Icma.az
close
up
RU
Gəncənin “Xan bağı” “bağlar xanı”

Gəncənin “Xan bağı” “bağlar xanı”

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

 Əsrlərin yadigarını qoruyaq, qədrini bilək

Yenə “Xan bağı”ndayam... Səhərin gözü yenicə açılıb. Sakit bir havadır. Xəfif, heç sezilməyən külək yalnız uca çinarların zirvəsindəki yarpaqları güc-bəla ilə titrədir. Yan-yana düzülmüş qoca çinarlar pıçıltısı yenicə yuvalarından boylanan quşların səsinə qarışır... 

Hər dəfə, “Xan bağı”nda rast gəldiyim adamlar, nədənsə orta yaşlı və yaşlı adamlardır. Biri salam ve rib keçir, digəri gülümsəyərək, sadəcə, başını tərpədir, başqa birisi öz aləmindədir, ətrafındakılar onu maraq landırmır, nəsə hesablayır...

Parkda, az da olsa, cavanlar da var. Amma onların əksəriyyəti daha çox skamyalarda yayxanaraq telefon larında nəsə axtarırlar. Yaşlılar isə gəzişir, parkı bəzən dörd dolanır, yorulanda buradakı çayxanaların birində pürrəngi çay içə-içə həmyaşıdları ilə söhbətləşirlər.

Əslində, “Xan bağı” indi gördüyümüz kimi olma yıb. Hələ 1727-ci ilə aid Osmanlı mənbələrinin birində göstərilir ki, bu bağın sahəsi 10 hektardır və burada 49 çinar, 404 sərv, 554 meyvə ağacı var. Amma hanı indi Çinarları barmaqla saymaq mümkündür. Meyvə ağaclarını axtarsan da tapa bilməzsən. Sərv də onun kimi. 

Qeyd edək ki, 1804-cü ildə Gəncə xanlığı rus qoşunları və general Sisiyanov tərəfindən işğal olunan zaman şəhərin yalnız tikililəri deyil, həm də “Xan bağı” ciddi ziyan görüb. Dəhşətli top atəşlərindən sonra bağ və oradakı 400-500 yaşlı çinar ağaclarının bir qismi od tutaraq yanıb. Sonralar rus çarının fərmanına əsasən, bağ 1847-ci ildən Qafqaz sərdarı knyaz M.S. Vorontsovun şərəfinə adlandırılıb. O zaman dövlət bankından ayrılan vəsait hesabına Krımdan buraya 1 milyon 200 min ədəd müxtəlif növ ağac, meyvə, gül və bəzək kolları gətirilib. Qafqaz sərdarı M.Vorontsov tərəfindən 1846-cı ildə indiki yerinə köçürülən bağ rəs mi olaraq “Xan bağı” adlandırılsa da, “Sərdar bağı” və “Vorontsov bağı” kimi də tanınıb.

...“Xan bağı” bütün parklardan seçilir. Buranın ab-havası o qədər gözəl, ürəkaçandır ki, adam ayrıl maq istəmir. Təsadüfi deyil ki, “Xan bağı”nın oksigen ehtiyatı bol olduğu üçün onu “Gəncənin ağciyəri” də adlandırırlar. 

Yuxarıda qeyd etdik. Bağ Qafqazda öz ərazisinə görə ən böyük bağ olub. zünüz fikirləşin, 10 hektar nə deməkdir İndi cəmi  hektar ərazini əhatə edir. Bağda 1-cü ildə çar  Aleksandr tərəfindən im zalanan layihəyə əsasən şəhərin yeni baş planı hazır lanarkən növbəti dəfə dəyişiklik edilib. “Xan bağı”na yeni ağac və gül növləri, o cümlədən, katalon, ağ akasiya, kipris, Eldar şamı, nar, yapon xurması, çəhrayı çiçəkli oleandr, eləcə də digər ağac və gül kolları gətirilib. 

Hətta deyilənə görə, çar  III Aleksandr 1888-ci ilin oktyabrında qatarla Gəncəyə gəlib, onu böyük təntənə ilə qarşılayıblar və çar şəhərin yeni vağzalının açılışını edib. Həm də “Xan bağı”nı görmək istədiyini vurğu layıb. Lakin çara bildiriblər ki, hazırda orada böyük təmir-yenidənqurma işləri gedir və Aleksandr fikrin dən daşınıb və o, qatarla Gəncədən Tiflisə yola düşüb. Təəssüf ki, o zaman da bağda ağacların böyük bir his səsi kəsilib, tikinti işləri aparılıb.

...Hazırda “Xan bağı”nda 1588-ci ilə aid Gəncə qala divarlarının qalığı olan Şirəli bəy bürcü və Azər baycanın ilk Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmə dovun məzarüstü abidəsi, Azərbaycanın ilk qadın Xalq şairi Nigar Rəfibəylinin abidəsi, açıq səma altındakı Yaşıl Teatr, müxtəlif fəvvarələr, son vaxtlar salınmış gözəl səkilər, gül-çiçək guşələri var. Şəhərin bir çox mədəni-kütləvi tədbirləri “Xan bağı”nda keçirilir.

“Xan bağı” illərin sınağına tab gətirərək bu günlərə gəlib çıxa bilib. Hərdən 4-5 əsr əvvəlki vaxtlarını xatır layıb “yenə o bağ olaydı” desək də, buna da min şükür. Çünki o bir nağıldır, Gəncə tarixinin şirin bir nağılı..

Hamlet QASIMOV

XQ-nin bölgə müxbiri

Gəncə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:443
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 25 May 2025 21:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see367

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see349

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see317

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see308

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see299

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see291

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see280

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see270

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see262

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see250

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see248

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see237

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see236

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see236

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see233

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see233

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see223

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see222

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see210

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri