Icma.az
close
up
RU
“Gənclər ölkədən getməyi düşünür: Qalanlar da reallıqla barışıb oturur”

“Gənclər ölkədən getməyi düşünür: Qalanlar da reallıqla barışıb oturur”

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Azərbaycanda məşğul əhalinin təhsil səviyyəsi üzrə bölgüsü açıqlanıb. 

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ildə məşğul əhalinin sayı 5 milyon 105,2 min nəfər olub. Onların təhsil səviyyəsi üzrə bölgüsünə gəldikdə burada ali təhsilli — 889,7 min nəfər, orta ixtisas təhsili — 562,6 min nəfər təşkil edib. 

Demək olar ki, ali təhsillə orta təhsilin nəticələri bərabərləşir. Bu, ölkənin əmək bazarında tələblərin dəyişdiyinin göstəricisidirmi? 

Məsələ ilə bağlı iqtisadçı-ekspert Asif İbrahimov “Cebheinfo.az”-a bildirib ki, rəqəmlər ilk növbədə əmək bazarında artıq təkcə ali təhsil diplomuna deyil, konkret peşəyə və praktiki bacarığa ehtiyacın artdığını göstərir: 

“Burada məsələ ali təhsilin əhəmiyyətinin azalması deyil. Əsas problem təhsil sistemi ilə əmək bazarının tələbləri arasında yaranan uyğunsuzluqdur. 

Danılmaz faktdır ki, bir çox gənc universiteti bitirdikdən sonra çox ciddi reallıqla üz-üzə qalır. Ali məktəbdə öyrəndikləri biliklərin böyük hissəsi real praktika ilə tam uyğun gəlmir. Hətta elə ixtisaslar olub ki, həmin diplomu alan şəxs real praktikada onunla nə edəcəyini özü də bilməyib. 

Məsələn, vaxtilə iqtisadiyyatda hüququn tənzimlənməsi kimi ixtisaslar vardı. Bu ixtisası bitirən şəxs nə tam iqtisadçı, nə də tam hüquqşünas kimi əmək bazarında mövqelənə bilirdi. 

Burada məsələ konkret ixtisasın bu gün olub-olmaması deyil. Məsələ odur ki, təhsil sistemi bazarın real ehtiyacını qabaqcadan görmədən ixtisas hazırlayanda həmin diplomun əmək bazarında iqtisadi dəyəri də zəifləyir”. 

Ekspertin fikrincə, ancaq Azərbaycanda problem yalnız təhsil sistemində deyil: 

“Mən hesab edirəm ki, problemin daha dərin səbəblərindən biri ölkədə uzun illər formalaşmış iqtisadi modelin əmək bazarına kifayət qədər geniş və müxtəlif imkanlar yarada bilməməsidir. 

İqtisadiyyatın böyük hissəsinin xammal və dövlət yönümlü mexanizmlər üzərində qurulması, qeyri-neft sektorunda yüksək əlavə dəyər yaradan istehsalın və rəqabətli özəl biznesin kifayət qədər genişlənməməsi yeni peşələrin və yüksək məhsuldar iş yerlərinin yaranmasını məhdudlaşdırır. 

IMF də Azərbaycanın əsas problemlərindən biri kimi diversifikasiyanın sürətləndirilməsini, özəl sektorun rolunun artırılmasını və iqtisadiyyatda dövlət iştirakının optimallaşdırılmasını göstərir. Azərbaycanda isə əmək bazarının problemi olduqca ciddidir. 

Azərbaycanda istehsal sahəsi zəif inkişaf etdiyi üçün bazar formalaşa bilmir. Bazar formalaşa bilməyəndə də ixtisaslar formalaşa bilmir. İxtisaslar da formalaşmayanda, gənclər ölkədən getməyi düşünür, qalanlar da ölkəyə iqtisadi fayda vermir, reallıqla barışıb yerində oturur, sadəcə işə gedib gəlir. 

Azərbaycanda isə bu zəncirin bəzi həlqələri kifayət qədər zəifdir. Bazar formalaşmayanda, ixtisas da tam formalaşa bilmir. İxtisas formalaşmayanda isə universitet məzununun diplomunu real iqtisadi dəyərə çevirməsi çətinləşir. 

Bu gün mən öz tələbələrimdən soruşanda ki, universiteti bitirəndən sonra nə olacaqsan, çox vaxt konkret peşə və ya karyera istiqaməti deyil, yaxşı əməkhaqqı verən dövlət qurumlarının adlarını eşidirəm. Yəni gənc “Mən hansı peşəyə yiyələnəcəyəm?” sualından daha çox “Hansı dövlət qurumuna imtahan verəcəyəm?” sualını düşünür. Bu, çox ciddi sosial-iqtisadi siqnaldır. 

Çünki gəncin gələcək karyerası məhsul yaratmaq, biznes qurmaq, texnologiya tətbiq etmək və ya konkret peşə üzrə ixtisaslaşmaq üzərində deyil, məhdud sayda yaxşı maaşlı iş yerlərinə düşmək üzərində qurulursa, burada artıq təkcə təhsil problemi yoxdur”. 

Ekspertin sözlərinə görə, bütün gəncləri eyni kateqoriyaya salmaq olmaz, amma alternativlərin məhdud olması müəyyən gəncləri ölkədən getmək barədə düşünməyə, digərlərini isə öz ixtisası üzrə perspektiv görmədiyi üçün təsadüfi və ya aşağı məhsuldarlıqlı işlərə yönəlməyə məcbur edir: 

“Taksi sürücüsü, satıcı, sosial media fəaliyyəti və digər işlər özlüyündə pis peşələr deyil. Problem ondadır ki, ali təhsil almış insanın həmin peşələrə məcburən yönəlməsi onun insan kapitalından iqtisadiyyatın kifayət qədər səmərəli istifadə etmədiyini göstərə bilər. 

Əmək bazarı dünyanın hər yerində dinamikdir və təhsil sistemi təbii olaraq bu dəyişikliklərin arxasınca gedir. Məsələn, tələbənin birinci kursda öyrəndiyi bəzi məlumatlar dördüncü kursa çatanda artıq köhnəlmiş hesab oluna bilər. 

Yeni texnologiyalar yeni peşələr yaradır, mövcud peşələrin məzmununu dəyişir. Buna görə də müasir universitet yalnız nəzəri bilik verməməli, tələbəyə öyrənməyi, yenilənməyi və biliyini praktikada tətbiq etməyi də öyrətməlidir. 

Bu gün dünyada klassik “diplom al, sonra ömür boyu həmin diplomla işlə" modeli tədricən öz əvvəlki əhəmiyyətini itirir. Əmək bazarında real bacarıq, praktiki kompetensiya, iş təcrübəsi və konkret sahə üzrə sertifikatların əhəmiyyəti artır. Avropada da bu istiqamətdə ciddi dəyişiklik gedir. 

Qısamüddətli təlimlər nəticəsində əldə olunan konkret bacarıqları təsdiqləyən sertifikatların əmək bazarında tanınması getdikcə genişlənir. Burada əsas fərq iqtisadi modeldədir. İnkişaf etmiş əmək bazarında işəgötürən üçün əsas sual getdikcə “Bu insan hansı universiteti bitirib?” yox, “Bu insan hansı işi görə bilir?” sualına çevrilir. 

Əgər insan konkret proqramı öyrənir, müəyyən avadanlıqla işləyə, layihə idarə edə, məlumatları təhlil edə bilir və ya konkret texniki bacarığa malikdirsə, həmin bacarığı təsdiq edən keyfiyyətli sertifikat onun əmək bazarındakı dəyərini artıra bilir”. 

İqtisadçı bildirib ki, Azərbaycan üçün problem də məhz burada başlayır: 

“Biz hələ də bir çox hallarda insanın bacarığından əvvəl diplomuna baxırıq. Halbuki iqtisadiyyatın özü real bacarığa tələb yaratmırsa, universitet diplomu da avtomatik olaraq yüksək əməkhaqqı və məhsuldar məşğulluq yaratmayacaq. 

İqtisadi model real bacarıq tələb etməlidir ki, təhsil sistemi də real bacarıq hazırlasın. Mən hesab edirəm ki, dünyada diplomun təkbaşına kifayət etdiyi dövr başa çatırb. 

Ali təhsil yenə də mühüm olaraq qalacaq. Həkim, mühəndis, hüquqşünas, memar və bir sıra digər peşələr üçün formal ali təhsil və peşə tələbləri təbii olaraq qorunacaq. 

Amma bir çox digər sahələrdə insanın özünü daim yeniləməsi, qısa proqramlarla yeni bacarıqlar əldə etməsi və həmin bacarıqları sertifikatlarla təsdiqləməsi əmək bazarının normal hissəsinə çevrilir. Amma burada bir paradoks yaranır ki, əmək bazarını təhsildən tələb edirik, amma əmək bazarının özünü kifayət qədər formalaşdırmırıq. 

İqtisadiyyat yüksək əlavə dəyər yaradan istehsal və xidmət sahələri yaratmırsa, universitetdən də hər il yeni və yüksək gəlirli ixtisaslar üçün kütləvi tələb gözləmək çətindir. Ona görə təhsil islahatını iqtisadi islahatdan ayrı həyata keçirmək mümkün deyil. 

Azərbaycanın qarşısında duran əsas məsələ ali təhsilli insanların sayını mexaniki şəkildə artırmaq yox, həmin insan kapitalının istifadə oluna biləcəyi iqtisadi mühiti yaratmaqdır. 

Bunun üçün yüksək əlavə dəyər yaradan istehsal, texnologiya, sənaye, logistika, aqrar emal, rəqəmsal iqtisadiyyat və innovativ bizneslərin inkişafına daha çox şərait yaradılmalıdır. 

Özəl sektorun imkanları genişlənməli, rəqabət güclənməli və dövlətlə özəl sektor arasında daha bərabər oyun qaydaları formalaşmalıdır. Mən hesab edirəm ki, Azərbaycanda əsas problem “çox diplomlu insan yetişdirməyimiz” deyil. 

Əsas problem diplomlu insanın bilik və bacarığını yüksək məhsuldarlıqlı iqtisadi fəaliyyətə çevirə biləcəyi imkanların kifayət qədər geniş olmamasıdır. Ona görə də biz “diplom iqtisadiyyatından” “bacarıq iqtisadiyyatına” keçməklə yanaşı, eyni zamanda mövcud iqtisadi modeldən daha məhsuldar, daha rəqabətli və özəl sektorun daha böyük rol oynadığı iqtisadi modelə keçməliyik. 

Qısacası, ölkədəki bütün sahələrin tənəzzülə uğraması iqtisadi modelin effektsiz olduğu üçündür. İqtisadiyyat güclü olmalıdır ki, əmək bazarı inkişaf etsin. Əmək bazarı da hazırlıqlı, savadlı mütəxəssislərin yetişdirilməsi tələbatı formalaşdırsın. 

Biz elə iqtisadiyyat qurmalıyıq ki, gənc universiteti bitirəndə qarşısında öz ixtisası üzrə işləmək, yeni biznes qurmaq, istehsalda iştirak etmək, texnologiya yaratmaq və ya peşəkar kimi inkişaf etmək kimi real seçimlər olsun. Əks halda biz diplomların sayını artıra bilərik, amma onların iqtisadi dəyərini artıra bilmərik”. 

Nigar Abdullayeva 
“Cebheinfo.az”

Açar sözlər: diplom Asif İbrahimov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 08 Sentyabr 2026 16:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see370

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see238

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see236

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see230

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see230

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see226

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see224

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see224

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see223

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see220

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see215

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see210

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see210

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see208

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see208

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see208

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see208

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see205

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri