Gənclər Kitabxanasında “Kürəkçay” müqaviləsi Sonun başlanğıcı” adlı material hazırlanıb
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 14 may, AZƏRTAC
Respublika Gənclər Kitabxanasında Kürəkçay” müqaviləsinin 220 illiyi münasibətilə “Kürəkçay” müqaviləsi – Sonun başlanğıcı” adlı biblioqrafik icmal hazırlanıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, vəsaitin hazırlanmasında əsas məqsəd gənc nəsli dövlətçilik tariximizin qara səhifələrindən biri – “Kürəkçay” müqaviləsi haqqında məlumatlandırmaq və bu mövzuya dair nəşr edilən kitabları onların diqqətinə çatdırmaqdır.
İcmalda Rusiya ilə Azərbaycanın münasibətlərinə dair mühüm sənədlərdən biri sayılan bu müqavilənin təkcə Qarabağın deyil, bütünlükdə Azərbaycanın taleyində oynadığı rolu, əsas müddəaları, həyata keçirilməsi və acı nəticələri haqqında geniş məlumat verilir, 11 maddədən ibarət olan “Kürəkçay” müqaviləsinin tam mətni təqdim olunur. Həmçinin Kürəkçay müqaviləsi haqqında Azərbaycan, türk, rus və ingilis dillərində çap edilən “Qarabağ: XIII əsrdən 1920-ci ilədək”, “Qarabağ: mif və həqiqət”, “Azərbaycanın əzəli və əbədi torpağı İrəvan xanlığı”, “Münxendən başlayan zəfər”, “Şimali Azərbaycanın Çar Rusiyası tərəfindən işğalı”, “Kürekçay anlaşmasından Şuşa beyannamesine Karabağ”, “Karabakh from the 13th century to 1920” kimi 30-a yaxın kitabın biblioqrafik təsviri, qısa annotasiya və dövrü mətbuat nümunələri sərgilənir.
İcmal https://www.ryl.az/funds/biblioqrafik-icmal kitabxananın rəsmi saytında yerləşdirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 14 May 2025 13:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















