Icma.az
close
up
RU
“Gənclər mədəniyyət evlərindən bəhrələnməlidirlər”

“Gənclər mədəniyyət evlərindən bəhrələnməlidirlər”

Icma.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bir çox kənd və rayonlarda mədəniyyət evləri ya tamamilə bağlanıb, ya da yalnız formal şəkildə fəaliyyət göstərir.

Halbuki bu məkanlar gənclərin yaradıcı inkişafı, ictimai fəallığı və maariflənməsi üçün mühüm əhəmiyyət daşıyır.

Təəssüf ki, əksər hallarda bu obyektlər baxımsız vəziyyətdə qalır, mədəni tədbirlərin keçirilməməsi isə regionlarda ictimai həyatın zəifləməsinə səbəb olur.

Bəs görəsən, bu sahəyə diqqət nə vaxt artırılacaq?

Mövzu ilə bağlı Gununsesi.info-ya danışan Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, kənd və rayonlarda mədəniyyət evlərinin fəallığı olduqca vacibdir:

“Bu məkanlar təlim, tərbiyə və mədəniyyət mərkəzi kimi fəaliyyət göstərməlidir. Gənclər buradan bəhrələnməli, zamanlarını səmərəli keçirməlidirlər. Ona görə də bu sahəyə xüsusi önəm verilməlidir. Sovet dövründən sonra bir çox mədəniyyət evləri dağılmış, uzun müddət baxımsız və istifadəsiz vəziyyətdə qalmışdır.

Son illərdə bu sahədə müəyyən addımlar atılsa da, problemlər tam həllini tapmayıb. Bu istiqamətdə işlər görülür, amma daha geniş və sistemli tədbirlərə ehtiyac var. Mədəniyyət mərkəzləri yalnız bir bina deyil, həm də bir “işıq” rolunu oynayır. Onların fəaliyyəti gənclər üçün çox önəmlidir”.

Deputat əlavə edib ki, hazırda işğaldan azad olunmuş ərazilərdə bu istiqamətdə mühüm işlər həyata keçirilir və davamlı silsilə tədbirlər planlaşdırılır.

“Əsas hədəf – bu prosesə töhfə vermək və dövlətin gördüyü işlərə dəstək olmaqdır. Hələ də bəzi bölgələrdə bu sahədə çatışmazlıqlar qalır. Ümid edirəm ki, dövlətimiz bu məsələlərin həllində daha konkret addımlar atacaq və problemləri aradan qaldıracaq”– deyə Ceyhun Məmmədov fikirlərini yekunlaşdırıb.

Şəbnəm Rəhimova

Gununsesi.inf

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:154
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 21 İyul 2025 19:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see357

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see232

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see228

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see226

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see224

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see222

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see217

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see212

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see211

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see209

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see195

ABA kart sayına tətbiq olunan limitləri izah etdi

24 Sentyabr 2026 20:33see193

Sədr: Qarabağ və Şərqi Zəngəzurda qiymətli və əlvan metal yataqları Dövlət Proqramının əsas prioritetlərindəndir

24 Sentyabr 2026 16:40see193

Birliyin Gücü 2026 : Şərti terrorçuların ələ keçirdiyi gəminin azad edilməsi tapşırığı icra olunub

24 Sentyabr 2026 20:14see192

Bakıda ev almaq üçün 18 illik maaşınızı xərcləməməlisiniz

24 Sentyabr 2026 20:01see192

Tanınmış kardioloqdan haqqında yayılan ittihamlara Açıqlama

24 Sentyabr 2026 17:04see189

”Polisə Dəstək” İctimai Birliyi Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirib FOTO

24 Sentyabr 2026 21:40see186

Payızda bağda görülən 6 iş

24 Sentyabr 2026 21:37see185

Hörmüz ABŞ la İranın məsələsi deyil ƏRDOĞAN

24 Sentyabr 2026 21:38see179

Məktəblərdə bu məsələ köklü şəkildə dəyişir Maliyyələşmə belə olacaq

24 Sentyabr 2026 19:02see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri