Icma.az
close
up
RU
Gənclər Kitabxanasında “İnsan alverinə səssiz qalma!” adlı material hazırlanıb

Gənclər Kitabxanasında “İnsan alverinə səssiz qalma!” adlı material hazırlanıb

525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

BMT-nin Baş Assambleyasının 2013-cü il dekabrın 18-də qəbul etdiyi qətnaməyə əsasən hər il iyulun 30-u Ümumdünya İnsan Alverinə qarşı Mübarizə Günü kimi qeyd edilir. Dünya cəmiyyətlərinin əsas sosial bəlalarından birinə çevrilmiş insan alveri problemi şübhəsiz ki, Azərbaycan cəmiyyətindən də yan keçməmişdir. Ölkəmizdə Prezident İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020─2024-cü illər üçün Milli Fəaliyyət Planı” çərçivəsində insan alveri qurbanlarının sosial müdafiəsi, reabilitasiyası üçün tədbirlər görülür, insan alverinin xüsusiyyətləri və bu sahədə görülən işlər haqqında elmi, sosial tədqiqatlar, maarifləndirmə tədbirləri aparılır. Bununla əlaqədar olaraq Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “İnsan alverinə səssiz qalma!” adlı biblioqrafik icmal hazırlanıb.

525.az-a bu barədə kitabxanadan məlumat verilib.

Bildirilib ki, material kitabxananın rəsmi saytında yerləşdirilib. Vəsaitdə “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020─2024-cü illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı, “İnsan alverinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu və digər rəsmi sənədlərin tam mətni təqdim edilir.

Materialda “İnsan alverinin qurbanına çevrilməyək...” başlığı altında dünyada ciddi problemə çevrilən insan alveri, onun qurbanları, müdafiə yolları, bu insanların sonradan cəlb olunduqları reabilitasiya proqramları, onlarla aparılan maarifləndirmə işləri və digər bu kimi mövzular haqqında məlumat verilir.

Kitabxana əməkdaşları tərəfindən hazırlanan biblioqrafik icmalda Azərbaycan və rus dillərində nəşr edilən “Miqrasiya, insan alveri və onunla əlaqədar olan sağlamlıq riskləri”, “İnsan alverinə qarşı mübarizə üzrə bələdçi”, “İnsan alveri ilə mübarizə”, “İnsan alverinə qarşı mübarizə sahəsində Azərbaycan təcrübəsi” kimi 20-dən çox kitabın qısa annotasiyası, biblioqrafik təsviri və bu mövzuda 2014-2025-ci illərdə dövrü mətbuatda dərc edilən məqalələrin siyahısı sərgilənir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:53
embedMənbə:https://525.az
archiveBu xəbər 30 İyul 2025 14:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Puqaçova və Qalkinin uşaqlarının dünyaya gəlməsinin sirri AÇILDI

14 Dekabr 2025 15:28see313

Sabahın havası Leysan, qar

14 Dekabr 2025 13:12see217

“Onların da amnistiyaya düşməsini istərdim” Novella Cəfəroğlu

15 Dekabr 2025 17:00see202

Meksikada hava limanı yaxınlığında təyyarə qəzaya uğrayıb

16 Dekabr 2025 02:19see193

Sumqayıtda 11 nömrəli məktəbdə məktəb pulu qalmaqalı Nazirlik hərəkətə keçdi

15 Dekabr 2025 04:21see192

Qəbələ 10 nəfərlə qaldı YENİLƏNİR

14 Dekabr 2025 15:19see170

Elektron siqaretin cəmi üç gün istifadəsi ilə yaranan böyük təhlükə

15 Dekabr 2025 17:19see156

Azərbaycan Premyer Liqasında daha bir görüş baş tutub

14 Dekabr 2025 16:50see153

Zelenski NATO dan imtina etməyə hazır olduğunu açıqladı

14 Dekabr 2025 18:12see144

Xocalı qatili Paşinyana qarşı: Ermənistanda ARA QARIŞDI VİDEO

14 Dekabr 2025 22:51see144

Elşad Xose Oksananı döyməsindən və narkotikdən danışdı (VİDEO MÜSAHİBƏ)

16 Dekabr 2025 05:14see132

Bu universitetin əməkdaşlarına pul mükafatı verildi KONKRET

15 Dekabr 2025 13:47see131

İlham Əliyevin amnistiya təşəbbüsü humanizm və sosial ədalət prinsiplərinə sadiqliyin göstəricisidir

15 Dekabr 2025 20:55see130

Nazir müavini: Bakı Daşkənd əlaqələri iki ölkə liderinin siyasəti sayəsində möhkəmlənir

14 Dekabr 2025 22:43see129

ABŞ dan Ankara və İrəvan açıqlaması: Zəngəzura işarə edildi

15 Dekabr 2025 22:52see128

Daha beş tibb müəssisəsində ilkin dializ kateterinin qoyulması xidməti təşkil ediləcək

15 Dekabr 2025 19:12see128

Premyer Liqa: “Neftçi” “Sumqayıt”la heç heçə etdi

15 Dekabr 2025 21:07see125

Toyota yeni superkarını təqdim etdi 2027 ci ildə satışa çıxacaq

15 Dekabr 2025 02:58see125

Sürücülərin günü gündən artan aqressiyası EKSPERTDƏN XƏBƏRDARLIQ

14 Dekabr 2025 15:21see124

“İnter Mayami” dünya çempionu heyətinə qatdı 15 milyona

14 Dekabr 2025 13:18see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri