Roberto Karlosdan Arda Güler açıqlaması: “Mourinyo bundan əl çəkməlidir”
Icma.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.
Braziliya futbolunun əfsanəsi Roberto Karlos türkiyəli futbolçu Arda Gülerlə bağlı diqqətçəkən açıqlama verib.
Milli.Az xəbər verir ki, əfsanəvi futbolçunun sözlərinə görə, "Real Madrid"in ulduzu Ardanın ehtiyatda qalması müzakirə mövzusudur. O, Ardanın meydana daxil olduqdan sonra komandanın oyun ritmini dəyişdirdiyini bildirib.
Karlos qeyd edib ki, Joze Mourinyo komandanı fərdi ulduzların oyununa uyğunlaşdırmağa çalışmaq əvəzinə, meydanda oyunu dəyişən futbolçunun ətrafında sistem qurmalıdır.
"Mourinyo niyə Arda Güleri daim ehtiyatda saxlayır? Çünki o, "Real Madrid"in ulduzlarını öz sisteminə uyğunlaşdırmağa çalışır. Halbuki komandanı həqiqətən oynadan futbolçunun ətrafında sistem qurmalıdır. Arda hər meydana çıxanda demək olar ki, oyunun ritmini dəyişir. Mourinyo müəyyən məqamda bunu təsadüf kimi görməkdən əl çəkməlidir", - deyə Roberto Karlos bildirib.
Onun bu fikirləri futbol ictimaiyyətində geniş müzakirə olunub.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:160
Bu xəbər 15 Sentyabr 2026 14:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















