“Azərbaycan cəmiyyəti İrandan qaçqın axınına hazırlanmalıdır” Fazil Mustafa
Turkstan.az saytına istinadən Icma.az xəbər verir.
“İranda baş verən proseslərlə bağlı, şübhəsiz ki, Azərbaycan Respublikasının müvafiq dövlət qurumlarının və xüsusi xidmət orqanlarının kifayət qədər informasiyası mövcuddur və bu istiqamətdə planlı fəaliyyət həyata keçirilir”.
Turkustan.az xəbər verir ki, bunu parlamentin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.
Deputat bildirib ki, burada çox vacib bir məsələ var: “Biz cəmiyyəti bu mümkün proseslərə necə hazırlayırıq? Bu gün bütün dünya İranda baş verə biləcək hadisələrə hazırlıqlı şəkildə yanaşmağa çalışır. Türkiyədən tutmuş digər regional və qlobal aktorlara qədər hər kəs informasiya mühitini, medianı və cəmiyyəti mümkün ssenarilərə adaptasiya edir”.
Deputat hesab edir ki, Azərbaycanda da ictimaiyyət mümkün proqnozlara tədricən alışdırılmalı, xüsusilə də qaçqın axını və humanitar risklər kimi məsələlərdə cəmiyyətin necə davranmalı olduğu müvafiq dövlət qurumları vasitəsilə açıq şəkildə izah edilməlidir: “Bütün dünya İranda baş verən proseslərə özünü hazırlayır. Biz medianı, cəmiyyəti baş verə biləcək mümkün proqnozlara alışdırmalıyıq. Çünki vəziyyət ciddidir və baş verən proseslərin Azərbaycan üçün təhlükə yaratması istisna olunmur”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 02 Fevral 2026 13:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















