri olub. Onlar ağır döyüş meydanlarında qeyri-adi şücaətləri, qətiyyət və cəsarətləri ilə millətin xilaskarına çevriliblər. Belə tarixi şəxsiyyətlərdən biridir Bakının fatehi Nuru paşa! Onun adı bu gün də xalqımızın dilində əzbərdir! O, həqiqətən, ən böyük hörmət və ehtirama layiqdir!

1918-ci ilin 15 sentyabrında məhz türkün bu böyük oğlunun komandanlığı altında Bakı şəhəri daşnak erməni və bolşevik işğalından azad olunub. Düşmən üzərində bu möhtəşəm qələbə Azərbaycan xalqının minillik şanlı və unudulmaz səhifələrindən biridir. Onun barəsində yazmaq da, danışmaq da hər zaman xoşdur! Bu əlamətdar gündə Nuru paşanı xatırlamamaq olarmı? Əsla!

Xalqımızın taleyində müstəsna xidmətləri olan bu böyük insanın həyat yolu və fəaliyyətini bir daha yada salaq. Beləliklə, Nuru paşa (Nuru Killigil) 1889-cu ildə İstanbulda anadan olub və ilk hərbi təhsilini orada alıb. Əmisi Xəlil və qardaşı Ənvər paşaların şərəfli hərb sənəti yolunu davam etdirib. 16 yaşında, yəni 1906-cı ildə İstanbulda Quru Qoşunları məktəbinə daxil olub. 1909-cu ildə təhsilini başa vuran kimi Osmanlı ordusunda zabit kimi xidmətə başlayıb.

Nuru paşa çox qürurlu, cəsarətli döyüşçü olub və istər savaşda, istərsə də həyatda ən məsuliyyətli vəzifələrin icrasını öz üzərinə götürməkdən çəkinməyib. O, 1911-1919-cu illərdə və Birinci Dünya müharibəsi zamanı hazırkı Liviya ərazisində Trablus-qərb cəbhəsində ağır döyüşlərə qatılıb və gənc yenilməz sərkərdə kimi şan-şöhrət qazanıb. Buradakı yüksək hünər və bacarığına görə onu “Trablus qəhrəmanı” deyə çağırıblar. Cəmi 6 ildən sonra isə o, Azərbaycanda artıq “Bakının fatehi” kimi tarixə düşəcəkdi!

...1918-ci ilin əvvəllərində ölkəmizdə vəziyyət son dərəcə ağır idi. Bakıda hakimiyyəti ələ keçirən erməni daşnakları və bolşeviklər xalqımıza qarşı dəhşətli etnik təmizləmə siyasəti yürüdür, əhalini fiziki cəhətdən məhv edərək əzəli torpaqlarımızı yağmalamağa çalışırdılar. Belə bir taleyüklü məqamda qardaş Türkiyə Nuru paşanı Azərbaycana köməyə göndərməyi qərara aldı.

Nuru paşa Gəncəyə çatandan bir neçə gün sonra Bakı Sovetinin təşkilatlandırdığı çox böyük sayda bolşevik və daşnak qoşunları Gəncəyə doğru hücuma başladılar. Gənc hərbi strateq Türkiyə rəhbərliyinə təcili məktub yazaraq qarşıya qoyulan vəzifələrin həlli üçün Azərbaycana hərbi qüvvələrin göndərilməsini xahiş etdi. Eymi zamanda, azərbaycanlı könüllü əsgərlər üçün gərgin təlimlər başlandı. Axı, qarşıda ağır döyüşlər gözlənilirdi!

1918-ci il iyun ayının 4-də Batumda müstəqil Azərbaycan dövləti ilə Türkiyə dövləti arasında imzalanan müqavilə ölkəmizə hərbi qüvvələrin göndərilməsi üçün hüquqi baza yaratdı. Əvvəlcə 5-ci Qafqaz diviziyasına aid olan 9-cu Qafqaz alayı ilə 2-ci süvari alayı Azərbaycana doğru hərəkət etdi. 1918-ci il iyun ayının 7-də 9-cu Qafqaz alayı Qazaxa çatdı. İyunun 9-da isə Gəncədə qarşılanma mərasimi oldu.

Nuru paşa vaxt itirmədən Bakıya doğru hərbi yürüşə başladı. Qafqaz İslam Ordusu çoxlu şəhid verərək Göyçayı, Salyanı, Ağsunu, Kürdəmiri, Şamaxını düşmən qüvvələrdən təmizlədi. 8 min osmanlı əsgəri və 6 min Azərbaycanın könüllü qüvvəsi ilə Bakıya yaxınlaşdı. Uğurlu hücum əməliyyatı nəticəsində sentyabrın 15-də Bakı erməni və ruslardan azad edildi! Böyük dramaturq Cəfər Cabbarlı bu barədə fəxarət hissilə yazdı: Bu, Azərbaycan xalqının tarixə və bəxtinə qızıl hərflərlə yazılan gündür!

Hərbi tarixçi, ehtiyatda olan polkovnik Mehman Süleymanovun fikrincə, Nuru Paşanın komandanlığı altında Bakının azad edilməsi əməliyyatı XX əsr dünya hərb tarixinin ən şanlı səhifələrindən biridir. Polkovnik bu barədə XQ-yə açıqlamasında dedi ki, hücumun təşkili məqsədilə 1918-ci il sentyabrın 10-da Qafqaz İslam Ordusu komandanı Nuru paşa və Azərbaycan Korpusunun komandanı Əliağa Şıxlinski Bakı ətrafındakı vəziyyətlə tanış oldular, komandirlərin məruzələrini dinlədilər.

Nuru paşa ayın 13-də saat 17:11-də Hacəsən kəndinin qərbindəki müşahidə məntəqəsində Bakı üzərinə həlledici hücumu başlamaq barədə döyüş əmrini imzalayıb. Əmrə əsasən, hücum sentyabrın 14-nə keçən gecə başlayıb. 5-ci diviziya Bayıldan, təxminən, Biləcərinin qərb ətəklərinə qədər olan ərazidən şəhərə doğru hərəkət edib, Biləcəri–Sabunçu–Əhmədli dairəsi boyunca isə 15-ci diviziya hücuma keçib. Milli hərbi qüvvələrin böyük bir hissəsi də məhz bu istiqamətdən hücuma qoşulub.

Mehman Süleymanov onu da bildirdi ki, “Qurd qapısı” yüksəklikləri ilə topları sürüyüb çıxarmaq elə də asan deyildi, qeyri-adi əzmkarlıq, qətiyyət və yüksək sürət gecə ikən ilk müdafiə səngərlərini ələ keçirməyə və orada möhkəmlənməyə imkan verdi. İngilis generalı Denstervil gözlərinə inana bilməyib ki, onun əsgərlərinin əlverişli mövqelərdə durduqları müdafiə səngərlərini türklər gecə vaxtı belə bir sürətlə ələ keçiriblər!

Sentyabrın 15-də Qafqaz İslam ordusu hücumu davam etdirib. Çıxış yolunun qalmadığını görən “Sentrokaspi” hərbi diktaturasının rəhbərliyi (qatı millətçi S.Şaumyanın başçılıq etdiyi bolşevik hökuməti həmin ərəfədə Bakıdan qaçmışdı) İranın Bakıdakı konsulu Saədülvüzəradan Bakı üzərinə hücumun dayandırılması üçün vasitəçilik etməyi xahiş edib. Tərəflər arasında aparılan danışıqlardan sonra “Sentrokaspi” rəhbərliyi Bakı şəhərini Qafqaz İslam Ordusunun nəzarəti altına verməyi öz üzərinə götürüb.

Hərbi publisist, yazıçı Şəmistan Nəzirli Bakının azad olunması barədə məqaləsində yazıb: “Yayın qızmar istisində min-bir əziyyətlə Şirvan–Muğan düzünü düşmənin müqavimətini süngüsü ilə keçib gələn türk ordusu böyük qəhrəmanlıqlara imza atıb. Əgər Qafqaz İslam Ordusunun əsgərləri Bakını işğaldan azad etməsəydi, bolşevik-daşnak və eser-menşevik qoşunları bütün əhalini Xəzər dənizinə tökə bilərdi. Düşmənlər böyük soyqırımları törədəcək, uşaq, qadın, yaşlı demədən hamını məhv edəcəkdilər. Onsuz da bunları edirdilər”.

Müəllif qeyd edib ki, Nuru paşanın rəhbərlik etdiyi ordunun xeyli hissəsini azərbaycanlı hərbçilər təşkil edirdilər. Onlar igidliklə vuruşub, qəhrəmanlıq göstərdilər. General Əliağa Şıxlınski, həmin vaxt polkovnik olan Həmid bəy Səlimov və yüzlərlə zabitimiz bu qələbədə böyük rol oynayıblar. Nuru paşa Azərbaycan hərbçilərini “Məcidiyyə” ordeni ilə təltif edib. O zaman polkovnik olan, daha sonra general rütbəsinə yüksələn Cavad bəy Şıxlınski də bu ordenə layiq görülüb.

Bakı sakinləri Qafqaz İslam Ordusunun əsgər və zabitlərini böyük təntənə ilə qarşılayıblar. Görkəmli yazıçı Manaf Süleymanov həmin hadisələrin canlı şahidi olub. O, özünün məşhur “Eşitdiklərim, oxuduqlarım, gördüklərim” əsərində qəhrəman türk ordusunun Bakıya gəlişi barədə yazıb: “Həmin günlərdə Bakı əhalisi hədsiz sevinc içində idi, hər evdə, küçə və meydanlarda böyük bayram əhval-ruhiyyəsi hökm sürürdü. Nuru paşanın adı dillərdə əzbər idi. Bu böyük sərkərdəyə uşaqdan-böyüyə hər kəs sevgi və ehtiram göstərirdi”.

1918-ci il sentyabrın 16-da parlaq qələbə münasibətilə Bakıda türk-Azərbaycan hərbi hissələrinin paradı keçirilib. Paradda Nuru paşa, Xəlil paşa, general Əlağa Şıxlinski, polkovnik Həbib bəy Səlimov, Azərbaycan parlamenti və hökumətinin üzvləri, Bakı və ətraf kəndlərin sakinləri iştirak ediblər. Bu xəbər ölkənin hər yerinə yayılıb. Həmin günlərdə təkcə Bakı deyil, təbii ki, bütün Azərbaycan toy-bayram edib!

Bakının azad edilməsi xəbərini Məhəmməd Əmin Rəsulzadə İstanbulda olarkən eşidib. O, dərhal Azərbaycan hökumətinin sədri F.Xoyskiyə teleqram göndərib, Azərbaycan xalqını bu tarixi hadisə münasibətilə təbrik edib. Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin ilk sədri Fətəli xan Xoyski Bakının azad edilməsi uğrunda türk hərbçilərinin göstərdiyi xidmətləri Nuru paşaya xitabən belə dəyərləndirmişdi: “Millət sizə minnətdardır”.

Nuru paşa Azərbaycanda çox qala bilməyib. Bu, elə bir vaxt idi ki, dünyanın çox yerindən yağı düşmənlər birləşib Türkiyəni tarix səhnəsildən birdəfəlik silib atmaq üçün qardaş ölkəyə basqınlar edirdilər. Nuru paşa təcavüzkar qüvvələrə qarşı azadlıq mücadiləsinə qatılmaq üçün sentyabrın sonlarında Vətəninə dönüb və bir çox döyüşlərdə parlaq qələbələr qazanıb.

Qədirbilən xalqımız bu tarixi zəfərin iştirakçılarının xidmətlərini heç vaxt unutmayıb və unutmayacaq. Xalqımızın qəlbində Nuru paşaya və qəhrəman türk əsgərinə bəslədiyi sonsuz sevgini Xalq şairi Nəriman Həsənzadə 2009-cu ildə qələmə aldığı “Nuru paşa” poemasında parlaq bədii cizgilərlə tərənnüm edib:

Türk sözüylə
türk qılıncı
həmrəy oldu,
qarı düşmən.
Qalxdıq İslam Ordusunun
Azərbaycan səngərindən.
Türkiyədən Quran gəldi,
əzan gəldi,
öz adını öz qanıyla
yazan gəldi.
Ankaradan, Ərzurumdan,
Ədənədən, Ədirnədən,
O vətəndən bu vətənə.
Yaşa millət!
Yaşa vətən!

Məsaim ABDULLAYEV
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 15 Sentyabr 2026 13:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see447

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see410

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see292

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see289

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see283

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see257

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see254

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see240

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see232

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see224

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see224

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see220

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see219

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see207

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see205

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see204

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see200

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see199

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see196

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri