Icma.az
close
up
RU
Gəncənin “Xan bağı” “bağlar xanı”

Gəncənin “Xan bağı” “bağlar xanı”

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Əsrlərin yadigarını qoruyaq, qədrini bilək

Yenə “Xan bağı”ndayam... Səhərin gözü yenicə açılıb. Sakit bir havadır. Xəfif, heç sezilməyən külək yalnız uca çinarların zirvəsindəki yarpaqları güc-bəla ilə titrədir. Yan-yana düzülmüş qoca çinarlar pıçıltısı yenicə yuvalarından boylanan quşların səsinə qarışır...

Hər dəfə, “Xan bağı”nda rast gəldiyim adamlar, nədənsə orta yaşlı və yaşlı adamlardır. Biri salam verib keçir, digəri gülümsəyərək, sadəcə, başını tərpədir, başqa birisi öz aləmindədir, ətrafındakılar onu maraqlandırmır, nəsə hesablayır...

Parkda, az da olsa, cavanlar da var. Amma onların əksəriyyəti daha çox skamyalarda yayxanaraq telefonlarında nəsə axtarırlar. Yaşlılar isə gəzişir, parkı bəzən dörd dolanır, yorulanda buradakı çayxanaların birində pürrəngi çay içə-içə həmyaşıdları ilə söhbətləşirlər.

Əslində, “Xan bağı” indi gördüyümüz kimi olmayıb. Hələ 1727-ci ilə aid Osmanlı mənbələrinin birində göstərilir ki, bu bağın sahəsi 130 hektardır və burada 479 çinar, 404 sərv, 3554 meyvə ağacı var. Amma hanı indi? Çinarları barmaqla saymaq mümkündür. Meyvə ağaclarını axtarsan da tapa bilməzsən. Sərv də onun kimi.

Qeyd edək ki, 1804-cü ildə Gəncə xanlığı rus qoşunları və general Sisiyanov tərəfindən işğal olunan zaman şəhərin yalnız tikililəri deyil, həm də “Xan bağı” ciddi ziyan görüb. Dəhşətli top atəşlərindən sonra bağ və oradakı 400-500 yaşlı çinar ağaclarının bir qismi od tutaraq yanıb. Sonralar rus çarının fərmanına əsasən, bağ 1847-ci ildən Qafqaz sərdarı knyaz M.S.Vorontsovun şərəfinə adlandırılıb. O zaman dövlət bankından ayrılan vəsait hesabına Krımdan buraya 1 milyon 200 min ədəd müxtəlif növ ağac, meyvə, gül və bəzək kolları gətirilib. Qafqaz sərdarı M.Vorontsov tərəfindən 1846-cı ildə indiki yerinə köçürülən bağ rəsmi olaraq “Xan bağı” adlandırılsa da, “Sərdar bağı” və “Vorontsov bağı” kimi də tanınıb.

...“Xan bağı” bütün parklardan seçilir. Buranın ab-havası o qədər gözəl, ürəkaçandır ki, adam ayrılmaq istəmir. Təsadüfi deyil ki, “Xan bağı”nın oksigen ehtiyatı bol olduğu üçün onu “Gəncənin ağciyəri” də adlandırırlar.

Yuxarıda qeyd etdik. Bağ Qafqazda öz ərazisinə görə ən böyük bağ olub. Özünüz fikirləşin, 130 hektar nə deməkdir! İndi cəmi 3 hektar ərazini əhatə edir. Bağda 1873-cü ildə çar III Aleksandr tərəfindən imzalanan layihəyə əsasən şəhərin yeni baş planı hazırlanarkən növbəti dəfə dəyişiklik edilib. “Xan bağı”na yeni ağac və gül növləri, o cümlədən, katalon, ağ akasiya, kipris, Eldar şamı, nar, yapon xurması, çəhrayı çiçəkli oleandr, eləcə də digər ağac və gül kolları gətirilib.

Hətta deyilənə görə, çar III Aleksandr 1888-ci ilin oktyabrında qatarla Gəncəyə gəlib, onu böyük təntənə ilə qarşılayıblar və çar şəhərin yeni vağzalının açılışını edib. Həm də “Xan bağı”nı görmək istədiyini vurğulayıb. Lakin çara bildiriblər ki, hazırda orada böyük təmir-yenidənqurma işləri gedir və Aleksandr fikrindən daşınıb və o, qatarla Gəncədən Tiflisə yola düşüb. Təəssüf ki, o zaman da bağda ağacların böyük bir hissəsi kəsilib, tikinti işləri aparılıb.

...Hazırda “Xan bağı”nda 1588-ci ilə aid Gəncə qala divarlarının qalığı olan Şirəli bəy bürcü və Azərbaycanın ilk Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədovun məzarüstü abidəsi, Azərbaycanın ilk qadın Xalq şairi Nigar Rəfibəylinin abidəsi, açıq səma altındakı Yaşıl Teatr, müxtəlif fəvvarələr, son vaxtlar salınmış gözəl səkilər, gül-çiçək guşələri var. Şəhərin bir çox mədəni-kütləvi tədbirləri “Xan bağı”nda keçirilir.

“Xan bağı” illərin sınağına tab gətirərək bu günlərə gəlib çıxa bilib. Hərdən 4-5 əsr əvvəlki vaxtlarını xatırlayıb “yenə o bağ olaydı” desək də, buna da min şükür. Çünki o bir nağıldır, Gəncə tarixinin şirin bir nağılı...

Hamlet QASIMOV,
XQ-nin bölgə müxbiri
Gəncə

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:377
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 25 May 2025 00:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see377

Azər Qəribovun evində toy olacaq Foto

24 Avqust 2026 23:49see377

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see314

Atabank ın dövlətə 200 min borcu qalıb İDDİALAR ONU DEYİR Kİ...

25 Avqust 2026 00:15see269

Yuxuda danışdığımız sözləri niyə xatırlamırıq?

25 Avqust 2026 03:03see253

Məşhur idmançı 4 ay ərzində 33 dəfə cərimələndi

25 Avqust 2026 01:20see222

London derbisində beş qol: Çelsi Fulhem ə qalib gəlib VİDEO

25 Avqust 2026 01:19see217

“Zirə”də yamaykalı vinger

25 Avqust 2026 07:57see216

Məsud Pezeşkian Asim Munirlə görüşdü

25 Avqust 2026 00:45see204

Çox şanslı olacaq BÜRCLƏR Onların xüsusi dövrü BAŞLAYIR

25 Avqust 2026 00:02see204

Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək

25 Avqust 2026 12:32see199

“TikTok”da Azərbaycanı təhqir etdi: “Köləmiz olacaqsız”

25 Avqust 2026 09:09see193

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see191

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see183

İt burnunu dişlədi, müalicə olunmasa çürüyəcək VİDEO

25 Avqust 2026 00:52see182

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see181

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see176

Fransa Ukraynaya qoşun göndərir

25 Avqust 2026 13:51see176

DSMF 7 ayda 267 mindən çox vətəndaş müraciətini cavablandırıb

25 Avqust 2026 10:35see163

Hər uşağa 70 min dollar yardım veriləcək Sinqapurda

25 Avqust 2026 04:59see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri