Gəncəli cüdoçudan uğurlu çıxış
Icma.az, Idmanxeber.az portalına istinadən məlumat verir.
Gəncənin ev sahibliyi etdiyi III MDB Oyunları Azərbaycan idmançılarının böyük zəfəri ilə yadda qaldı.
İdmanxeber.az-ın məlumatına görə, təmsilçilərimiz ayrı-ayrı idman növlərində uğurlu çıxışlarla önə gəldilər. Bu sırada cüdoçular ön sırada yer alır. Tatami ustaları istər fərdi, istərsə də komanda yarışlarında ölkəmizi layiqincə təmsil etdilər.
Yığmanın tərkibində yer alan idmançılardan Sadiq Məmmədov ilk dəfə belə böyük turnirin iştirakçısı olsa da, medalsız qalmadı. 73 kq-da güləşən Məmmədov fərdi mübarizədə bürünc, komanda birinciliyində isə qızıl medal qazandı. Onun bu uğuru mütəxəssislər tərəfindən yüksək qiymətləndirilir.
Etimadı doğruldan Sadiq millinin tərkibində növbəti ciddi sınaqlar üçün şans qazanıb. Potensialı Məmmədovun gələcəkdə daha böyük yarışlarda nailiyyətlər qazanacağına ümid verir.
Baxış sayı:110
Bu xəbər 22 Oktyabr 2025 13:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















