Icma.az
close
up
RU
Gəncədən böyük ekrana körpü

Gəncədən böyük ekrana körpü

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Mədəniyyət Nazirliyinin dəstəyi ilə Gəncədə “Region gənclərinin kinematoqrafiya akademiyası” layihəsi üzrə “Gələcəyə körpü” Gənclər İctimai Birliyinin təqdimatında təlim keçirilib. Layihədə məqsəd kinematoqrafiya sahəsinə marağı olan region gənclərinin yaradıcılıq potensialını üzə çıxarmaq və onların peşəkar səviyyədə təcrübələrini artırmaqdır.

Layihə çərçivəsində təlimçi, kinorejissor Rəhman Fürqətoğlu iki gün ərzində gənclərlə “ssenaristlik”, “rejissorluq”, “aktyorluq” ixtisasları üzrə peşəkar bilik və təcrübəsini bölüşüb. Bugünlərdə iştirakçılarla qısametrajlı film çəkilişi üçün vahid bir ssenari üzərində işlənilib, rejissor quruluşu verilib, eləcə də ilkin aktyorluq məşqləri keçirilib.

Təqdim olunan ssenari gənc yazar Vaqif Əmiraslanın “Cəhənnəmlər arasında” qısametrajlı filminə məxsus idi. İlk baxışda məqsəd aydınlığı tam olmasa da, maraqla dinlənildi. Ümumi fikir bu oldu ki, ssenari bu istiqamətdə ilk cəhd kimi diqqət çəkir. Müəllif əlil arabasında oturmağa məhkum olan Cahidin həyatını və sıxıntılara baxmayaraq, təkbaşına mübarizə əzmini qələmə alıb. Həm fiziki, həm də psixoloji əziyyət çəkən Cahidin çabaları ruhsal bir mübarizədir. Əlil arabası onun daxili azadlığını, həyatda qalma gücünü və mübarizə əzmini simvollaşdırır. Anası ilə telefon danışığı, yalqızlıq, sevgisizlik, eyni zamanda, əyilməzlik hissləri təsirli şəkildə təqdim olunur. Görünür ki, Cahid çətinliklərinə qarşı mübarizəni davam etdirməkdə qərarlıdır.

Sonrakı ardıcıl hadisələrin cərəyan etdiyi səhnələr Cahidin bibisi oğlu Dövranın köməyindən yararlanmaqla mübarizə əzminin nə qədər güclü olduğunu bir daha göstərir. Müəllif yanaşmasına görə, Dövranın köməyi daxili gücü, məqsədinə çatmaq üçün motivasiyanı artıran mühüm amillərdən biridir. Yəni birgə mübarizə, həm fiziki, həm də mənəvi olaraq insanları daha dayanıqlı edir.

Beləliklə, Vaqif Əmiraslan “Cəhənnəmlər arasında” çırpınan fiziki məhdudiyyətli insanların bəzən cəmiyyətin stereotiplərinə görə, yalnız məhdudiyyətləri ilə xarakterizə edilməsini tənqid hədəfinə alır. Həmçinin qeyd etməliyəm ki, qısametrajlı film üçün nəzərdə tutulan bu ssenaridə müəllif fiziki məhdudiyyətli insanların cəmiyyətə fəal inteqrasiyasının vacibliyini önə çəkir.

Nəticə etibarı ilə 2 gün davam edən “Region gənclərinin kinematoqrafiya akademiyası” layihəsinin həyata keçirildiyi bir məkanda “Cəhənnəmlər arasında” qısametrajlı film ssenarisinin maraqla qarşılanaraq yeni gənc kadr potensialının inkişafı üçün uğurlu olacağına əminik.

Anar Ərtoğrul BURCƏLİYEV,
teatrşünas-tənqidçi

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 17 Aprel 2025 11:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see325

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see316

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see299

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see284

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see238

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see233

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see229

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see225

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see215

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see214

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see207

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see206

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see201

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see199

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see198

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see189

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see172

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see171

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see168

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri