Icma.az
close
up
RU
Gənclər kibertəhlükəsizlik və süni intellekt sahələrinə yönəlir Fərid Həsənzadə

Gənclər kibertəhlükəsizlik və süni intellekt sahələrinə yönəlir Fərid Həsənzadə

Dogru.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Texnologiyanın sürətli inkişafı və rəqəmsallaşmanın həyatın bütün sahələrinə nüfuz etməsi nəticəsində kibertəhlükəsizlik və süni intellekt üzrə mütəxəssislərə olan tələbat durmadan artır.

Məsələ ilə bağlı açıqlama verən Beynəlxalq Təhsil Eksperti və Xaricdə Təhsil Şirkətləri Assosiasiyasının (ASAC) Baş Katibi Fərid

Həsənzadə bildirib ki, gənclərin bu sahələrə artan marağı təsadüfi deyil – bu, həm qlobal əmək bazarının tələbinə, həm də cəmiyyətin real ehtiyaclarına cavabdır.

“Kibercinayətkarlıq artıq gündəlik həyatın təhlükələrindən birinə çevrilib. Əvvəllər xaricdən zəng gələndə fikirləşirdik ki, yəqin tanışlarımızdır, zəngə cavab verirdik. İndi isə vəziyyət dəyişib, artıq xarici nömrələri açmırıq, çünki bu zənglərin arxasında kiberdələduzluq halları ola bilər.

Hətta bəzən yerli nömrələrdən gələn zənglər də insanlara təhlükəli görünür. Bu, texnologiyanın yaratdığı imkanlardan sui-istifadənin nə qədər geniş yayıldığını göstərir”, – deyə ekspert qeyd edib.

Fərid Həsənzadənin sözlərinə görə, bu təhlükələrin qarşısını almaq üçün peşəkar kibertəhlükəsizlik mütəxəssislərinə ehtiyac var və gənclər bu sahədəki boşluğu doldurmağa hazırdır.

O əlavə edib ki, Elm və Təhsil Nazirliyinin 2025/2026-cı illər üzrə Dövlət Proqramına məhz bu istiqamətlərlə bağlı ixtisasların daxil edilməsi gənclərin inkişafına verilən strateji dəstəyin göstəricisidir.

Hazırda ən aktual texnoloji ixtisaslar sırasında aşağıdakılar xüsusi yer tutur:

 Kibertəhlükəsizlik (Cybersecurity)

 Verilənlər Elmi və Süni İntellekt (Data Science & Artificial Intelligence)

 Kompüter Mühəndisliyi və İnformasiya Təhlükəsizliyi.

 Robototexnika və Vizual Hesablama (Robotics & Visual Computing)

“Rəqəmsal təhlükəsizlik sadəcə İT şirkətləri üçün yox, artıq fərdi və ictimai həyatın ayrılmaz hissəsinə çevrilib. Süni intellekt isə gündəlik istifadə etdiyimiz xidmətlərdə – bankçılıqdan tutmuş səhiyyəyə qədər dominant rol oynayır.

Busəbəbdən gənclərimizin bu sahələrə yönəlməsi gələcəyin ixtisas seçimi deyil, həm də cəmiyyətə töhfədir”, – deyə Fərid Həsənzadə əlavə edib.

ASAC rəsmisi gəncləri texnoloji yeniliklərə açıq olmağa, rəqəmsal biliklərini inkişaf etdirməyə və gələcəyin təhlükəsiz dünyasını birlikdə qurmağa çağırıb.

DOĞRU.AZ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:105
embedMənbə:https://dogru.az
archiveBu xəbər 02 May 2025 20:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see768

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see238

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see209

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see198

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see180

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see170

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see170

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see163

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see159

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see146

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see143

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see141

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see139

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri