Icma.az
close
up
RU
Gənclər Kitabxanasında “Dünyaşöhrətli alim Lütfi Zadə 105” adlı elektron məlumat bazası hazırlanıb

Gənclər Kitabxanasında “Dünyaşöhrətli alim Lütfi Zadə 105” adlı elektron məlumat bazası hazırlanıb

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 4 fevral, AZƏRTAC

Bu gün dünyaşöhrətli azərbaycanlı alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Kaliforniya Berkli Universitetinin fəxri professoru Lütfi Zadənin anadan olmasının 105 illiyi tamam olur. Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında bu münasibətlə alimin zəngin elmi fəaliyyətindən və mənalı ömür yolundan bəhs olunan “Dünyaşöhrətli alim Lütfi Zadə -105” adlı elektron məlumat bazası hazırlanıb.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, elektron məlumat bazası kitabxananın rəsmi saytında yerləşdirilib. Hazırlanan materialda Lütfi Zadənin həyat və fəaliyyətinin əsas tarixləri, bir sıra görkəmli şəxslərinin onun haqqında söylədikləri dəyərli fikirlər, rəsmi sənədlərlə yanaşı, “Qeyri-səlis məntiq nəzəriyyəsinin banisi”, “Dünyanı bütün çalarları ilə qavrayan Azərbaycanlı dahi” və “Lütfi Zadə - xəyalla həqiqət arasındakı səddi aradan qaldıran şəxsiyyət” məqalələrinin tam mətni yer alır.

Elektron bazada alimin müəllifi, redaktoru olduğu nəşrlərin, məqalələrin, eləcə də onun haqqında qələmə alınan kitab və dövri mətbuat nümunələrinin siyahıları təqdim edilir. Kitabxana əməkdaşları tərəfindən hazırlanan bazada görkəmli alimin sevimli kəlamları, xatirəsinin əbədiləşdirilməsi, adına təsis edilən təqaüdlər haqqında məlumatlar da yer alır.

Elektron bazada “Lütfi Zadə haqqında bilmədiklərimiz”, “Dissertasiya və avtoreferatlar”, “Filmoqrafiya”, “Virtual sərgi”, “Foto və videoqalereya” bölmələri də istifadəçilərə təqdim olunur.

Elektron məlumat bazasında “Uzaq və yaxın sərvətimiz – Lütfi Zadə” adlı videomaterial da yer alır. Materialda Lütfi Zadəyə dünyaşöhrəti qazandıran və istehsalatda geniş tətbiq edilən, eyni zamanda, dünya elmində inqilab sayılan qeyri-səlis məntiq nəzəriyyəsi, “Təəssüratlar nəzəriyyəsi”, “Sistemlər nəzəriyyəsi”, “Sözlə işləyən kompüter nəzəriyyəsi”, “Optimal süzgəclər nəzəriyyəsi” kimi dünya elminin inkişafında, onun yeni əsaslar üzərində qurulmasında mühüm rol oynayan elmi kəşfləri haqqında məlumat verilir. Kitabxana əməkdaşları tərəfindən hazırlanan materialda Lütfi Zadə haqqında xatirələr səsləndirilir, həyat və elmi fəaliyyətini əks etdirən, müxtəlif konfrans və görüşlərdə lentə alınan foto və videogörüntüləri təqdim edilir.

“Uzaq və yaxın sərvətimiz – Lütfi Zadə” adlı videomaterial kitabxananın rəsmi saytında yerləşdirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 Fevral 2026 11:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see887

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see334

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see306

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see304

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see212

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see195

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see193

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see192

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see189

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see181

Azərbaycan gəncliyi dövlətin strateji investisiyasıdır Millət vəkili

02 Fevral 2026 23:24see167

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see166

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see166

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see166

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see163

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see163

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see160

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see159

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see138

A Seriyası: “Milan” 3 xalı 3 qolla qazandı

04 Fevral 2026 01:53see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri